Icma.az
close
up
RU
Tibb qardaşı azı 10 xəstəni öldürüb İş yükünü azaltmaq üçün

Tibb qardaşı azı 10 xəstəni öldürüb İş yükünü azaltmaq üçün

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Almaniya bir tibb bacısının etdiyi cinayətlə şokdadır. Palyativ (ölümqabağı mərhələ) xəstələrlə işləyən tibb qardaşı 10 pasiyenti qətlə yetirməkdə, 27 nəfəri isə öldürməyə cəhddə ittiham edilərək ömürlük həbs cəzasına məhkum olunub.

Bakupost.az BBC-yə istinadən xəbər verir ki, prokurorluğun məlumatına görə, kimliyi açıqlanmayan tibb qardaşı 2023-cü ilin dekabrı – 2024-cü ilin may ayları arasında əsasən yaşlı xəstələrə ağrıkəsici və sakitləşdirici dərmanları yüksək dozada vuraraq onları öldürüb. Məqsədi isə gecə növbələrində iş yükünü azaltmaq olub. İstintaq orqanları onun karyerası boyu digər şübhəli ölümləri də araşdırır.
“AFP” xəbər agentliyinin məlumatına görə isə, təqsirləndirilən şəxs 2007-ci ildə tibb bacısı təhsilini bitirib və 2020-ci ildən Vürselendəki xəstəxanada işləyib.
Məhkəmədə çıxış edən prokurorlar onun bəzi xəstələrə qarşı səbrsiz davrandığını bildiriblər.
Məhkəmənin qərarına əsasən, şübhəli xəstələrə morfin və “midazolam” adlı əzələ boşaldıcı maddəni yüksək dozada vurub. 2024-cü ildə həbs olunan tibb qardaşı barədə hökm “xüsusilə ağır cinayət dərəcəsi” daşıdığı üçün 15 ildən sonra belə azadlığa buraxılma imkanını istisna edir.
Prokurorluq hazırda mümkün digər qurbanların müəyyənləşdirilməsi üçün məzarların açılmasını davam etdirir. Bu səbəbdən ona qarşı yeni cinayət işinin də qaldırıla biləcəyi istisna edilmir.
Bu hadisə Almaniyada 1999–2005-ci illərdə 85 xəstəni öldürərək ömürlük həbsə məhkum edilən keçmiş tibb bacısı Nils Högel hadisəsini xatırladır. O, ölkənin müasir tarixində “ən çox xəstəni öldürən tibb işçisi” kimi tanınır.
Cavid, BakuPost
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 06 Noyabr 2025 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see223

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see156

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see142

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see138

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see133

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see129

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri