12 milyard avroluq plan Azərbaycana nə qazandıracaq? İqtisadçı açıqladı
Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avropa İttifaqının Orta Dəhlizin inkişafı üçün 12 milyard avroyadək investisiya cəlb etmək planı Azərbaycanın tranzit imkanları baxımından strateji əhəmiyyət daşıyır. Vəsaitin infrastrukturun və nəqliyyat bağlantılarının gücləndirilməsinə yönəldilməsi Şərq-Qərb ticarət marşrutunda ölkənin mövqeyini daha da möhkəmləndirə bilər.
Bəs bu maliyyə dəstəyi Azərbaycanın tranzit gəlirlərinə və Orta Dəhlizdəki mövqeyinə konkret olaraq necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə bildirib ki, Avropa İttifaqının Orta Dəhlizin inkişafı üçün dövlət və özəl sektordan 12 milyard avroyadək investisiya cəlb etməyi planlaşdırması Azərbaycan üçün iqtisadi imkanlar yarada bilər.
Onun sözlərinə görə, Azərbaycan Orta Dəhlizin əsas tranzit ölkələrindən biri olduğuna görə, dəhlizin ötürücülük qabiliyyətinin artması və daşınma müddətinin azalması ölkəmizdən keçən yük həcmini də artıra bilər:
“İstənilən halda, həmin vəsaitin hamısının Azərbaycana yönələcəyini gözləmək olmaz. Bunun mümkün nəticələrindən biri tranzit və nəqliyyat xidmətlərindən əldə edilən gəlirlərin artması ola bilər. Ancaq iqtisadi effekt bununla məhdudlaşmır.
Yük axınının genişlənməsi Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt limanı və digər logistika infrastrukturlarından istifadənin artmasına, eyni zamanda anbar, sığorta, ekspeditor, gömrük, yükdaşıma və digər xidmət sahələrinin inkişafına əlavə stimul verə bilər.
Azərbaycan üçün əsas məsələ yalnız tranzit ölkə kimi çıxış etməklə kifayətlənməməkdir. Dəhliz ətrafında logistika mərkəzlərinin yaradılması, emal, qablaşdırma, distribusiya və digər əlavə dəyər yaradan fəaliyyətlər genişləndirilərsə, layihənin ölkə iqtisadiyyatına təsiri daha böyük olar.
Bu baxımdan Orta Dəhliz həm tranzit gəlirlərinin artırılması, həm də qeyri-neft sektorunun şaxələndirilməsi üçün mühüm imkan kimi qiymətləndirilə bilər.
Söhbət bütövlükdə Orta Dəhlizin inkişafı üçün nəzərdə tutulan investisiya imkanlarından gedir. Azərbaycanın bundan nə qədər faydalanacağı isə ölkənin konkret layihələr təqdim etməsindən, infrastrukturun modernləşdirilməsindən və dəhlizin digər iştirakçıları ilə koordinasiyanın nə dərəcədə səmərəli aparılmasından asılı olacaq”.
Nuray Paşşanlı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Ticarətdəki artım Azərbaycana nə qazandıracaq? İqtisadçı
08 Oktyabr 2026 13:57
Azərbaycana turist axını zəifləyir: İqtisadçı acı reallığı açıqladı
23 İyul 2026 18:49
7,5 milyard dollarlıq sazişlər Azərbaycana nə qazandıracaq? ŞƏRH
03 İyun 2026 09:33
Hindistan Özbəkistan ticarəti Azərbaycana nə qazandıra bilər? İqtisadçı Açıqlayır
27 Oktyabr 2026 08:43
Kazino turizmi Azərbaycana nə qazandıracaq?
21 İyun 2025 16:16
Baxış sayı:177
Bu xəbər 17 Sentyabr 2026 14:59 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları