Icma.az
close
up
RU
Ticarətdəki artım Azərbaycana nə qazandıracaq? İqtisadçı

Ticarətdəki artım Azərbaycana nə qazandıracaq? İqtisadçı

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan vəMərkəzi Asiya Dövlət Başçıları arasında 8-ci Məşvərət Görüşündə çıxışı zamanı Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələrin inkişafına toxunub.

Dövlət başçısı ötən il Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsinin 50 faizdən çox artdığını bildirib.

Bu artım Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrinin genişləndiyini və qarşılıqlı ticarətin inkişaf etdiyini göstərir. Bəs ticarət dövriyyəsindəki artıma hansı amillər təsir edib vəbu tendensiya gələcəkdə Azərbaycan üçün hansı iqtisadi imkanlar yarada bilər? 

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan iqtisadçı Günay Hüseynova bildirib ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələrin daha sistemli xarakter alması ticarət dövriyyəsinin artmasına təsir edənəsas amillərdəndir: 

"Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsinin ötən il 50 faizdən çox artmasının bir çox səbəbləri var. İlk növbədə, son illərdəAzərbaycanla Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan arasında iqtisadi əlaqələrin daha sistemli xarakter alması mühüm rol oynayır. Qarşılıqlı səfərlərin, biznes əlaqələrinin və birgə layihələrin artması ticarət imkanlarını genişləndirir. Hazırda Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə400-dən çox şirkətin fəaliyyət göstərməsi dəbu əlaqələrin artıq yalnız ticarətlə məhdudlaşmadığını göstərir”.

G. Hüseynovanın sözlərinəgörə, nəqliyyat vəlogistika sahəsində əməkdaşlığın güclənməsi dəAzərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələrin inkişafına mühüm təsir göstərir:


"Digər mühüm məsələ nəqliyyat vəlogistika sahəsində əməkdaşlığın güclənməsidir. Azərbaycanın Orta Dəhlizdə əsas tranzit ölkələrdən biri kimi mövqeyinin möhkəmlənməsi Mərkəzi Asiya dövlətlərinin Avropa bazarlarına çıxışimkanlarını artırır. Bu isəAzərbaycan üzərindən yükdaşımaların, logistika xidmətlərinin və bununla bağlı iqtisadi əlaqələrin genişlənməsinə şərait yaradır. Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatlarının sürətli inkişafı qarşılıqlı ticarət üçün yeni imkanlar yaradır. Azərbaycan üçün bu bazarlar qeyri-neft məhsullarının ixracının şaxələndirilməsi baxımından əhəmiyyətlidir. Dövlət Statistika Komitəsinin məlumatlarında da ötən il qeyri-neft-qaz ixracının artdığı vəMərkəzi Asiya ölkələrinin bu ixracda müəyyən paya malik olduğu görünür”.

G. Hüseynova hesab edir ki, qarşıdakı dövrdə əsas məqsəd ticarət əlaqələrini investisiya vəistehsal əməkdaşlığı ilə daha da genişləndirmək olmalıdır:

"Bu artımın gələcək üçün əsas əhəmiyyəti ondan ibarətdir ki, münasibətlər tədricən sadəcəalıb-satma modelindən investisiya vəistehsal əməkdaşlığına keçə bilər. Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla yaradılmış birgə investisiya fondlarının imkanlarından daha aktiv istifadəolunması yeni istehsal müəssisələrinin yaradılmasına, birgəlayihələrin reallaşdırılmasına vəməhsulların üçüncü ölkələrin bazarlarına çıxarılmasına imkan verə bilər. Düşünürəm ki, qarşıdakı mərhələdə əsas məsələticarət dövriyyəsinin sadəcə yüksək templə artması deyil, bu artımın strukturunun dəyişməsidir. Yəni xammal vəhazır məhsul mübadiləsindən daha çox birgə istehsal, sənaye kooperasiyası, logistika, enerji, kənd təsərrüfatı vətexnologiya sahələrində əməkdaşlığa keçid təmin olunmalıdır. Bu baş verərsə, Mərkəzi Asiya Azərbaycan üçün daha böyük və davamlı ixrac bazarına, Azərbaycan isə həmin ölkələr üçün Avropa və digər xarici bazarlara çıxış baxımından daha mühüm iqtisadi platformaya çevriləbilər”. 

Fəridə Əsədzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 08 Oktyabr 2026 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri