Icma.az
close
up
RU
Azərbaycanda əlavə əməkhaqqı da verilir: Kimlər ala bilər?

Azərbaycanda əlavə əməkhaqqı da verilir: Kimlər ala bilər?

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qanunvericiliyə görə, zərərli iş yerlərində işləyən insanlar əlavə əməkhaqqı ilə təmin olunmalıdır. 

Buna nə dərəcədə riayət olunması isə müəssisədən asılıdır. 

Azərbaycan Respublikasının müəssisə, idarə və təşkilatlarında işyerlərinin attestasiyasının nəticələri əsasında-əmək şəraiti ağır, zərərli olan işlərdə çalışan işçilərin tarif və ya vəzifə maaşlarına əmək şəraitinin ağırlılıq və ya zərərlik səviyyəsindən asılı olaraq ödənilən əlavə əmək haqqının minimum miqdarı, əmək şəraiti ağır və zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin aşağı səviyyəsində - 1,04 faiz məbləğində, orta səviyyəsində - 1,08 faiz məbləğində, yuxarı səviyyəsində - 1,12 faiz məbləğində müəyyən edilib. 

Əmək şəraiti xüsusi ilə ağır və zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin aşağı səviyyəsində - 1,16 faiz məbləğində, orta səviyyəsində - 1,20 faiz məbləğində, yuxarı səviyyəsində - 1,24 faiz məbləğində müəyyən edilib. 

Maraqlıdır, hazırda müəssisələr bu qaydalara nə dərəcədə riayət edirlər, vətəndaşa müəssisənin zərəli olması və bunla bağlı ona əlavə əməkhaqqı təyin edilməsi barədə məlumat verilirmi, özəl şirkətlərdə bu qaydalar tətbiq edilirmi? 

Hüquqşünas Azər Quliyev “Cebheinfo.az”-a bildirib ki, Əmək Məcəlləsinə görə müəssisə, idarə və təşkilatlarında iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır, zərərli olan işlərdə çalışan işçilərin tarif və ya vəzifə maaşlarına əmək şəraitinin ağırlılıq və ya zərərlik səviyyəsindən asılı olaraq ödənilən əlavə əməkhaqqı həm dövlət, həm də özəl müəssisələrə şamil olunur:

“İşçilərin attestasiyanın keçirilməsi ilk növbədə işəgötürənə aiddir. 

İşəgötürən bunu keçirmirsə, bu, onun məsuliyyətidir. İş yerlərinin attestasiyasını keçirəndə müəyyən olunur ki, iş yeri nə qədər zərərlidir, təhlükəlidir. Onun nəticəsinə uyğun olaraq, 12 faizdən 24 faizə qədər əlavə əməkhaqqı müəyyənləşə bilər. İşçilərin attestasiyası başqa mexanizmdir, iş yerlərininki başqadır”.

O bildirib ki,  müəssisənin zərərli olması ilə bağlı qaydalar, Əmək Məcəlləsinin 159-cu maddəsi, Nazirlər Kabinetinin 137 saylı saylı qərarı ilə tənzimlənir:

“Əmək şəraitinin ağır və zərərliliyinin aşağı səviyyəsində - 1,04 faiz məbləğində ödəniş nəzərdə tutulur. Məsələn, işçi 1000 manat əməkhaqqı alırsa, onun maaşına 4 faiz əlavə olunur. Yaxud 1,12-dirsə, 12 faiz əlavə olunur”. 

Əlavə əməkhaqının hansı sahələrə aid olduğuna gəldikdə isə hüquqşünas deyib:

“Məsələn, hüquq bürosunda çalışan üçün zərərli heç nə ola bilməz. Bu, əsasən zavodlara, mədənlərə, dəniz şəraitində, metropolitendə, xəstəxanalarda aparatlarda işləyənlərə və s. aiddir. İş yerlərinin zərərli olmasını müəyyən etmək orada yaradılnmış attestasiya komissiyasının nəticəsinə uyğun olur. Əgər vətəndaş işə gedirsə, attestasiya komissiyasının nəticəsi varsa və ona uyğun gəlirsə, həmin müəssisə ona əlavə əməkhaqqı ödəməlidir. Bu, daha çox neft, dəniz sahələrinə aiddir. İşə qəbul olan şəxs onu dəqiq bilə bilməz.

Əgər işə qəbul olunandan sonra  ona bu vəsaiti ödəmirlərsə, özü maraqlana bilər”. 

İşçidən oradakı mövcud vəziyyətin gizlədilməsinə gəldikdə isə belə yerlər var:

“Sovet dövründə neft sahəsində çalışanlara 12 faiz əlavə maaş verirdilər. İndi əksəriyyətində 4 faizdir. Müəssisənin zərəli olmasını açıqlayanlarla yanaşı, gizlədənlər, ödəmə dərəcəsini azaldanlar da var. 

Bunu yoxlamaq məsuliyyətinə gəldikdə isə əmək qanunvericiliyi ilə ictimai nəzarəti həmkarlar təşkilatı həyata keçirir. Əgər bunu yerinə yetirmirlərsə, həmkarlar təşkilatı məsələni qaldırmalıdır. 

Həmkarlar ictimai nəzarəti, Dövlət Əmək Müfəttişliyi (DƏM) isə dövlət nəzarətini həyata keçirir. Dövlət Əmək Müfəttişliyi  yoxlamalıdır Əgər iş yeri zərərlidirsə və işçiyə əlavə pul verilmirsə, müfəttişlik həmin müəssisəni cərimələyə bilər. Bu barədə məlumatı müfəttişlik verməlidir”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Yanvar 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri