Icma.az
close
up
RU
The Telegraph: Bakı unudulmaz istirahət üçün yeni istiqamət

The Telegraph: Bakı unudulmaz istirahət üçün yeni istiqamət

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı mədəni irs, müasir memarlıq və münasib qiymətləri özündə birləşdirən unikal istirahət məkanı kimi diqqət çəkir.

“Report” xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” qəzeti yazıb.

Qəzet Bakının çoxşaxəli cəlbediciliyi sayəsində avropalı turistlər arasında getdikcə daha populyarlaşdığını qeyd edib.

Məqalə müəllifinin sözlərinə görə, bu şəhər səyahətçilərin axtardığı hər şeyi təklif edir: zəngin tarix, təsirli memarlıq, mehriban atmosfer və unikal mətbəx. Bakıda rahat kafe mühitindən, müasir barlardan və qədəhi cəmi 2,30 funt sterlinq olan əla şərabdan həzz almaq olar.

Nəşr vurğulayıb ki, UNESCO-nun İrs Siyahısına daxil edilmiş Bakının İçərişəhəri öz karvansaraları, Şirvanşahlar Sarayı və əfsanəvi Qız qalası ilə səyahətçiləri valeh edir. Britaniya qəzeti onu Xəzər dənizinin sahilində “memarlıq incisi” kimi təsvir edir.

Dünyanın, “The Telegraph”a görə, ən qədim şərabçılıq mədəniyyətlərindən biri olan Azərbaycan şərabçılığına xüsusi diqqət yetirilir. Sovet dönəmindəki çətin zamanlara baxmayaraq, ölkədə şərabçılıq fəal şəkildə dirçəlir. Turistlər Qafqaz dağlarının ətəyindəki şərab zavodlarına baş çəkə və yerli üzüm sortlarını dada bilərlər.

“Qonşu İrandan fərqli olaraq, Azərbaycan daha liberal mədəniyyətə malikdir. Hamı Qərb (lakin mötədil) geyimindədir və ingilis dili geniş yayılıb. Bəlkə də daha təəccüblüsü, Bakının əla bar və restoranları olan canlı gecə həyatının olmasıdır. Qonşu Gürcüstan və Ermənistandakı kimi, Azərbaycanın da islamın gəlişindən əvvələ gedib çıxan və dərin köklərə malik şərabçılıq tarixi var”, – məqalədə yazılıb.

“The Telegraph” həmçinin Bakının artan əlçatanlığına diqqət çəkir: Azərbaycan Hava Yollarının uçuşlarının tezliyinin artması sayəsində Bakıya getmək daha da asanlaşıb.

Qəzetin vurğuladığı kimi, Bakıya səyahət Azərbaycanın mədəni və təbii zənginliyindən zövq alaraq Şərq və Qərbin unikal birləşməsini kəşf etmək imkanıdır.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://report.az
archiveBu xəbər 17 Noyabr 2024 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri