Icma.az
close
up
RU
Tibbi xidmətdə yeni mərhələ

Tibbi xidmətdə yeni mərhələ

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hədəf hər kəsin əlçatanlığını təmin etməkdir

Son illər Azərbaycan səhiyyə sahəsində yeni mərhələyə qədəm qoyub, beynəlxalq təcrübə və tendensiyalar uğurla tətbiq olunur, müxtəlif islahatlar həyata keçirilir, tibb müəssisələrinin həm maddi-texniki bazası gücləndirilir, həm də kadr potensialının inkişaf etdirilməsi, ölkəmizdə və xaricdə təhsil almış peşəkar kadrların səhiyyəmizə qazandırılması istiqamətində ardıcıl işlər həyata keçirilir. Təbii ki, bütün bunlar da Azərbaycan vətəndaşının keyfiyyətli və əlçatan tibbi xidmət almasını hədəfləyir. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, Birinci-vitse prezident Mehriban xanım Əliyevanın xüsusi diqqətilə ölkəmizdə ən müasir tələblərə cavab verən səhiyyə infrastrukturunun yaradılması, yeni xəstəxanaların tikilməsi, mövcud tibb ocaqlarının yenidən qurulması prosesi geniş vüsət alıb. Səhiyyə islahatlarının mühüm istiqaməti olan tibb müəssisələri şəbəkəsinin və strukturun təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında mühüm uğurlar əldə edilib. 

Elə 2020-ci ildən etibarən ölkədə mərhələli şəkildə tətbiq edilən icbari tibbi sığorta sistemi də əhalinin səhiyyə xidmətlərinə çıxışını genişləndirmək məqsədi daşıyır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaradılması da bu konsepsiyanın davamıdır. TƏBİB Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli fərmanına əsasən yaradılıb, fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. TƏBİB tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırır, vətəndaşlara tibbi xidmətlər, əsasən, icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi çərçivəsində göstərilir. Hazırda 3315 sayda tibbi xidmət əhaliyə ödənişsiz əsaslarla icra olunur. İcbari tibbi sığorta təminatına alınmış tibbi xidmətlərin 90 faizdən çoxunun TƏBİB-in tabeliyində olan tibb müəssisələrində icra edilməsi mümkündür. 

TƏBİB-in yarandığı ötən 6 ilə nəzər saldıqda müşahidə etmək mümkündür ki, ilk illəri çətin və məsuliyyətli dövrlərə təsadüf edib. Dünyanı cənginə alan COVID-19 pandemiyası ilə mübarizədə, daha sonra 44 günlük Vətən müharibəsində tibbi xidmətlərin uğurlu təşkili kimi məsul vəzifələr uğurla icra edilib.

COVID-19 pandemiyası dövründə pasiyentlərin stasionar müalicəsi məqsədilə 33 tibb müəssisəsi ayrılıb və ümumi xəstələrin 90 faizinin müalicəsi TƏBİB-in tabeli tibb müəssisələrdə həyata keçirilib.

Vətən müharibəsi zamanı isə TƏBİB-in tabeliyində olan 6 050 çarpayılıq 43 tibb müəssisəsi və 720 tibb işçisini əhatə edən 120 briqada cəbhə bölgəsinə cəlb edilib və tibbi xidmətin 80 faizi TƏBİB tərəfindən həyata keçirilib. 

Bu gün isə işğaldan azad olunun, yeni qurulan yaşayış məntəqələrində əhalinin tibbi xidmətə əlçatanlığını təmin etmək məqsədilə yeni tibb müəssisələri yaradılıb və bu proses plana uyğun formada davam etdirilir. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən qurumların əməkdaşlarına, eləcə də məskunlaşan əhaliyə təxirəsalınmaz tibbi yardım göstərilməsi və digər səhiyyə xidmətlərinin təşkili məqsədilə zəruri tədbirlər görülür. 

Ən müasir tələblərə cavab verən səhiyyə ocaqlarının inşası işğaldan azad olunan ərazilərin dirçəldilməsi istiqamətində həyata keçirilən kompleks abadlıq-quruculuq işlərinin mühüm tərkib hissələrindən biridir. İşğaldan azad edilən ərazilərdə tibbi xidmətlərin təşkili işləri də sürətlə həyata keçirilir. 

Hazırda işğaldan azad edilən torpaqlarımızda Ağalı, Hadrut, Cəbrayıl, Laçın, Talış, Füzuli, Xocalı ailə sağlamlıq mərkəzləri Şuşa, Zəngilan, Ağdam modul tipli xəstəxanalar, Ağdərə xəstəxanası, Xankəndi poliklinikası fəaliyyət göstərir. 

Son illər Azərbaycanda səhiyyədə mərkəzləşdirmə, maliyyə hesabatlılığı, laboratoriya və mobil xidmətlər kimi sahələrdə önəmli irəliləyişlər əldə edilib.

Bu istiqamətdə həyata keçirilən islahatlar və rəqəmsal transformasiya, tibb müəssisələrinin səmərəli idarəetmə potensialını gücləndirir, əhali üçün daha əlçatan və balanslı səhiyyə xidmətləri təmin edir. 

Hazırda dövlət tibb müəssisələrində dəyəri kifayət qədər yüksək və mürəkkəb orqan transplantasiyası əməliyyatları da uğurla icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edildikdən sonra dövlət tibb müəssisəsi olan Yeni Klinika da (qaraciyər, böyrəklər) bu siyahıya daxil edilib.

Yeri gəlmişkən, Cənubi Qafqazın ən nəhəng tibb müəssisəsi olan Yeni Klinikanın möhtərəm Prezidentimiz İlham Əliyevin birbaşa dəstəyi ilə Almaniyanın “Sana Hospital Group” brendindən istifadə hüququ əldə etməsini son illər əldə edilən uğurların davamı kimi qeyd etmək olar. 

Yüksək nailiyyətlərdən biri də Cənubi Qafqazda ilk dəfə olaraq Yeni Klinika üçün beynəlxalq nüfuza malik HIMSS təşkilatının EMRAM 6 akkreditasiya sertifikatı əldə etməsidir. Sözügedən sertifikat rəqəmsal xəstəxana standartlarını ən üst səviyyədə tətbiq edə bilən tibb müəssisələrinə təqdim edilir. Bu sertifikatın əldə edilməsi üçün icra edilən layihə çərçivəsində Yeni Klinikada iş prosesində önəmli texnoloji yeniliklər həyata keçirilib.

Ötən müddət ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham 
Əliyevin birbaşa iştirakı ilə Abşeron Rayon Mərkəzi Xəstəxanası, Yeni Klinika, Qəbələ Rayon Mərkəzi Xəstəxanası, 2 saylı Sumqayıt Şəhər Xəstəxanası kimi böyük müəssisələr istifadəyə verilib. Hazırda həmin müəssisələr əhalinin keyfiyyətli tibbi xidmətə əlçatanlığının artırılmasında önəmli rol oynayırlar. 

Bakının ən məşhur xəstəxanalarından olan Kliniki Tibbi Mərkəz, Sabunçu Tibb Mərkəzi əsaslı təmir olunub, modernləşib, Respublika Klinik Xəstəxanası, Nərimanov Tibb Mərkəzində isə tam əsaslı təmir işləri aparılır. 

İnvaziv-kardioloji əməliyyatların icra olunduğu Lənkəran, Şirvan, Şəki ürək mərkəzləri yaradılıb və bu gün fəaliyyətlərini uğurla davam etdirirlər. Bu mərkəzlərdə invaziv kardiologiya, invaziv aritmologiya, ürək-damar cərrahiyyəsi, koronar angioqrafiya, koronar angioplastika, perikardiosentez kimi kardioloji xidmətlər, eləcə də Maqnit Rezonans Tomoqrafiyası (MRT) və Kompüter Tomoqrafiyası (KT) kimi radioloji xidmətlər göstərilir. Eyni zamanda Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində zəruri kadr potensialına və infrastruktura malik Regional Travmatoloji Mərkəz yaradılıb. Mərkəz tərəfindən Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının əhalisinə ixtisaslaşdırılmış tibbi xidmət, həmçinin müvafiq profil üzrə mürəkkəb klinik hallar zamanı regionun tibb müəssisələrinə konsultativ-diaqnostik yardım göstərilir.

TƏBİB-in tabeliyində Respublika Pediatriya Mərkəzi yaradılıb. Mərkəz bu sahədə fəaliyyətin səmərəliliyinin artırılması, uşaq əhalisinin müalicə diaqnostika prosesinin vahid mərkəzdə təkmilləşdirilməsi, yeni xidmət növlərinin yaradılması məqsədilə yaradılıb. 

Bundan əlavə, vərəm əleyhinə mübarizə xidmətinin təşkili, idarəetmə və koordinasiya işinin optimallaşdırılması, əhali arasında vərəm və ağciyər xəstəliklərinin profilaktikası, vaxtında aşkarlanması, diaqnostikası və müalicəsi üzrə tədbirlərin keyfiyyətinin yüksəldilməsi, vərəm əleyhinə müəssisələrin infrastrukturundan səmərəli istifadə edilməsi, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə "Ağciyər Xəstəlikləri Mərkəzi" publik hüquqi şəxs yaradılıb.

Görülən işlər sırasında 100 ildən çox tarixi olan təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının yenidən təşkil olunması xüsusi əhəmiyyət daşıyır. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bir mərkəzdə - “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsin qismində birləşdirilib. Mərkəzin yaradılmasında məqsəd xidmət keyfiyyətinin beynəlxalq səviyyəyə yüksəldilməsi, təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən əməkdaşların bilik və bacarıqlarının eyni dərəcədə artırılması, vahid standartlar əsasında iş prinsipinin, eləcə də təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin vahid sistem şəklində qurulmasıdır.

Keyfiyyətli, əlçatan təcili və təxirəsalınmaz tibbi yardım xidmətini təşkil edə bilmək üçün ambulansların və müvafiq olaraq briqadaların miqdarı əhali sayını nəzərə almaqla optimallaşdırılır. Ötən il yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 80 ədəd təcili tibbi yardım avtomobili satın alınıb. Həmin avtomobillər texniki spesifikasiyasına görə sadə, differensiallı, standart və reanimobil təcili tibbi yardım maşınları olub. 

Rəqəmsallaşma sahəsində aparılan işlər də daim diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il avqustun 1-də imzaladığı “Dövlət orqanları arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” fərmana əsasən dövlət orqanlarında kargüzarlığın aparılması sahəsində qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə olunmaqla “kağızsız hökumət”ə keçid prosesi sürətləndirilib, rəqəmsal idarəçilik tətbiq olunmağa başlayıb. 

Vətəndaşlar üçün tibbi xidməti daha çevik və əlçatan etmək üçün TƏBİB-in tabeliyində olan bütün tibb müəssisələrində elektronlaşma və informasiya texnologiyalarının tətbiqi uğurla həyata keçirilir. Bu sahədə aparılan işlərin tərkib hissəsi kimi “İşə qəbul olunanlar üçün”, eləcə də “Sürücülüyə yararlı olmaq barədə” tibb arayışlar elektronlaşdırılıb. 

2024-cü ilin may ayının 1-dən etibarən hər iki tibbi arayışı elektron formada tibb müəssisələrindən rahat və operativ şəkildə əldə etmək mümkün olub. Bu ilin mayın 1-dən etibarən tibb müəssisələri “e-bülleten” sisteminə keçib. 

Onlayn növbə sisteminin qurulması da önəmli addımlardandır. Layihənin tətbiqi xaos və qarışıqlığın minimuma enməsinə, iş prosesinin sürətlənməsinə, effektivliyin artmasına, tibb müəssisəsində xeyli sayda insanın toplanmaması nəticəsində məmnuniyyətin artmasına, tibb müəssisəsinin reputasiyasına müsbət təsir edib. İşə qəbul prosesinin vahid platforma üzərindən həyata keçirilməsi məqsədilə İşə qəbul modulu qurulub, mərkəzləşmiş vahid sistem yaradılıb. Sistemin əsas funksionallığı tibb müəssisələrinə aid vakansiyaların vahid mərkəzi sistem üzərindən paylaşılaraq işə qəbulun sürətləndirilməsi və əlçatanlığın asan şəkildə təmin edilməsidir. 

Tibb müəssisələrinin idarə edilməsi, tibbi xidmətlərin təşkili və keyfiyyətinin yüksəldilməsi, həmçinin tibb müəssisələrinin fəaliyyətinin icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırılması istiqamətlərində bir sıra ölkələrlə əməkdaşlıq edilir, həmin ölkələrin təcrübəsi öyrənilir və tətbiqi imkanları araşdırılır.

Xüsusilə vurğulamalıyam ki, tibb sahəsinin mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla tətbiq etmək yolu ilə əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin artırılmasına nail olmaq, tibbi yardımın keyfiyyətinə, pasiyentlərin hüquqlarının qorunmasına nəzarət mexanizmlərini təkmilləşdirmək və əhalinin sağlamlığının etibarlı qorunması Azərbaycan hökumətinin əsas məqsədlərindəndir. 

Vüqar Qurbanov, 
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 İyun 2025 01:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see278

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see265

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see265

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see249

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see224

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see223

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see219

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see218

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see211

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see209

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see195

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see188

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see186

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see184

Dietoloqlar arıqlamaq üçün ən yaxşı iki meyvənin adını çəkiblər...

31 Avqust 2026 21:05see182

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see175

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see166

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see166

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see166

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri