Icma.az
close
up
RU
Ticarətdə yeni inkişaf modeli: Mərkəzi Bank bazarı nəzarətə götürür

Ticarətdə yeni inkişaf modeli: Mərkəzi Bank bazarı nəzarətə götürür

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya Dövlət Duması 21 aprel 2026-cı ildə keçirilən plenar iclasda kriptovalyutaların dövriyyəsini tənzimləyən "Rəqəmsal valyuta və rəqəmsal hüquqlar haqqında" qanun layihəsini birinci oxunuşda qəbul edib.

"Cebheinfo.az" xəbər verir ki, layihə Rusiyada kriptovalyuta bazarı üçün hərtərəfli hüquqi çərçivə yaratmağı hədəfləyir.

Yeni tənzimləmə ilə rəqəmsal valyuta vahidləri hüquqi olaraq "əmlak" (имущество) statusu alacaq. Bu sayədə kriptovalyutaların alqı-satqısı, investisiya vasitəsi kimi istifadəsi və xarici ticarətdə tətbiqinin yolu açılır.

Layihəyə əsasən:

Kriptovalyutalardan Rusiya daxilində mal və xidmət ödənişlərində istifadə edilə bilməz.Xarici ticarət əməliyyatlarında (ixrac/idxal) istifadə edilə bilər.

İnvestisiya və yığım vasitəsi kimi qiymətləndirilə bilər.

Layihənin ən mühüm yeniliklərindən biri kriptovalyuta əməliyyatlarının yalnız lisenziyalı vasitəçilər vasitəsilə həyata keçirilməsi məcburiyyətini gətirməsidir.

Bu çərçivədə: Kriptovalyuta birjaları, Brokerlər və trast menecerləri, Rəqəmsal depozitarlar, Lisenziyalı kriptovalyuta mübadilə məntəqələri Rusiya Mərkəzi Bankı (RF MB) bu qurumlara lisenziya vermək və bazara nəzarət etmək səlahiyyətinə malik olacaq.

Layihə investorları "ixtisaslı" (qualified) və "ixtisassız" (non-qualified) olaraq iki qrupa ayırır.

İxtisassız investorlar üçün gətirilən məhdudiyyətlər:

Kriptovalyuta alqı-satqısı üçün xüsusi testdən keçməlidirlər. İllik əməliyyat həcmi 300 min rubl ilə məhdudlaşdırılacaq.Yalnız Mərkəzi Bank tərəfindən müəyyən edilən ən likvid kriptovalyutaları (Bitcoin, Ethereum və s.) ala bilərlər.

İxtisaslı investorlar isə hər hansı məhdudiyyət olmadan bütün rəqəmsal aktivlərlə əməliyyat apara biləcəklər.

Layihə tam qəbul edilərsə, tənzimləmənin böyük hissəsi 1 iyul 2026-cı il tarixində qüvvəyə minəcək.

Lakin bəzi maddələrin tətbiqi üçün fərqli təqvimlər nəzərdə tutulur:

"Qara siyahı"dakı kriptovalyutalar üzrə əməliyyatlar 1 iyul 2026-cı ildən etibarən bloklana bilər. Rəsmi "ağ" əməliyyatlar üçün infrastruktur 1 iyul 2027-ci ilə qədər hazır olacaq.

Layihəyə paralel olaraq, hökumət 17 aprel 2026-cı ildə lisenziyasız kriptovalyuta fəaliyyətlərinə qarşı cinayət sanksiyalarını nəzərdə tutan daha bir qanun layihəsi təqdim edib.

Buna görə, Mərkəzi Bank lisenziyası olmadan kriptovalyuta birjası və ya məntəqəsi işlədənləri 7 ilə qədər həbs cəzası gözləyir. Lisenziyasız fəaliyyətlərə görə 300 min rubla qədər pul cəzası və ya 4 ilə qədər məcburi əmək cəzası verilə bilər.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Aprel 2026 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri