Icma.az
close
up
RU
The Times: “ABŞ siz Avropa özünü müdafiə edə bilməyəcək”

The Times: “ABŞ siz Avropa özünü müdafiə edə bilməyəcək”

Icma.az, Azvision saytına istinadən bildirir.

AzVision.az “The Times” nəşrinə istinadən xəbər verir ki, bu çıxışında Mark Rütte həm Avropanın, həm də NATO-nun ABŞ-yə ehtiyacı olduğunu deyib.
“Bəzi avropalı hərbi ekspertlər razılaşırlar ki, Avropanın ABŞ-sız müharibə aparmaq bacarığının qiymətləndirilməsi sadəcə faydalı düşüncə təcrübəsi yox, həm də zərurətdir”, – qəzet yazır.
Onların fikrincə, hazırda əsas problem Avropanın NATO üzvü olan ölkələrinin qısa müddətdə çətin həllini tapa biləcək çoxlu problemlərinin mövcudluğudur.
Avropa ölkələrinin əsas problemləri
İstefada olan Hərbi Hava Qüvvələri marşalı və Böyük Britaniya Müdafiə Akademiyasının baş direktoru Edvard Stringer jurnalistlərə açıqlamasında bildirib ki, döyüş tankları və ya döyüş təyyarələri kimi silah sistemlərinin on əsas kateqoriyasında ABŞ-də 33 əsas növ var. Avropalılarda isə çox vaxt öz xüsusi ehtiyat hissələri, yanacaq və ya sursata malik 174 növ mövcuddur.
Qitənin silahlı qüvvələri həm də 12 növ tank, 14 növ döyüş təyyarəsi və 16 növ piyada döyüş maşınına malikdir. Hətta Almaniya istehsalı olan “Panzerhaubitze 2000” özüyeriyən haubitsaları da onlardan istifadə edən ölkədən asılı olaraq dəyişir.
– Rutte həqiqətən də maraqlı sual verdi, çünki siz sadəcə olaraq silahlı qüvvələrimizin sayını hesablaya bilərsiniz. Bəs bütün bunları birləşdirən məxfi inqrediyentləriniz varmı? Əgər Amerika getsə, problem Avropanın çoxlu sayda F-16, F-35, “Leclerc” döyüş tankları və ya güclü Hollandiya freqatlarını toplaya bilməyəcəyində yox, onları necə birləşdirəcəyində olacaq”, – istefada olan marşal vurğulayıb.
Digər tərəfdən, Avropa ölkələri əsas avadanlıqların – döyüş sursatı, zenit-raket kompleksləri, pilotsuz təyyarələr, uzaqmənzilli raketlərin – ciddi çatışmazlığı ilə üzləşirlər. Hətta kağız üzərində heyranedici görünən avadanlıqlar da bəzən bərbad vəziyyətdə olur.
Bu kontekstdə Edvard Stringer iki il əvvəl Qırmızı dənizdə gəmiləri husi yaraqlılarından qorumaq missiyası zamanı Almaniyanın “Hessen” freqatının düşmən sistemi ilə səhv salaraq az qala Amerikanın MQ-9 pilotsuz təyyarəsini vuracağını xatırladıb. Onun sözlərinə görə, dron ancaq döyüş gəmisi tərəfindən atılan hər iki raketin istiqamətləndirmə sistemi nasaz olduğu üçün sağ qalıb.
Avropa Şurasının Xarici Əlaqələr üzrə analitik mərkəzinin (European Council on Foreign Relations) Berlin ofisinin rəhbəri Yana Puglierin isə jurnalistlərlə söhbətində müəyyən mənada bizim tarixi eksperimentin şahidi olacağımızı düşündüyünü deyib.
“Ötən əsrlərə nəzər salsaq, Avropada müharibələr və münaqişələr norma idi. Sonra İkinci Dünya Müharibəsi elə bir şok oldu ki, ABŞ Avropada qalmağa qərar verdi. Onlar Avropanı qurdular və ən azı ilkin mərhələdə Avropanı təhlükəsizlik dilemmasından azad etdilər”, – ekspert diqqətə çatdırıb.
Avropanın ABŞ-dən asılılığı
Materialda bildirilir ki, Avropa silahlı qüvvələrinin üzləşdiyi bir çox problemləri kifayət qədər vaxt, pul və siyasi iradə ilə həll etmək olar. Bununla belə, çatışmazlıqların aradan qaldırılmasının xüsusilə çətin olduğu dörd sahə var: kosmos, hava hücumundan müdafiə (HHM), nüvə silahları və vahid komandanlıq.
– Müasir silahlı qüvvələr yalnız kəşfiyyat, müşahidə və yerdəyişmə məkanının müəyyənləşdirilməsinə yox, həm də rabitə, naviqasiya və istiqamətləndirmə sistemləri peyklərinə arxalanır. Onlarsız ordu faktiki olaraq “kor-koranə” döyüşərdi”, – qəzet vurğulayır.
Bundan əlavə, 2025-ci ilin yazında Vaşinqton qəfildən Ukraynanın ABŞ-nin peyk məlumatlarına çıxışını kəsəndə Avropada Vaşinqtonun köməyi olmadan onları nələrin gözlədiyi barədə açıq şəkildə təsəvvür yarandı.
“The Times” xatırladır ki, onda bəzi Amerika silahları, o cümlədən “HIMARS” çoxsaylı buraxılış raket sistemləri və “ATACMS” uzaqmənzilli raketləri sadəcə fəaliyyətini dayandırdı.
Analitiklərin hesablamalarına əsasən, Avropanın öz kəşfiyyat və müşahidə peykləri olsa da, onlar nadir hallarda Rusiya ərazisi üzərindən uçur və buna görə də qoşunların hərəkətinin yalnız yavaş və məhdud mənzərəsini təqdim edirlər. Beləliklə, NATO ölkələri arasında mübadilə edilən peyk hesabatlarının 80%-dən çoxu amerikalıların payına düşür.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:300
embedMənbə:https://azvision.az
archiveBu xəbər 31 Yanvar 2026 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see370

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see346

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see340

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see321

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see274

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see273

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see260

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see247

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see226

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see223

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see222

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see218

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see217

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see216

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see216

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see210

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see202

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see196

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri