Icma.az
close
up
RU
Tibb vasitələrinin təhlükəsizliyi necə təmin edilir?

Tibb vasitələrinin təhlükəsizliyi necə təmin edilir?

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

“Tibb vasitələrinin dövlət qeydiyyatı əhalinin sağlamlığının qorunması, bazara çıxarılan məhsulların təhlükəsizliyinin, keyfiyyətinin və effektivliyinin təmin edilməsi məqsədilə həyata keçirilir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" proqramında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Tibb vasitələrinin qeydiyyat, ekspertiza və idxalı şöbəsinin müdir müavini Telli Əlizadə deyib.

Onun sözlərinə görə, Azərbaycanda tibb vasitələrinin dövlət qeydiyyatı Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Qeydiyyat prosesinin təşkili, müraciətlərin qəbulu, təqdim olunan sənədlərin ekspertizası və dövlət reyestrinin aparılması isə Analitik Ekspertiza Mərkəzinin səlahiyyətlərinə daxildir.

Telli Əlizadə bildirib ki, tibb vasitələrinin dövlət qeydiyyatı Nazirlər Kabinetinin 18 iyul 2024-cü il tarixli Qərarı ilə təsdiq edilmiş müvafiq Qaydalara əsasən həyata keçirilir. Dövlət qeydiyyatı üçün istehsalçı, məhsulun təyinatı, texniki xüsusiyyətləri, təhlükəsizlik və effektivlik göstəriciləri, istifadə təlimatı, etiket nümunələri, uyğunluğun qiymətləndirilməsini təsdiq edən sənədlər, eləcə də qanunvericilikdə nəzərdə tutulmuş digər materiallar təqdim edilməlidir.

Şöbə müdirinin müavini qeyd edib ki, qaydaların tələblərinə uyğun olaraq təqdim olunan sənədlər ekspertizaya göndərilir. Bu mərhələdə sənədlərin tamlığı, düzgünlüyü və qanunvericiliyin tələblərinə uyğunluğu, həmçinin tibb vasitəsinin təhlükəsizlik, keyfiyyət və effektivlik göstəriciləri qiymətləndirilir.

Telli Əlizadə vurğulayıb ki, ekspertiza Nazirlər Kabinetinin 25 dekabr 2019-cu il tarixli 502 nömrəli Qərarı ilə təsdiq edilmiş qaydalara uyğun aparılır. Bu zaman məhsulun texniki sənədləri, istehsal prosesi, istifadə təyinatı, etiketlənməsi, qablaşdırılması və istifadəsinə dair məlumatlar təhlil edilir, zərurət yarandıqda isə əlavə sənədlər tələb oluna bilər.

Onun sözlərinə görə, qeydiyyat prosesinin mühüm mərhələlərindən biri risk əsaslı yanaşma əsasında aparılan laborator qiymətləndirmədir. Zəruri hallarda tibb vasitələrinin nümunələri laborator sınaqlara cəlb olunur və onların texniki göstəricilərə, təhlükəsizlik, keyfiyyət, funksionallıq və normativ tələblərə uyğunluğu yoxlanılır.

"Laborator sınaqların nəticələri sənəd ekspertizasının nəticələri ilə birlikdə qiymətləndirilir. Tibb vasitəsinin müəyyən edilmiş tələblərə cavab verdiyi təsdiqləndikdə, məhsul dövlət qeydiyyatına alınır, dövlət reyestrinə daxil edilir və Azərbaycanda qanunvericiliyə uyğun dövriyyəsinə və istifadəsinə icazə verilir. Bu mexanizm ölkədə istifadə olunan tibb vasitələrinin təhlükəsizliyinin təmin edilməsinə, pasiyentlərin sağlamlığının qorunmasına, həmçinin səhiyyə sistemində keyfiyyət və etibarlılıq standartlarının yüksəldilməsinə xidmət edir", – deyə Telli Əlizadə fikrini yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 İyul 2026 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see326

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see289

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see280

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see280

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see272

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see266

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see259

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see250

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see241

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see231

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see228

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see225

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see221

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see208

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see204

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see203

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see196

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see194

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see191

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri