TƏBİB in tabeliyindəki tibb müəssisələrində KT cihazlarının sayı 30 a düşüb
Icma.az, Medicina portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hazırda ölkə üzrə TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 30 ədəd kompüter tomoqrafiyası (KT) cihazı mövcuddur.
Medicina.az xəbər verir ki, bu barədə anews.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
"KT cihazlarının 11-i Bakı şəhərində, 19-u isə regionlarda yerləşən tibb müəssisələrində fəaliyyət göstərir. Radioloji tibbi xidmətlərin təkmilləşdirilməsi məqsədilə müasir tibbi texnologiyaların tətbiqi istiqamətində tədbirlər davam etdirilir" - sorğuya cavabda deyilir.
TƏBİB bildirir ki, əsas məqsəd bütün tibb müəssisələrinin radioloji avadanlıqlarla təchiz olunması deyil, pasiyentlərin radioloji xidmətlərə əlçatanlığının təmin edilməsi və vahid radioloji xidmət sisteminin formalaşdırılmasıdır.
Bununla yanaşı, TƏBİB-in 2025-ci ilin oktyabr ayında yerli mətbuatın sorğusuna verdiyi cavabda tabeliyində olan tibb müəssisələrində ümumilikdə 44 kompüter tomoqrafiyası cihazının mövcud olduğu bildirilmişdi.
Beləliklə, açıqlanan son rəqəmlər TƏBİB-in tabeliyindəki tibb müəssisələrində KT cihazlarının sayının əvvəlki məlumatla müqayisədə 14 vahid az olduğunu göstərir. Qurum tərəfindən bu fərqin səbəbləri ilə bağlı əlavə izahat verilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 22 İyun 2026 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















