Icma.az
close
up
RU
Ticarətdə yeni inkişaf modeli

Ticarətdə yeni inkişaf modeli

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya hökuməti 2030-cu ilə qədər xarici ticarət sistemini tamamilə yenidən qurmaq üçün beş əsas prioritet müəyyən edib.

"Cebheinfo.az" xəbər verir ki, "RBC"-nin yaydığı məlumata əsasən, valyuta nəzarətinin sadələşdirilməsi, gömrük dəyərinin yeni üsulla hesablanması, beynəlxalq elektron sənəd sisteminə keçid, standartların qarşılıqlı tanınması və sənəd təkrarlarının aradan qaldırılması bu “yol xəritəsi”nin əsas sütunlarını təşkil edəcək.

Rəsmilərin sözlərinə görə, bu addımlar ixracatçı və idxalatçıların xərclərini azaltmaqla yanaşı, Rusiyanın qlobal ticarətdəki mövqeyini gücləndirəcək.

İslahatların mərkəzində valyuta qanunvericiliyinin daha çevik hala gətirilməsi dayanır. Yeni sistemlə birlikdə faktorinq və borc köçürülməsi kimi alətlər qanuni şəkildə xarici ticarətin bir hissəsinə çevriləcək.

Bu da o deməkdir ki, ixracatçılar xarici alıcılardan ödəniş gözləmədən gəlirlərinin böyük hissəsini maliyyə qurumlarından ala biləcəklər. 

2026-cı ilin mayına qədər qəbul olunması planlaşdırılan federal qanun, ixrac gəlirlərinin ölkəyə qaytarılması öhdəliyinin bu üsullarla da yerinə yetirilməsinə imkan yaradacaq.Digər mühüm yenilik isə ixrac malları üçün gömrük dəyərinin təxirə salınaraq müəyyənləşdirilməsi olacaq.

Şirkətlər məhsulları ixrac edərkən müvəqqəti qiymət bəyan edəcək, son qiymət isə satış başa çatdıqdan sonra dəqiqləşdiriləcək.

Xüsusilə qiyməti birja kotirovkalarına və ya sonradan formalaşan bazar şərtlərinə bağlı olan məhsullar üçün bu yanaşma gömrük mübahisələrini və cərimə risklərini azaltmağı hədəfləyir.

“Yol xəritəsi”nin qalan üç istiqaməti isə bürokratiyanın azaldılmasına yönəlib. Kağızsız sənəd sisteminə keçid, elektron imzaların beynəlxalq səviyyədə tanınması və sertifikatların qarşılıqlı qəbul edilməsi sayəsində malların sərhəddən keçidi sürətlənəcək.

Rusiya, həmçinin dost ölkələrlə birgə texniki standartlar hazırlamağı planlaşdırır. Rəsmilər bu dəyişikliklərin Rusiya şirkətlərinin xarici bazarlara çıxışını asanlaşdıracağını və ticarətin qarşısındakı texniki maneələri azaldacağını vurğulayırlar.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Yanvar 2026 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see364

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see341

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see330

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see275

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see274

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see252

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see239

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see234

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see234

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see224

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see222

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see218

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see208

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see207

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see207

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see190

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see188

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see187

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri