Icma.az
close
up
RU
Tibbi səhlənkarlıq yenidən gündəmdə Həkimlər niyə həbs olunmur ? Araşdırma

Tibbi səhlənkarlıq yenidən gündəmdə Həkimlər niyə həbs olunmur ? Araşdırma

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Son  aylarda həkim səhlənkarlığı səbəbindən xəstələrin ağır vəziyyətə düşməsi və həyatını itirməsi ilə bağlı xəbərlər artmaqdadır. Yanlış diaqnoz, analizlərin düzgün qiymətləndirilməməsi, vaxtında tibbi yardım göstərilməməsi kimi halların faciəvi nəticələr doğurması cəmiyyətdə ciddi narazılıq yaradıb. 

Bəs bu halların kökündə nə dayanır? Bəzən xəstənin səhhəti əməliyyata uyğun olmasa da, həkim niyə riskə gedib əməliyyat edir? Azərbaycanda tibbi səhlənkarlığın sübut olunması niyə bu qədər çətindir və bu prosesdə hansı boşluqlar var?

Tibb sahəsi üzrə ekspert Rasif Bağırov Moderator.az-a Azərbaycanda xəstələrin hələ də tam müdafiəsiz vəziyyətdə olduğunu vurğulayıb:

“Bəzən xəstələrə düzgün diaqnoz qoyulmur və onlar həmin diaqnoz əsasında müalicə alırlar. Xəstənin isə diaqnozun doğru olub-olmadığını müəyyən etmək üçün heç bir imkanları yoxdur. Səhiyyə sistemində ciddi boşluqlar var və xəstə bu prosesi tək başına aydınlaşdıra bilmir. Nəticədə bəzən onlarla həkimi dəyişdikdən sonra yalnız təsadüfən düzgün müalicə alan həkimə rast gəlir.

Azərbaycanda həkim xəstə münasibətlərində diaqnozların və müalicələrin dəqiqləşdirilməsi xarici ölkələrdə olduğu kimi sistemli həyata keçirilmir. Xarici ölkələrdə adətən sığorta sistemi mövcuddur və hüquqşünas həkimlər xəstənin hüquqlarını qoruyur, qoyulan diaqnozun və görülən müalicənin düzgünlüyünü yoxlayır. Bizdə isə belə mexanizmlər yoxdur. Bəzi xəstəliklər isə yalnız xəstə vəziyyəti ağırlaşdıqdan sonra müəyyənləşir. 

Təəssüf ki, bəzi hallarda xəstəxanalar xəstəni ölüm təhlükəsi yaxınlaşdıqda evə göndərir və sonrakı mərhələdə ölüm rəsmi sənədlərdə müalicənin nəticəsi kimi qeydə alınır. Bu da xəstələrin ölüm səbəblərinin aydınlaşdırılmamasına gətirib çıxarır. Əslində bu, yalnız dini və ya digər proseduralardan asılı deyil, sistematik bir problemdir”.

Ekspert qeyd edib ki, xəstə yarılanda və ya ölüm aşkarlandıqda, diaqnozların dəqiqləşdirilməsi həkimlərin təcrübəsinin artırılması və tibbi səhvlərin müəyyənləşdirilməsi üçün vacibdir:

 “Sovet dövründə xəstəxanalarda ölən xəstələr yarılırdı və bütün həkimlər bu prosesi müzakirə edirdi, nəticədə səhvlər aşkar olunur və tibbi təcrübə inkişaf edirdi. Bu gün isə Azərbaycanda belə sistem yoxdur; xəstələr ölüm ayağında evə göndərilir, səbəblər qeydə alınmır, həkimlər isə məsuliyyətdən azaddır.

Xəstələr də çox vaxt şikayət etmir, və şikayət olsa da, nəticə olmur. Hər şeyin olmaması həkim-xəstə münasibətlərində ciddi boşluqlar yaradır və sistem xəstəni qorumaq üçün yetərsizdir”.

Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev deyib ki, pasientin hüquqları pozulduqda, o, tibb müəssisəsinin müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanına, hüquq-mühafizə orqanlarına və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Onun sözlərinə görə, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 57-ci maddəsində vətəndaşların sağlamlığına vurulan ziyanın ödənilməsi ilə bağlı norma müəyyən edilib:

“Bu normaya əsasən vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. 

 Həmçinin Mülki Məcəllənin 1112-ci maddəsi tibb müəssisəsinin vurduğu zərərin əvəzinin ödənilməsini tənzimləyir. Belə ki, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Ancaq zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

Ancaq vurulan ziyanın ödənilməsi tibb və əczaçılıq işçilərini qanunla nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmir. Yəni hüquq mühafizə orqanlarının araşdırması nəticəsində həkimin əməlində Cinayət Məcəlləsi ilə müəyyən edilmiş hüquqazidd əməl - qanunsuz süni mayalanma , İnsan orqanlarının qanunsuz transplantasiyası, qanunsuz abort etmə, Xəstəyə kömək göstərməmə, səhlənkarlıq və s. əməllər müəyyən edilərsə, bu halda müvafiq qaydada cinayət məsuliyyətinə cəlb edilərək, həmin əmələ görə müəyyən edilmiş sanksiya həddində cəzalandrıla bilərlər”.

Vəkil sözərinə davam edərək qeyd edib ki, xəstənin ölümü ilə nəticələnən hadisə baş veribsə, bu halda fakt üzrə Cinayət Məcəlləsinin 314.2-ci maddəsi cinayət işi başlanılır:

“İş üzrə təyin edilmiş müvafiq ekspertizalar və digər prosessual hərəkətlər nəticəsində ölümə səhlənlarlığın səbəb olduğu müəyyən edilərsə,  bu əmələ yol vermiş şəxs və ya şəxslər məsuliyyətə cəlb edilə bilər. Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Yaxud da qanunvericiliyə və ya xüsusi qaydalara müvafiq olaraq xəstəyə kömək etməyə borclu olan tibb işçisi tərəfindən üzürlü səbəblər olmadan xəstəyə tibbi yardım göstərilməməsi nəticəsində onun sağlamlığına az ağır zərər vurma Cm-nin 142.1-ci maddəsinə əsasən min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək müddətə  azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurduqda isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2 iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Eyni əməllər zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Noyabr 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see187

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see163

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see158

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see156

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see154

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see150

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see136

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see134

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see132

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see127

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see127

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri