Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Elektron ticarətdə yeni qayda

Elektron ticarətdə yeni qayda

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin vergi uçotu yeni qaydada tənzimlənəcək.

"Cebheinfo.az" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Bu dəyişikliklər vergi orqanında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən (elektron ticarəti həyata keçirən) qeyri-rezident şəxslərin ƏDV məqsədləri üçün vergi uçotuna alınması mexanizmini təkmilləşdirir və həmin əməliyyatlar üzrə vergi tutma məsələlərini əhatə edir. Belə ki, yuxarıda qeyd olunan qeyri-rezidentlərin Azərbaycan Respublikasında yerləşən alıcılara təqdim etdikləri elektron xidmətlər üzrə dövriyyənin həcmi müəyyən edilmiş həddi (10 000 ABŞ dollarının manat ekvivalenti) aşdığı hallarda onların vergi uçotuna alınması məcburi, həmin həddə çatmadıqda isə könüllü olacaq. Belə bir həddin müəyyən edilməsi bir tərəfdən az dövriyyəli qeyri-rezidentlərin inzibati yükə məruz qalmamasına şərait yaradırsa, digər tərəfdən iqtisadi cəhətdən əhəmiyyətli həcmdə xidmət göstərən qeyri-rezident təchizatçıların məcburi vergi uçotuna cəlb olunmasını təmin edir.

Elektron ticarət qaydasında təqdim edilən iş və xidmətlərin sayı və həcmi böyük olduğundan qanunvericiliklə belə xidmətlərin əhatə dairəsinə aid edilməyən istisnalar müəyyənləşdirilir. Bu istisnalara məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn və mühəndislik xidmətlərinin elektron poçt və digər interaktiv ünsiyyət vasitələri ilə göstərilməsi, internet üzərindən real vaxt rejimində təqdim edilən tədris və təlim xidmətləri, habelə elm, təhsil, mədəniyyət, idman və əyləncə tədbirləri üçün biletlərin onlayn sifariş edilməsi xidmətləri aiddir.

Həmin xidmətlərin mahiyyət etibarilə fərdiləşdirilmiş xarakter daşıması, real vaxt rejimində birbaşa qarşılıqlı ünsiyyət əsasında icra edilməsi və ənənəvi xidmət münasibətlərinə daha yaxın olması nəzərə alınmaqla, elektron ticarət qaydasında təqdim edilən xidmətlərə aid edilmir. Dəyişiklik ƏDV-nin hər hesabat dövrü üçün, lakin hesabat dövründən sonrakı ayın son günündən gec olmayaraq ödənilməsini nəzərdə tutur.

Mcburi qeydiyyatla bağlı qanunvericiliyin bu tələbinin 6 (altı) aydan sonra tətbiq olunacaq və vergi uçotu qanun qəbul edildikdən sonra təsdiq ediləcək qaydalara uyun olaraq sadələşdirilmiş prosedur (onlayn qeydiyyat, minimal hesabat tələbləri) əsasında həyata keçiriləcəkdir. Bu isə qeyri-rezidentlərə sistemlərini, vergi infrastrukturunu və hesabat mexanizmlərini qanunun tələblərinə uyğunlaşdırmaq imkanı yaradacaq.

Bütövlükdə dəyişiklik dövriyyəsinin həcmi müəyyən edilmiş həddi keçən elektron ticarət sahəsində fəaliyyət göstərən qeyri-rezidentlərin vergi uçotuna alınmasına, bu sahədən ƏDV üzrə daxilolmaların artmasına və vergitutma bazasının şəffaflığının təmin olunmasına şərait yaradacaq.

Qeyd edək ki, vergi ödəyicisi kimi uçotda olan şəxslər ilə elektron qaydada vergi uçotuna alınan qeyri-rezident arasında aparılan əməliyyatların vergiyə cəlb edilməsi ümumi qaydada (Məcəllənin 169.4-cü və 169.5-ci maddələrinə uyğun olaraq) həyata keçirilir. Bu halda ƏDV-nin hesablanması və ödənişi ilə bağlı öhdəlik vergi ödəyicisinin üzərinə düşür.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Fevral 2026 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see999

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see463

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see366

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see284

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see272

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see271

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see250

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see241

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see215

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see208

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see203

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see201

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see199

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see198

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see195

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see192

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see188

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see187

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see185

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri