Icma.az
close
up
RU
“The African Exponent”: İnfrastrukturu ən çox inkişaf etmiş Afrika ölkələri

“The African Exponent”: İnfrastrukturu ən çox inkişaf etmiş Afrika ölkələri

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 8 iyul, AZƏRTAC

Afrika qitəsində iqtisadi təhlil və reytinqlər üzrə ixtisaslaşmış “The African Exponent” portalı infrastrukturun inkişafında əhəmiyyətli irəliləyiş əldə etmiş on Afrika ölkəsinin siyahısını dərc edib.

AZƏRTAC-ın məlumatına görə, reytinqdə birinci yeri layihələrin tamamlanma göstəricisi 99 faizdən çox olan Seyşel adaları tutub. Ölkə turizm cəlbediciliyi və ilk növbədə dəniz infrastrukturuna və bərpa olunan enerji mənbələrinə sərmayələri dəstəkləyən balıqçılıq sektoru əsasında qurulmuş iqtisadiyyatı ilə tanınır.

İkinci yeri Misir, üçüncü yeri isə Liviya tutub. Siyasi çətinliklərə baxmayaraq, Liviya əvvəlki layihələri bərpa edib və beynəlxalq tərəfdaşlıqlar çərçivəsində yeni layihələrə start verib.

Siyahıya Şimali Afrika bölgəsindən beş ölkə – Mərakeş, Misir, Əlcəzair, Tunis və Liviya daxil olub ki, bu da həmin ölkələrdə şəhərsalma və strateji beynəlxalq əməkdaşlığın infrastrukturun inkişafına mühüm töhfə verdiyini göstərir.

Mərakeş Krallığı infrastrukturunun sürətli inkişafı üçün Çin və Cənubi Koreya kimi Asiya gücləri ilə tərəfdaşlıqdan faydalanan ən diqqətçəkən Afrika ölkələrindən biridir. Eyni zamanda, irimiqyaslı Mərakeş layihələri ölkənin xüsusilə dəniz nəqliyyatı, dəmir yolları və təmiz enerji sahəsində regional iqtisadi mərkəz kimi mövqeyini möhkəmləndirib. Hesabatda Mərakeşdə bir sıra iri layihələr, o cümlədən qitədə ilk dəfə beynəlxalq tərəfdaşlıq əsasında reallaşdırılmış Tanjer-Kasablanka sürət qatarı xətti qeyd olunub. Orta dənizdəki ən işlək və müasir limanlardan biri olan Tanjer Med sənaye liman kompleksi, eləcə də Uarzazatda və digər ərazilərdə yerləşən iri bərpa olunan enerji istehsalı zavodları da vurğulanıb.

Hesabatda qeyd olunur ki, «coğrafiya infrastrukturun inkişafında mühüm rol oynayır, çünki adalarda və ya Aralıq dənizi sahili boyunca yerləşən ölkələr daha əlverişli mövqeyə malikdirlər ki, bu da onların siyahıda daha yüksək mövqe tutmasına şərait yaradır».

«Yaxşı infrastruktur hər bir ölkənin tərəqqisinin əsas elementidir. İnsanlar adətən yollar, elektrik enerjisi, hava limanları və su kəmərlərinə baxaraq ölkənin inkişaf səviyyəsini müəyyən edirlər. Lakin infrastruktur həm də ölkənin maliyyə və resurslarını necə idarə etdiyini və vətəndaşlarını nə dərəcədə dəstəklədiyini əks etdirir», – deyə “The African Exponent” vurğulayır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 İyul 2025 04:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see271

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see189

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see156

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see152

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri