Icma.az
close
up
RU
Sosial xidmətdə rəqəmsallaşma

Sosial xidmətdə rəqəmsallaşma

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Növbəti hədəf süni intellektdən istifadəyə keçiddir

Rəqəmsal texnologiyaların sürətli inkişafı yüksək tərəqqi üçün yeni yollar açır. İndi dünya “Dördüncü Sənaye İnqilabı”na qədəm qoyur. Bu isə süni intellektdən geniş istifadə, istehsalın avtomatlaşdırılması, robotlaşma, iqtisadiyyatın bütün sahələrində rəqəmsal texnologiyaların tətbiqi deməkdir.

Ümumilikdə, yeni sənaye inqilabı rəqəmsallaşma ilə bağlı bütün sahələrdə ən yeni, fərqli və daha əlverişli texnoloji infrastrukturdan istifadəyə gətirib çıxarıb. Azərbaycanda da daim sosial-iqtisadi sahədə, o cümlədən dövlət idarəetməsi sahəsində genişmiqyaslı islahatlar həyata keçirilir, innovativ layihələr, elektron xidmətlər təkmilləşdirilir və bütün sahələrdə rəqəmsallaşmış xidmətə keçid ön plana keçib.

Ölkəmizdə modern və çevik idarəetmənin təmin edilməsi ilə əhaliyə sosial xidmətlərin elektron platformalar üzərindən göstərilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda Prezident İlham Əliyev çıxışında süni intellekt və rəqəmsallaşma sahəsində görülən işləri vurğulayaraq bildirib ki, Azərbaycan bu texnoloji transformasiya prosesində geri qalmayacaq və davamlı islahatlar həyata keçiriləcək.

Müasir dövrdə əmək, məşğulluq, sosial müdafiə, əlillik və reabilitasiya sahəsində aparılan islahatların mühüm bir istiqaməti bu sahələrdə əhaliyə xidmətlərin müasir texnologiyalar üzərində, şəffaf və operativ, daha əlçatan, vətəndaş rahatlığı prinsipinə uyğun qurulmasıdır. Son illərdə bu istiqamətdə mühüm irəliləyişlər əldə olunub, bir çox yeni e-xidmətlər istifadəyə verilib. Rəqəmsallaşmanın geniş tətbiqi əhaliyə dövlət xidmətlərinin yüksək keyfiyyət və şəffaflıq səviyyəsinə çatdırılmasında, onlardan rahat istifadənin, əlçatanlığının və vətəndaş məmnunluğunun təmin edilməsində effektiv vasitələrdən biridir.

2019-cu ildən etibarən Azərbaycanda sosial ödənişlərin (pensiya, müavinət və təqaüd) proaktiv qaydada təyin edilməsi mexanizmi tətbiq olunur. Bu mexanizm vətəndaşların müraciətinə və sənəd təqdim etməsinə ehtiyac olmadan, elektron sistem vasitəsilə həyata keçirilir. Vətəndaşlara sosial müdafiə və sosial təminat, əmək, məşğulluq sahələrində dövlət xidmətlərinin elektronlaşdırılması təmin edilib, müvafiq informasiya sistemlərinin təkmilləşdirilməsi istiqamətində önəmli addımlar atılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan 150 xidmətin artıq 90 faizdən çoxu elektronlaşdırılıb, onlardan 52-si isə proaktiv qaydada həyata keçirilir. Qurumun “Mərkəzləşdirilmiş elektron informasiya sistemi 18 Altsistem və 4 reyestrdən ibarətdir. Bu sistem 80-dək qurumun informasiya bazaları ilə inteqrasiya edilib. Həmin qurumlardan sorğular da daxil olmaqla cari ilin 9 ayı ərzində nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 369 milyon olub.

Bu ilin 9 ayında nazirliyin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 19,3 milyon müraciət edilib. 2019-cu ildə istifadəyə verilmiş “E-sosial” portalı ölkənin sosial reyestridir və bu ilin 9 ayında bu portaldan 12,2 milyon dəfə istifadə olunub, 196 min təyinat isə e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib. Həmçinin 2022-ci ildən vahid elektron əmək münasibətləri platforması olan və rəqəmsal kadr uçotu sisteminə keçidi təmin edən “Əmək və Məşğulluq” altsistemi fəaliyyət göstərir.

“Azərbaycanda son illər ərzində sosial sahədə rəqəmsallaşma üzrə mühüm işlər görülüb. Dövlət sosial xidmətlərinin innovativ yanaşmalar, müasir texnologiyalar üzərində qurulması, sosial sahədə vətəndaşlara şəffaf, çevik, keyfiyyətli, əlçatan və vətəndaş məmnunluğuna uyğun xidmətlər sisteminin formalaşdırılması sosial islahatlar proqramının əsas hədəflərindən biridir. Bu istiqamətdə “ASAN xidmət” modeli, DOST konsepsiyası, sosial xidmətlərin geniş miqyasda elektronlaşdırılması proqramı həyata keçirilib”. Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin noyabrın 23-də Bakıda keçirilən V konfransının iştirakçılarına müraciətində yer alıb.

Müasir texnologiyaların yaratdığı yeni çağırışlar islahatların daha da təkmilləşdirilməsini zəruri edir. Bu çərçivəyə əsaslanan “ASAN xidmət” daim innovasiyalara inteqrasiyanı artırır, eyni zamanda, qabaqcıl ölkələrlə birgə təcrübələri bölüşür. Nazirliyin bütün istiqamətlərində süni intellekt əsaslı tətbiq qarşıya qoyulmuş məqsədlərdəndir. Süni intellekt təkcə yenilik deyil, vətəndaşlara əmək, məşğulluq və sosial sahədə təqdim edilən xidmətlərin elektronlaşdırılması mühüm istiqamətlərdən biridir. Reabilitasiya, əlillik, sosial-psixoloji sahələrdə də süni intellektdən geniş istifadə imkanları mövcuddur.

Hazırda vətəndaşların sağlamlığının qiymətləndirilməsi ilə əlilliyin müəyyənləşdirilməsi sahəsi üzrə süni intellekt həllərinin tətbiqi əsas məqsədlərdən biridir. Süni intellekt üzrə 2025-2027-ci illər üzrə strategiyada süni intellekt həllərinin yaradılması nəzərdə tutulur. Qarşıda duran məsələlərdən biri sosial ödənişlərin tam elektron qaydada həyata keçirilməsidir.

Ölkənin sosial reyestri olan e-sosial internet portalının təkmilləşdirilməsi və funksional imkanlarının artırılması, portalda ən son texnoloji həllərin tətbiqi istiqamətində də davamlı işlər görülür. Eyni zamanda, Azərbaycanın qlobal süni intellekt ekosistemində rolunu gücləndirmək məqsədilə “2025–2028-ci illəri əhatə edən Süni İntellekt Strategiyası” təsdiq edilib. Ölkəmizdə süni intellekt sahəsində inkişaf prosesi xeyli sürətlənib və bu proses sosial sahəni də artıq əhatə edir.

Sosial sahənin bütün fəaliyyət istiqamətlərində süni intellekt həllərinin tətbiqi strateji hədəflərdən birinə çevrilib və 3 illik Yol Xəritəsi əsasında bu sahədə işlər davam edir. Nazirliyin “Əlillik” altsistemində artıq süni intellekt əsaslı funksionallıq istifadəyə verilib. Bu da əlilliyin qiymətləndirilməsi üçün tibbi göndərişlərdə artıq süni intellekt əsaslı funksionallıq əsasında mətn analizini həyata keçirməyə imkan yaradıb. Şəxsi və sui-istifadələrə səbəb ola bilən həssas məlumatlar avtomatik aşkar edilməklə tənzimlənir.

DOST Agentliyinin təşkilatçılığı ilə bu günlərdə keçirilmiş “SocGov 2025: Süni intellekt - insan və transformasiya üçün” adlı beynəlxalq konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev süni intellekt texnologiyalarının tətbiqi istiqamətində Nazirliyin Strategiyası çərçivəsində hazırlanmış 3 illik Yol Xəritəsinə uyğun şəkildə işlərin aparıldığını qeyd edib. O, “Əlillik” altsistemində tətbiq edilən süni intellekt əsaslı funksionallıq vasitəsilə tibbi göndərişlərdə mətn analizinin həyata keçirildiyini, bu altsistemdə süni intellekt əsaslı məsləhət mexanizminin də hazırlanmaqda olduğunu bildirib.

Bu mexanizmin qərarvermə prosesini sürətləndirməklə, obyektivlik və şəffaflığı daha da artıracağını, süni intellekt həllərinin məşğulluq və reabilitasiya sahələrində də tətbiqinin nəzərdə tutulduğunu, Nazirliyin bütün fəaliyyət sahələrində bu həllərin tətbiqinin strateji hədəflərdən olduğunu vurğulayıb. “Əlillik” altsistemində süni intellekt əsaslı məsləhət mexanizmi də hazırlanır. Bu mexanizm nəticəsində həm qərarvermə prosesi sürətlənəcək, həm də obyektivlik və şəffaflıq səviyyəsi daha da artacaq.

Süni intellekt həllərinin fərdi məşğulluq proqramlarının, reabilitasiya və abilitasiya proqramlarının hazırlanmasında da tətbiqi nəzərdə tutulur. Ümumilikdə, nazirliyin bütün fəaliyyət istiqamətlərində vətəndaş məmnunluğunun və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə süni intellekt əsaslı həllərin tətbiqi qarşıya qoyulmuş strateji hədəflərdəndir.

Mustafa KAMAL
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Noyabr 2025 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see313

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see288

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see272

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see267

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see237

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see230

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see221

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see216

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see211

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see195

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see195

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see192

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see190

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see187

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see185

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see184

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see173

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see170

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see170

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri