Icma.az
close
up
RU
Kazino turizmi Azərbaycana nə qazandıracaq?

Kazino turizmi Azərbaycana nə qazandıracaq?

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli Məclis kazinoların fəaliyyəti ilə bağlı qanuna təklif edilən dəyişiklik layihəsini birinci oxunuşda qəbul edib. Kazino oyunlarının keçirilməsinə görə çox böyük məbləğdə dövlət rüsumu müəyyənləşib. Bəs bu oyunlar turizmə necə təsir edəcək?

Turizm eksperti Cabir Dövlətzadə Metbuat.az-a açıqlamasında bildirib ki, dayanıqlı turizmin yüksələn bir növü kimi kazino hər zaman öz populyarlığını qoruyub saxlayıb:

“Bu sahə Amerika və Avropada uzun müddətdir mövcuddur və inkişaf etməkdədir. Azərbaycanda isə kazino turizmi uzun fasilədən sonra yenidən gündəmə gəlməkdədir. Bildiyiniz kimi, 1998-ci ilə qədər Azərbaycanda kazino turizmi fəaliyyət göstərirdi. Sovet İttifaqı dağıldıqdan sonra bu sahə daha çox Türkiyə kökənli insanlar tərəfindən idarə olunurdu. Lakin Heydər Əliyevin dövründə bu fəaliyyət qadağan olundu və bir daha rəsmi şəkildə bərpa edilmədi. Bu sahədə çalışan insanlar ya ölkəni tərk etdilər, ya da fəaliyyətlərini dayandırdılar və digər ölkələrə yönəldilər. Qonşu Gürcüstanın bu istiqamətdə atdığı addımlar təsadüfi deyil. Qeyd edim ki, Gürcüstan təkcə kazino turizmindən illik 28 milyard ABŞ dolları gəlir əldə edir ki, bu da çox böyük rəqəmdir”.

Ekspert Azərbaycanda da bu sahənin inkişafı ilə bağlı qəbul edilən qanundan danışıb:

“Qanuna əsasən, Xəzər dənizinin Azərbaycana aid olan hissəsində süni torpaq sahələrində kazinoların yaradılmasına imkan veriləcək. Bu kazinoların açılması yalnız hüquqi şəxslərə aid olacaq. Çünki kazinonun açılması üçün böyük məbləğdə lisenziya haqqı tələb olunur. Bu isə dövlətə birbaşa gəlir gətirəcək. Çünki hüquqi şəxslər qazandıqları mənfəətin 20 faizini vergi kimi dövlətə ödəyirlər. Fiziki şəxslərdə bu göstərici 14 faizdir. Gələcəkdə Azərbaycanda işin nə dərəcədə böyük olmasına bağlı olaraq, əlavə qanun dəyişikliyi ilə bu göstəricinin 25 faizə qədər artırılması da mümkündür. Əgər bu fəaliyyət sahəsi böyüyərsə və ölkə iqtisadiyyatına ciddi xeyir verərsə, bu halda həm daxili, həm də xarici rəğbət artacaq. Bu isə dövlətin daha çox gəlir əldə etməsinə şərait yaradacaq”.

C.Dövlətzadənin sözlərinə görə, dünyada işləyən hər 10 nəfərdən biri məhz turizm sektorunda çalışır. Kazino turizmi isə bu sektorda ən çox gəlir gətirən sahələrindən biri hesab olunur:

“Hazırda Orta Asiya ölkələrində – Qazaxıstan və Özbəkistanda da kazino fəaliyyəti başlamış və davam etdirilməkdədir. Azərbaycanda bu sahənin inkişafı yeni iş yerlərinin açılmasına səbəb olacaq, turizm potensialının yeni bir istiqamətdə formalaşmasına imkan yaradacaq və dayanıqlı turizmin yeni bir növü kimi kazino turizmini önə çıxaracaq. Eyni zamanda, xaricdən gələn turistlərin sayında ən azı 15-20 faiz artım müşahidə oluna bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 21 İyun 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri