The Telegraph : Bəndər Abbas şəhəri tamamilə təcrid olunub
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
ABŞ-nin İranın nəqliyyat infrastrukturuna endirdiyi zərbələr nəticəsində ölkənin ən mühüm liman terminalının yerləşdiyi, yarım milyon əhalisi olan Bəndər-Abbas şəhəri tamamilə təcrid olunub.
"Report" xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.
"ABŞ bir həftə ərzində İranı Hörmüz boğazına nəzarətdən əl çəkməyə məcbur etmək məqsədilə təzyiqləri artıraraq cənub şəhərlərini bombalayıb. Lakin indi Amerika hərbçiləri əsas cənub limanlarını ölkənin qalan hissəsi ilə birləşdirən nəqliyyat arteriyalarını hədəf alıblar", - nəşr yazıb.
Məlumata görə, ABŞ Silahlı Qüvvələri son günlərdə İranda, xüsusən də Hörmüzqan vilayətindəki körpü və dəmir yollarına aviazərbələr endirir. Bu isə Bəndər-Abbas şəhərinə gedən yolu kəsməyə imkan verib. Məqalədə qeyd olunub ki, bu, ABŞ tərəfindən Cenevrə konvensiyalarının pozulması deməkdir, çünki iştirakçılar hərbi və mülki obyektləri bir-birindən ayırmalıdırlar.
Bəndər-Abbas Hörmüz boğazının ən dar hissəsindən 60 km aralıda yerləşir. Sənaye avadanlıqları, istehlak mallarının tədarükünün 50 %-dən, həmçinin xam neft tədarükünün 90 %-dən çoxu onun vasitəsilə həyata keçirilir. "Al Jazeera"nın məlumatına görə, şəhərin coğrafi mövqeyi İran rəhbərliyinə Amerika sanksiyalarından yan keçməyə və neft ixrac etməyə imkan verir.
Bu şəhərin ətrafında həmçinin Hörmüzə nəzarət etmək üçün mühüm əhəmiyyət kəsb edən İranın əsas hərbi dəniz bazası yerləşir.
Pentaqonun sabiq rəsmisi Maykl Rubin hesab edir ki, Amerika lideri Donald Trampın administrasiyası liman şəhəri ilə əlaqənin kəsilməsinin həyati əhəmiyyət daşıyan dəniz yolunun açılması üçün açar rolunu oynadığına getdikcə daha çox əmin olur.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 18 İyul 2026 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















