Icma.az
close
up
RU
The Telegraph: Bakı unudulmaz istirahət üçün yeni istiqamət

The Telegraph: Bakı unudulmaz istirahət üçün yeni istiqamət

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Bakı mədəni irs, müasir memarlıq və münasib qiymətləri özündə birləşdirən unikal istirahət məkanı kimi diqqət çəkir.

"Report” xəbər verir ki, bu barədə Britaniyanın "The Telegraph” qəzeti yazıb.

Qəzet Bakının çoxşaxəli cəlbediciliyi sayəsində avropalı turistlər arasında getdikcə daha populyarlaşdığını qeyd edib.

Məqalə müəllifinin sözlərinə görə, bu şəhər səyahətçilərin axtardığı hər şeyi təklif edir: zəngin tarix, təsirli memarlıq, mehriban atmosfer və unikal mətbəx. Bakıda rahat kafe mühitindən, müasir barlardan və qədəhi cəmi 2,30 funt sterlinq olan əla şərabdan həzz almaq olar.

Nəşr vurğulayıb ki, UNESCO-nun İrs Siyahısına daxil edilmiş Bakının İçərişəhəri öz karvansaraları, Şirvanşahlar Sarayı və əfsanəvi Qız qalası ilə səyahətçiləri valeh edir. Britaniya qəzeti onu Xəzər dənizinin sahilində "memarlıq incisi” kimi təsvir edir.

Dünyanın, "The Telegraph”a görə, ən qədim şərabçılıq mədəniyyətlərindən biri olan Azərbaycan şərabçılığına xüsusi diqqət yetirilir. Sovet dönəmindəki çətin zamanlara baxmayaraq, ölkədə şərabçılıq fəal şəkildə dirçəlir. Turistlər Qafqaz dağlarının ətəyindəki şərab zavodlarına baş çəkə və yerli üzüm sortlarını dada bilərlər.

"Qonşu İrandan fərqli olaraq, Azərbaycan daha liberal mədəniyyətə malikdir. Hamı Qərb (lakin mötədil) geyimindədir və ingilis dili geniş yayılıb. Bəlkə də daha təəccüblüsü, Bakının əla bar və restoranları olan canlı gecə həyatının olmasıdır. Qonşu Gürcüstan və Ermənistandakı kimi, Azərbaycanın da islamın gəlişindən əvvələ gedib çıxan və dərin köklərə malik şərabçılıq tarixi var”, – məqalədə yazılıb.

"The Telegraph” həmçinin Bakının artan əlçatanlığına diqqət çəkir: Azərbaycan Hava Yollarının uçuşlarının tezliyinin artması sayəsində Bakıya getmək daha da asanlaşıb.

Qəzetin vurğuladığı kimi, Bakıya səyahət Azərbaycanın mədəni və təbii zənginliyindən zövq alaraq Şərq və Qərbin unikal birləşməsini kəşf etmək imkanıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Noyabr 2024 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri