Icma.az
close
up
RU
Dərman vasitələrinin təhlükəsizliyi necə təmin olunur? SN eksperti AÇIQLADI

Dərman vasitələrinin təhlükəsizliyi necə təmin olunur? SN eksperti AÇIQLADI

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Azərbaycanda dərman vasitələrinin təhlükəsizliyinə nəzarət farmakonəzarət sistemi vasitəsilə həyata keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsinin eksperti Fəridə Aslanlı deyib.

Onun sözlərinə görə, Azərbaycanda farmakonəzarət sahəsində fəaliyyətin təşkili Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən həyata keçirilir.

Ekspert bildirib ki, 2010-cu ildə Analitik Ekspertiza Mərkəzi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təsdiqi və razılığı əsasında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Azərbaycanın Milli Farmakonəzarət Mərkəzi kimi tanınıb.

Fəridə Aslanlı qeyd edib ki, farmakonəzarət yalnız Analitik Ekspertiza Mərkəzinin fəaliyyəti ilə məhdudlaşmır:

“Bu sistemdə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müalicə-profilaktika müəssisələri, eləcə də dərman vasitələrinin qeydiyyat vəsiqəsinin sahibləri iştirak edirlər. Qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin müəssisələrdə farmakonəzarət üzrə məsul şəxslər təyin edilir. Dərman vasitələrinin təhlükəsizliyi ilə bağlı məlumatlar toplanır, qiymətləndirilir və aidiyyəti üzrə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə təqdim olunur”.

Ekspertin sözlərinə görə, Azərbaycan ÜST-nin Beynəlxalq Dərman Monitorinqi Proqramının 130-cu tamhüquqlu üzvü kimi 23 yanvar 2018-ci ildən etibarən tanınıb.

O bildirib ki, Azərbaycan bu proqram çərçivəsində fəaliyyətini və beynəlxalq əməkdaşlığını davam etdirir.

Fəridə Aslanlı vurğulayıb ki, əməkdaşlıq nəticəsində Azərbaycanda qeydiyyata alınmış dərman vasitələrinin əlavə təsirləri barədə məlumatlar ÜST-nin qlobal farmakonəzarət bazasına ötürülür.

“Bu məlumatlar beynəlxalq səviyyədə dərman vasitələrinin təhlükəsizliyinin qiymətləndirilməsinə töhfə verir. Əməkdaşlıq həm ölkəmizdə dərman vasitələrinin təhlükəsiz istifadəsinin təmin edilməsinə, həm də qlobal miqyasda dərman təhlükəsizliyi ilə bağlı məlumat mübadiləsinin gücləndirilməsinə xidmət edir”, – deyə ekspert əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Oktyabr 2026 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri