Icma.az
close
up
RU
Yol infrastrukturu: rahatlıq və inkişaf

Yol infrastrukturu: rahatlıq və inkişaf

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dövlət başçısının Sərəncamı ilə Yardımlı rayonunun Yardımlı–Deman–Arvana avtomobil yolunun təmirinə 2,0 (iki) milyon manat ayrılıb

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən son illərdə ölkəmizdə yollarının yenidən qurulması, mövcud yolların müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunub. Azərbaycanın regionlarında, paytaxt Bakıda yol-nəqliyyat infrastrukturu müasirləşdirilir, avtomobil yolları şəbəkəsi yenidən qurulur. Dövlət başçısının bu günlərdə imzaladığı "Yardımlı rayonunun Yardımlı–Deman–Arvana avtomobil yolunun təmiri ilə bağlı tədbirlər haqqında" Sərəncamı nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədi daşıyır. Sərəncama əsasən, iki min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Yardımlı–Deman–Arvana avtomobil yolunun dağılmış hissəsinin bərpası və istinad divarlarının tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 2,0 (iki) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcəəkdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutlur.

ÖLKƏ İQTİSADİYYATININ QÜDRƏTİNİN GÖSTƏRİCİSİ

Azərbaycan Prezidenti İlham Əliyevin bölgələrə səfərləri çərçivəsində bir sıra sosial və iqtisadi xarakterli obyektlərin - xəstəxanaların, yeni yolların, mədəniyyət, xidmət mərkəzlərinin, yeni iş yerlərinin və s. istifadəyə verilməsi ölkəmizdə uğurlu siyasətin məntiqi nəticəsidir. Yeni yolötürücüləri, körpülər, tunellər, yerüstü və yeraltı piyada keçidləri inşa edilir. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar ölkədə yol infrastrukturunun təzələnməsini daha da sürətləndirir. Təbii ki, nəqliyyat-yol infrasturukturunun inkişafı və yenilənməsi hər bir ölkənin iqtisadi qüdrətinin göstəricisidir. Ölkənin istehsal və sənayenin bütün sahələrinin inkişafı birbaşa olaraq yol örtüyünün hansı vəziyyətdə olmasından asılıdır. "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin məəlum Sərəncamı Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədi daşıyır. İctimai nəqliyyatın əhatə dairəsinin genişləndirilməsi və nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi (yeni avtomobil yollarının tikintisi, müxtəlif səviyyəli yol qovşaqlarının inşası, avtobus və velosiped zolaqlarının çəkilməsi), alternativ nəqliyyat həllərinin (velosiped və kiçik elektrik nəqliyyat vasitələri) təşviqi, piyada hərəkətinin təşviqi, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin artırılması, yol hərəkəti təhlükəsizliyinin səviyyəsinin yüksəldilməsi kimi əhəmiyyətli məsələlər qeyd olunan Sənəddə əsas məqsəd olaraq qarşıya qoyulub. "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" Bakı şəhərinin Baş Planına (2020–2040) uyğun olaraq, Bakı şəhərinin və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini, iqtisadi inkişafın sürətləndirilməsini və insanların həyat keyfiyyətinin artırılmasını hədəfləyir.

335 ƏDƏD KÖRPÜ VƏ YOL ÖTÜRÜCÜSÜ

Dövlət Proqramı əhaliyə keyfiyyətli nəqliyyat xidmətləri göstərilməsi, ərazinin perspektiv inkişafı nəzərə alınmaqla yol hərəkətinin bütün iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, ümumi istifadədə olan nəqliyyat xidmətlərinin keyfiyyətinin, dayanıqlılığının və əlçatanlığının artırılması, həmçinin fərdi mobil nəqliyyat vasitələrinin, nəqliyyat və piyada infrastrukturundan istifadənin müasir tələblərə cavab verən səviyyədə təmin edilməsi və nəqliyyatda rəqəmsal texnologiyaların tətbiqi prinsipləri əsasında hazırlanmışdır. Dövlət Proqramının icrası Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini, şəhərdaxili sıxlığın azaldılmasını və geniş nəqliyyat şəbəkəsinin qurulmasını təmin etməklə yanaşı, ictimai nəqliyyatdan istifadənin səmərəliliyini artıracaqdır.

Ölkədə son illər ərzində yol-nəqliyyat infrastrukturu sahəsində əhəmiyyətli islahatlar həyata keçirilmişdir. Şəhər ərazisindəki yol şəbəkəsinin təkmilləşdirilməsi, yeni yol kəsişmələrinin və körpülərin tikilməsi, həmçinin tıxacların azaldılması məqsədilə müxtəlif layihələr icra edilmişdir. Bakıdakı əsas magistral yollarda təmir və bərpa işləri, habelə yol infrastrukturunun müasirləşdirilməsi yollarda nəqliyyat vasitələrinin artan sayına paralel olaraq aparılmaqdadır. Son 22 ildə Azərbaycan Respublikasında yol infrastrukturunun inkişafı sahəsində əsas nailiyyətlərdən biri ümumilikdə 20,8 min km uzunluğunda (o cümlədən 6,6 min km respublika əhəmiyyətli, 11,6 min km yerli əhəmiyyətli və 2,6 min km isə Bakı şəhərində) yeni yolların tikilməsi, yenidən qurulması və təmir olunmasıdır. Bundan əlavə, ümumi istifadədə və Bakı şəhərində olan avtomobil yollarında ümumilikdə 335 ədəd körpü və yol ötürücüsü tikilmiş, 56 ədədi təmir edilmiş, 163 ədəd yeraltı və yerüstü piyada keçidi və 45 ədəd tunel tikilmişdir. Eyni zamanda qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş ərazilərdə ümumi uzunluğu 3.4 min km təşkil edən 44 avtomobil yolu layihəsi icra edilir ki, onlardan ümumilikdə 0.3 min km (6 layihə tamamilə, 1 layihə isə qismən) tikilib başa çatdırılmışdır. Bakı şəhərində və ətraf ərazilərdə mobilliyin artırılması və nəqliyyat axınının daha səmərəli idarə olunması məqsədilə 4 parklanma zonası üzrə 18 min parklanma yeri yaradılmışdır. Görülmüş işlər nəqliyyat vasitələrinin nizamlı şəkildə parklanmasını təmin etməklə, yollarda nəqliyyat sıxlığının azalmasına, eyni zamanda piyadalar üçün daha təhlükəsiz və rahat mühitin formalaşmasına xidmət edir. Bundan əlavə, beynəlxalq nəqliyyat əlaqələrinin təmin olunması üçün həyata keçirilən M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolu, M-2 Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi avtomobil yolu, 6 M-3 Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu, Şəki–Oğuz–Qəbələ və Füzuli–Şuşa (Zəfər yolu) kimi avtomobil yolu layihələri yüksək keyfiyyətli və təhlükəsiz hərəkət imkanları təqdim etməklə, həm yerli, həm də beynəlxalq tranzit daşımalarının sürətini artırmağa və yükdaşımaların effektivliyini yüksəltməyə kömək etmişdir. Bakı şəhərində şəhərdaxili və şəhərətrafı sərnişin nəqliyyatını asanlaşdırmaq məqsədilə icra edilmiş Bakı dairəvi avtomobil yolu, Böyükşor–Pirşağı, Zığ–Hava Limanı, Hava Limanı–Mərdəkan–Zuğulba, Böyükşor şosesi, Mərdəkan şosesi, H.Əliyev prospekti, Babək prospekti və 8 Noyabr prospekti layihələri şəhər və ətraf ərazilər arasındakı əlaqələri sürətləndirərək nəqliyyat infrastrukturunun gücləndirilməsinə töhfə vermiş, sərnişinlərin rahat və təhlükəsiz hərəkətinə imkan yaratmışdır. Yol infrastrukturunun qorunması və normalara uyğun olaraq nəqliyyat vasitələrinin oxuna düşən yükə nəzarət məqsədilə magistral yollarda elektron tərəzilər quraşdırılmışdır.

"BİZ ÇALIŞMIŞIQ Kİ, ƏHALİNİN ƏN ÇOX MƏSKUNLAŞDIĞI KƏNDLƏRİMİZİ YENİ YOLLARLA TƏMİN EDƏK"

Ölkəmizdə bölgələrin sosial-iqtisadi inkişafı başlıca prioritetlərdən biri kimi müəyyənləşdirilib, qarşıya qoyulan hədəflərə uyğun olaraq bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi davamlı xarakter daşıyır. İstər yeni sosial iaşə obyektlərinin, istərsə də digər infrastrukturların tikilməsi və yenilənməsi insanların sosial rifahının yüksəlişinə xidmət göstərir.

Əhalinin ən çox sıxlaşdığı yerlərdə yol çəkilişləri geniş vüsət alır. Bu layihələrin icrası insanların rifahının yaxşılaşdarılması məqsədilə həyata keçirilir. Azərbaycan Prezidentinin çıxışlarının birində bildirdiyi kimi, "Dövlət İnvestisiya Proqramında magistral yolların çəkilişinin davamı və yeni yolların çəkilişinin başlanması mühüm yer tutur. Biz son illər ərzində bu sahədə də çox işlər görmüşük, magistral yollarımızı böyük dərəcədə bərpa edə bilmişik və yeni yollar salınıbdır. İndi bütün magistral yollarda işlər gedir və bu işlər artıq tamamlanır. Bununla bərabər, şəhərlərarası yolların çəkilişi də gedir. Biz artıq bir neçə ildir ki, kənd yollarının çəkilişi ilə çox ciddi məşğul olmağa başlamışıq. Bütün rayonlarda bu layihələr icra edilir. Bu layihələrin icrası rayonlardan gəlmiş sifarişlər, əhalidən gələn müraciətlər əsasında təşkil edilir. İlk növbədə, biz çalışmışıq ki, əhalinin ən çox məskunlaşdığı kəndlərimizi yeni yollarla təmin edək. Kəndlərarası yolların çəkilişi geniş vüsət almışdır. Bu məqsədlər üçün həm dövlət büdcəsindən, həm Prezidentin Ehtiyat Fondundan böyük həcmdə vəsait ayrılır. Çalışmalıyıq ki, yaxın illərdə bütün kənd yollarını tikək".

Nəzakət ƏLƏDDİNQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Oktyabr 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 iyun dünyanı dəyişə bilər ŞƏRH

17 İyun 2026 18:55see346

Trampın “böyük razılaşması”: İranla münasibətlərdə yeni səhifə açılır?

17 İyun 2026 16:23see303

Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib

17 İyun 2026 19:24see237

Abdul Hüseynov: “Tarixi binaların sökülməsinə qərar verən şəxslər səlahiyyətlərindən yəqin düzgün istifadə edərlər”

17 İyun 2026 20:23see220

ABŞ İranı niyə məğlub edə bilmədi? ŞOK HƏQİQƏT

17 İyun 2026 14:46see194

İngiltərə DÇ ya möhtəşəm başladı YENİLƏNİB

18 İyun 2026 02:01see185

Dünya çempionatı: Norveç qələbə qazanıb

17 İyun 2026 04:21see184

Rəşad Sadıqov "Zirə"nin rəqibindən danışdı: Gözlənilməz oldu

17 İyun 2026 01:52see181

Neft emalı zavodlarına edilən hücumlar “kömək etdi”...

17 İyun 2026 19:43see176

Holand atasından 32 sonra dünya çempionatında debüt edib

17 İyun 2026 02:41see169

Maskdan 60 milyard dollarlıq plan

17 İyun 2026 03:52see167

Diddi həbsdən nə vaxt çıxacaq? Tarix açıqlandı

18 İyun 2026 02:32see166

Bişirməzdən əvvəl hansı qidalar yuyulmamalıdır?

18 İyun 2026 00:13see165

2023 cü ildə bizə zəng vurdular ki, eviniz hazırdır Sakin şirkət tərəfindən aldadıldığını İDDİA ETDİ

17 İyun 2026 22:09see163

Hilalın altında Bakı... Foto

18 İyun 2026 00:18see163

Azərbaycanda pensiya ilə bağlı mühüm qərar: 12 gün sonra… RƏSMİ

18 İyun 2026 06:24see163

“ABŞ ordusu bir müddət Körfəzdə qalacaq”

18 İyun 2026 03:01see160

Vens: ABŞ İran razılaşması İsrail, Livan və Körfəz ölkələrini də əhatə edəcək

17 İyun 2026 01:48see150

Tramp və Pezeşkian ABŞ İran sazişinin nüsxəsini imzalayıblar

18 İyun 2026 05:01see147

Azərbaycanda kraudfandinq fəaliyyəti tənzimlənəcək

17 İyun 2026 14:50see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri