Icma.az
close
up
RU
Tiflis mühitində Həsən bəyin işıqlı mirası

Tiflis mühitində Həsən bəyin işıqlı mirası

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Azərbaycanın dahi maarifpərvəri və milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin həyat yolu, yaradıcılığı və ailə irsi, Tiflis mühitindəki fəaliyyəti ilə birlikdə Eldəniz Həsənovun yeni monoqrafiyasında əhatəli şəkildə işıqlandırılıb. Bu tədqiqat əsəri, yalnız Zərdabi nəslinin izlərini deyil, həm də Azərbaycan və Gürcüstan xalqları arasındakı tarixi mədəni əlaqələri, elmi və ictimai fəaliyyətin zəngin irsini oxuculara çatdırmaqla milli tariximizin əvəzsiz bir xəzinəsini ortaya qoyur.

Azərbaycanda Atatürk Mərkəzində tanınmış Zərdabişünas, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm”, “Ali Media” mükafatı laureatı, Mətbuat Şurası və media orqanları tərəfindən “Həsən bəy Zərdabi diplomu”, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkənin kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilmiş, aqrar elmləri üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının professoru Eldəniz Həsənovun H.Zərdabi yaradıcılığı ilə bağlı “Həsən bəy Zərdabi və Tiflis mühiti” adlı üçüncü monoqrafiyasının təqdimat mərasimi keçirilib.

Tədbirdə tanınmış elm və mədəniyyət xadimləri, deputatlar, ictimaiyyət nümayəndələri və ziyalılar, Zərdabi nəslinin işıqlı simaları iştirak ediblər.

Tədbirin aparıcısı – tanınmış şair, filologiya elmləri doktoru İslam Sadıq Eldəniz Həsənovu tələbəlik illərindən 50 ilə yaxın bir müddətdir ki, tanımasından, bugünədək onunla dostluq münasibətlərindən və onun yaradıcılığından, o cümlədən müəllifin yeni kitabının həm elmi, həm də tarixi baxımdan böyük əhəmiyyət daşımasından, bu kitabdan öncə nəşr olunan “Həsən bəy Zərdabi irsi və keşməkeşli həyat yolu”, “Həsən bəy Zərdabi Azərbaycanda yerquruluşu elminin və torpaq islahatının banisidir” adlı əsərlərində də Zərdabinin fəaliyyətinin az öyrənilmiş tərəflərini ilk dəfə olaraq geniş şəkildə işıqlandırmasından qısa söhbət açaraq qonaqlara söz verib.

Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədr müavini, “525-ci qəzet” baş redaktoru Rəşad Məcid kitabda Həsən bəy Zərdabinin həyat yolu, onun yaxın qohumlarının Tiflis mühitindəki rolunun əks olunduğunu diqqətə çatdırıb. Bildirib ki, əsərdə Həsən bəy Zərdabinin ailə üzvlərinin, onun Tiflis şəhəri ilə əlaqələri, bu mühitin onun həyatındakı mühüm rolunun olduğu göstərilib.  Həsən bəy Moskva Universitetini bitirdikdən sonra ölkəyə dönərkən ilk əmək fəaliyyətinə “Mejevaya palatada” işləməklə yanaşı, eyni zamanda, burada “8-ci mejevaya” (mərzçəkmə) komissiyasında məhkəmə üzvü kimi fəaliyyət göstərməsindən, burada işləyərkən Mirzə Fətəligilə gəlməsindən, onun kitabxanasında olan kitablarla tanış olmasından, fikir mübadiləsi etməsindən, ondan məsləhətlər almasından söhbət açıb. Qeyd edib ki, bu kitabda yeni faktlar yer alıb ki, bu da əsəri daha da dəyərli edir. Rəşad müəllim, eyni zamanda, bildirib ki, müəllifin bundan öncə də bir neçə kitabı nəşr olunub. Eldəniz müəllim tərəfindən ilk dəfə olaraq Həsən bəy Zərdabinin nəsil şəcərəsi tərtib edilmiş və o tərtib etdiyi şəcərədə əks olunan insanların başına gətirilən faciəli hadisələrin, onların keşməkeşli həyat yollarının tarixi şərhini verib, Zərdabinin, Zərdabi ocağından çıxanların, habelə bu nəsildən olanların o zaman xalqının, millətinin tərəqqisi, rifahı naminə gördükləri elmi-təcrübi işləri, ideyaları, xeyriyyəçilik hərəkatını diqqətə çatdırıb və bu işlərin müasir dövrdə böyük aktuallıq kəsb etməsindən, müstəqil Azərbaycan Respublikasında uğurla həyata keçirilməsindən söhbət açıb və bütün bunları yazıb olduğu “Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı kitabında işıqlandırıb.

Millət vəkili, Əməkdar jurnalist Səyyad Aran qeyd edib ki, müəllif ömrünü Həsən bəy Zərdabinin irsinin tədqiqinə həsr edib. Deputatın sözlərinə görə, Eldəniz Həsənovun əsərində Zərdabinin şəcərəsi ilə bağlı geniş və dəyərli məlumatlar toplanıb. Bu, həm tariximiz, həm də milli kimliyimiz baxımından vacib mənbədir. Onun “Həsən bəy Zərdabi və Tiflis mühiti” adlı kitabı təkcə gürcü və Azərbaycan xalqı üçün deyil, bütövlükdə dünya azərbaycanlıları, digər xalqlar və türk dünyası üçün aktuallıq kəsb edən əsər olmaqla, bu elmi-tədqiqat əsəri tərcümə edilərək gələcəkdə bir çox xarici dillərdə tam şəkildə çap olunmasına zərurət yaradacaqdır.

Müəllif bu monoqrafiyasında Həsən bəy Zərdabinin ailə üzvlərinin, doğmalarının keçdiyi həyat yolu və yaradıcılıqları barədə məlumat verərək, özü də daxil olmaqla ailə üzvlərinin, doğmalarının Tiflis gimnaziyasında təhsil almaları və orada ilk əmək fəaliyyətinə başlamaları, həmçinin kürəkəni Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı Pəri xanım Məlikzadə Zərdabi (Topçubaşova) ilə birgə yaşadıqları Tiflis həyatı, eyni zamanda, Topçubaşovlar nəslinin Tiflis həyatı, ümumilikdə hər iki nəslin gürcü xalqı ilə tarixən dostluq – qardaşlıq əlaqələrinin olması barədə ilk dəfə ümumiləşdirilmiş şəkildə oxuculara, məlumat verilir.

Millət vəkili, filologiya elmləri doktoru, professor Jalə Əliyeva çıxış edərək bildirib ki, Eldəniz müəllimin Azərbaycan Milli Mətbuatının 150-ci il dönümünə həsr etdiyi “Həsən bəy Zərdabi və Tiflis mühiti” və eləcə də bundan öncə Həsən bəy Zərdabinin 170 illik yubileyi münasibətilə qələmə aldığı “Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” kitablarının iki elmi redaktorlarından biri olub: “Demək istəyirəm ki, mən Eldəniz müəllimin nə qədər Zərdabisevər, Zərdabişünas bir alim olduğunu hamıdan yaxşı bilirəm desəm, yanılmaram. Onun elmi biliyinə, savadına bələd olmağımla yanaşı,  Eldəniz müəllimlə çox tədbirlərdə iştirak etmişik. Ölkə ictimaiyyəti onu çox yaxşı tanıyır və əməyini yüksək qiymətləndirir. Təqdimat mərasiminə toplaşdığımız “Həsən bəy Zərdabi və Tiflis mühiti” adlı bu monoqrafiya ilə bağlı deməliyəm ki, Eldəniz müəllimin bu əsəri gərgin zəhmət tələb edən çoxillik tədqiqatları, arxiv sənədləri, əldə etmiş olduğu bilgilər əsasında ilk dəfə olaraq qələmə alınmışdır. Mən ictimai-siyasi əhəmiyyət kəsb edən belə bir tarixi elmi-tədqiqat əsərinin işıq üzü görməsi münasibətilə Eldəniz müəllimi təbrik edirəm və ona fəaliyyətində yeni yaradıcılıq uğurları diləyirəm”.

Zərdabi nəslinin görkəmli simalarından Xalq artisti, tanınmış dirijor Yalçın Adıgözəlov Zərdabi irsinin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayaraq Həsən bəy Zərdabinin milli mətbuatımızın banisi olmaqla yanaşı, böyük maarifpərvər və ziyalı olmasından söhbət açıb, onun irsini qorumaq və gənclərə tanıtmaq hər birimizin borcudur söyləyib və kitabın müəllifi Eldəniz müəllimə Zərdabi irsi ilə bağlı araşdırmalarına görə təşəkkürünü bildirib. Bu yerdə Eldəniz müəllim tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Yalçın Adıgözəlovun babası görkəmli xanəndə – muğam ustası Zülfü bəy Adıgözəlov Həsən bəy Zərdabinin dost-doğma bibisi oğludur. Xalq artisti Vasif bəy Zülfü bəy oğlu Adıgözəlov Yalçın və Toğrul bəy Adıgözəlovun atası, Zülfü bəy Adıgözəlovun ikinci oğlu Əməkdar incəsənət xadimi, professor Rauf bəy Adıgözəlovdur. Onun Elşən Adıgözəlov adlı oğlu Amerikada, qızı Aytən xanım Adıgözəlova isə İsraildə yaşayır.

Zərdabi tədqiqatçısı, filologiya elmləri doktoru, ADU-nun Jurnalistika fakültəsinin professoru Qərənfil Bünyaminqızı Eldəniz Həsənovun Zərdabi irsinin fundamental tədqiqatçısı olduğunu vurğulayaraq onun yaradıcılığına dəyər verib və bildirib ki, bu günlərdə onunla bağlı mətbuat orqanlarının birində geniş bir yazı dərc etdirəcək. Eyni zamanda, diqqətə çatdırıb ki, müəllif “Həsən bəy Zərdabi və Tiflis mühiti” monoqrafiyasında Zərdabi ailəsinin, doğmalarının hər birinin keçdiyi həyat yolunu geniş surətdə şərh etməklə yanaşı, Azərbaycanın işıqlı gələcəyi yolunda canını fəda etmiş Zərdabinin, onun ailə üzvlərinin, doğmalarının Tiflis mühiti ilə bağlılıqları, onların və eləcə də bütövlükdə Azərbaycan xalqının Gürcü xalqı ilə dostluq – qardaşlıq münasibətlərinin sarsılmaz olduğunu işıqlandırıb. Belə ki, müəllif Azərbaycan – Gürcüstan mədəni əlaqələrinə, şair və yazıçılarının dostluq – qardaşlıq münasibətlərini kitabda geniş şəkildə şərh etməklə onu ayrıca bir fəsildə oxucuların diqqətinə çatdırır. Belə bir Zərdabişünas tədqiqatçı alim, xalqlar dostluğunun tərənnümçüsü olan həmkarım Eldəniz müəllimi təbrik edirəm, uğurlar diləyirəm.

Azərbaycan Kooperasiya Universitetinin tədris işləri üzrə prorektoru, iqtisad elmləri doktoru, professor Fikrət Quliyev çıxışında Eldəniz müəllim haqqında çıxış edərək bildirib ki, o, Həsən bəy Zərdabinin həyatı və yaradıcılığını, elmi irsini, çoxsahəli və çoxşaxəli fəaliyyətini hərtərəfli araşdıran və ölkə ziyalılarına çatdıran bir alimdir. 2022/2023-cü tədris ilində Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsində müəllim işləyən Eldəniz müəllim 2024/2025-ci tədris ilindən Azərbaycan Kooperasiya Universitetində yeni yaradılan “Torpaqşünaslıq və aqrokimya”, “Yerquruluşu və daşınmaz əmlakın kadastrı” ixtisası üzrə təhsil alan tələbələrə tədrisdə ixtisaslı, elmi dərəcəsi olan kadr potensialına zərurət olduğu nəzərə alınaraq Universitetə dəvət olunmuş və Universitetin rektoru professor Eldar Quliyevin müvafiq əmrinə əsasən, dosent vəzifəsinə təyin olunmuşdur. Heç də təsadüfi deyildir ki, Eldəniz müəllimin yazdığı “Həsən bəy Zərdabi Azərbaycanda yerquruluşu elminin və torpaq islahatının banisidir” və işıqlandırdığı “Həsən bəy Zərdabi Azərbaycanda Torpaqşünaslıq və aqrokimya elmlərinin banisidir” adlı monoqrafiyalarla sözügedən ixtisaslar üzrə təhsil alan tələbələri tanış edir, yazdığı monoqrafiyalar, yeni tədris proqramlarına, dərsliklərə, eləcə də digər alimlər tərəfindən yazılan dərsliklərə istinadən əsas ixtisas fənlərini tədris edir. Qısa bir vaxt ərzində onun əməli köməkliyi ilə Universitetin “Yerquruluşu və torpaqşünaslıq” auditoriyası yaradılmışdır. Demək olar ki, Eldəniz müəllim öz kitabxanasını, arxivini bu Universitetə bağışlamışdır. Bu ixtisaslar üzrə, həmçinin coğrafiya, ekologiya, torpaqşünaslıq və aqrokimya, yerquruluşu və daşınmaz əmlakın kadastrı, geodeziya, kartoqrafiya fənni ixtisasları üzrə təhsil alan tələbələr, həmçinin elmi tədqiqat işləri ilə məşğul olanlar üçün dəyərli mənbə olan Milli atlas, ekoloji atlas, torpaq atlası, xəritə materialları, aidiyyatı ədəbiyyatlarla, əyani vəsaitlərlə və sair materiallarla auditoriyanı zənginləşdirib. Onu da diqqətə çatdırıb ki, Eldəniz müəllimin yenicə işıq üzü görən, təqdimatına toplaşdığımız “Həsən bəy Zərdabi və Tiflis mühiti” adlı monoqrafiya, eyni zamanda, müxtəlif profilli ali təhsil ocaqlarının tələbələri üçün dərs vəsaiti olmaqla yanaşı, elmi-tədqiqat sahəsi ilə məşğul olan hər kəs üçün dəyərli mənbə olduğundan çoxsaylı tirajla çap olunan bu monoqrafiyanın 25 nüsxəsi rəsmi olaraq Azərbaycan Kooperasiya Universitetinin kitabxanasına təhvil verilib: “Eldəniz müəllimin yaradıcılığından, təşkilatçılığından çox danışmaq olar. Çıxışımı yekunlaşdıraraq sonda Eldəniz müəllim Sizə pedoqoji fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm”.

Kənd təsərrüfatı elmləri doktoru, professor Ramiz Quliyev çıxışında bildirib: “Yaxşı yadımdadır, Eldəniz Həsənov 1976-1981-ci illərdə indiki Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsində yerquruluşu ixtisası üzrə təhsil almış və həmin İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir. Mən onun ixtisas müəllimi olmuşam. Eldəniz Həsənov 1981-ci ildə Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin müvafiq bölgü təyinatı ilə gənc mütəxəssis kimi, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Baş yemçilik, çəmən və otlaqlar idarəsinə göndərilmiş və həmin idarənin böyük yerquruluşu mühəndisi vəzifəsində işləmişdir. Öz sahəsində böyük nailiyyətlər əldə edən, Respublikanın aqrar sektorunda, mərkəzi aparatda aparıcı mütəxəssis, baş mühəndis, baş məsləhətçi, sektor müdiri, şöbə müdiri, idarə rəisi vəzifələrində işləmiş və elmi tədqiqatları nəticəsində professor adına layiq görülən və bu gün mənimlə həmkar olan tələbəm, Zərdabişünas alim gözümüz qabağındadır. Onun həyatı və yaradıcılığı barədə çox danışa bilərəm. Eldəniz müəllimə möhkəm cansağlığı, yeni-yeni uğurlar diləyirəm”.

Aqrar Tədqiqatlar Mərkəzinin elmi katibi, iqtisad elmləri doktoru, professor Akif Vəliyev çıxış edərək Eldəniz müəllimə ürək sözlərini bildirərən deyib: “Mən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sədri vəzifəsini icra etdiyim, Komitə sədrinin 1-ci müavini vəzifəsində işləyərkən Komitənin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdir müavini işləyən Eldəniz müəllimin Respublikada torpaqların istifadəsi və mühafizəsi sahəsində, torpaq məsələlərinin həllində təcrübəli bir mütəxəssis olmasını nəzərə alaraq, şəxsən onu Komitənin ən aparıcı idarəsi olan Yerquruluşu idarəsinin rəisi vəzifəsinə təyin etmişəm. Bu zaman Respublikada Torpaq islahatının həyata keçirilməsində böyük xidmətlər göstərən Eldəniz müəllim səhv etmirəmsə, hələ islahat prosesi təzəcə başlayan zaman, 2006-cı ildə “Həsən bəy Zərdabi Azərbaycanda yerquruluşu elminin və torpaq islahatının banisidir” adlı geniş həcmli monoqrafiyasını çap etdirmiş və Zərdabinin əsl torpaq işçisi – yerquruluşçusu kimi, torpaq məsələləri ilə məşğul olduğunu, ilk torpaq islahatçısı və yerquruluşçusu olmaqla onun Azərbaycanda elmi, metodiki, hüquqi əsaslarını qoyduğunu oxucu kütləsinə, alim və mütəxəssislərin diqqətinə çatdırmışdır. Onu da deyim ki, bu kitabda Zərdabi dövründən indiyədək aqrar torpaq islahatlarının tarixi ardıcıllıqla ətraflı şərh edilməsi müəllif zəhmətinin oxucuya töhfəsidir. Həmçinin bu monoqrafiya müxtəlif sahələr üzrə ixtisasçılar, yerquruluşçuları, torpaqşünaslar, aqronomlar, eroziyaşünaslar, coğrafiyaşünaslar, meşəçilər, melioratorlar, geobotaniklər üçün dəyərli elmi təcrübi bir əsər olmaqla yanaşı, eyni zamanda, kənd təsərrüfatı profilli ali təhsil ocaqlarının tələbələri üçün dəyərli bir vəsaitdir ki, hazırda bu monoqrafiya ali təhsil ocaqlarında tədris olunur. Eldəniz müəllimin bu kitabının nəşr olunması və  təqdimatı dahi mütəfəkkirin ruhuna bir hədiyyədir”.

Filologiya elmləri doktoru, professor, BDU-nun Türkologiya kafedrasının müdiri Məhərrəm Məmmədli; filologiya elmləri doktoru, BDU-nun professoru Allahverdi Məmmədli; “Əməkdar mədəniyyət İşçisi”, yazıçı – nasir Adil Abdullayev; Zərdabi yurdunun layiqli nümayəndələrindən – Respublikada Yeyinti Sənayesi sektorunda tarixi xidmətləri olan, ölkənin əməkdar səmərələşdiricisi, “Şöhrət nişanı” ordenli əmək veteranı Rahib Osmanov; “Həsən bəy Zərdabi İrs Mərkəzinin həmtəsisçisi və sədri, Azərbaycan Sahibkarlar Təşkilatının Milli Konfederasiyasının Sahibkarlarla iş və İqtisadi Təhsil Şöbəsinin müdiri Seymur Bayramov; "Elm və həyat" jurnalının məsul katibi və "Millət və dövlət" jurnalının baş redaktoru Sərvan Kərimov, Bakı şəhəri, Nizami rayon, Sosial – İqtisadi Maarifləndirmə İctimai Birliyinin İnnovativ İdeyaların reallaşdırılması və Kommunikasiya şöbəsinin müdiri Ramil Mehdiyev və başqaları Zərdabişünas Eldəniz Həsənovun dahi mütəfəkkir Həsən bəy Zərdabinin həyatı və yaradıcılığını, onun nəsil şəcərəsini, elmi irsini tədqiq və təbliğ etməsindən, onun tarixi xidmətlərini nəinki ölkə ictimaiyyətinə, bütövlükdə dünya azərbaycanlılarının, türk dünyasının diqqətinə çatdırılmasından söhbət açıblar və bu böyük alimə minnətdarlıqlarını ifadə ediblər.

Tədbirin sonunda söz alan “Həsən bəy Zərdabi və Tiflis mühiti” adlı kitabın müəllifi, Zərdabişünas Eldəniz Həsənov bildirib: “Bu mövzuda araşdırmaların aparılmadığını, eyni zamanda, Zərdabi yaradıcılığı ilə bağlı elmi tədqiqat əsərlərimlə, elmi məqalələrimlə tanış olan Azərbaycanın və gürcü xalqının bir çox ziyalıları, elm adamları, Azərbaycanın dahi şəxsiyyətləri, ictimai-siyasi elm xadimləri Həsən bəy Zərdabinin və kürəkəni Əlimərdan bəy Topçubaşovun, onların ailə üzvlərinin, doğmalarının Tiflis həyatı, bu şəhərlə əlaqələri barədə dərin bilgilər əldə etmələri üçün, bir tədqiqatçı alim,  Zərdabişünas olduğuna görə mənə müraciət edərək onların Tiflis mühitini işıqlandıran bir kitab yazmağımı və həmin kitabın gürcü dilində çap olunmasını xahiş etmişlər. Odur ki, bu mövzuda araşdırmaların aparılmadığını nəzərə alaraq bir daha geniş bilgilərə, tədqiqatlara əsaslanaraq “Həsən bəy Zərdabi və Tiflis mühiti” adlı tədqiqat əsəri yazmağı qarşıma məqsəd qoydum və bu kitabı “Əkinçi” qəzetinin naşiri, redaktoru, milli mətbuatımızın banisi, Azərbaycanın ilk ali təhsilli müəllimi, xalqlar dostluğunun tərənnümçüsü, müsəlman şərqində xeyriyyəçilik hərəkatının yaradıcısı, müsəlman dünyasının ilk təbiətşünas, torpaqşünas alimi, fitri istedad və ensklopedik biliyə malik, ölkəsinin inkişafı, tərəqqisi yolunda müstəsna xidmətlər göstərmiş, ictimai-siyasi xadim, millət fədaisi Həsən bəy Zərdabinin yaratdığı Milli Mətbuatının 150-ci ildönümünə həsr etdim”.

Sonda müəllif “Həsən bəy Zərdabi və Tiflis mühiti” kitabının təqdimat mərasiminə təşrif buyuran hər bir tanınmış elm və mədəniyyət xadimlərinə, deputatlara, ictimaiyyət nümayəndələrinə, ziyalılara, həmçinin Zərdabi nəslinin nümayəndələrinə və qohumlarının hər birinə ayrı-ayrılıqda səmimi minnətdarlığını ifadə edib.

Ruhun şad olsun, ey dahi insan - millət fədaisi Həsən bəy!

“Həsən bəy Zərdabi və Tiflis mühiti” adlı monoqrafiyanın elmi redaktorları: Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov, Azərbaycan Milli Məclisinin deputatı, filologiya elmləri doktoru, professor Jalə Əliyeva, rəyçiləri: Zərdabi nəslinin nümayəndəsi tibb elmləri doktoru, professor Rauf Ağayev, Zərdabi İrs Mərkəzinin həmtəsisçisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Nüsrət Məlikov, tədqiqatçı – publisist, hərbi jurnalist, nasir Şəmistan Nəzirli, rəyçi və nəşriyyat redaktoru filologiya elmləri doktoru İslam Sadıqdır.

Sərvan Kərimov

Elm və həyat jurnalının məsul katibi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:35
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Oktyabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see213

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see209

“Payız Əfsanələri 2025” İncəsənət Müsabiqəsi keçiriləcək FOTO

25 Oktyabr 2025 17:30see202

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see168

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see165

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see141

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see137

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see137

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see134

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see133

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see133

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see132

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see132

Buna İsrail qərar verəcək, ABŞ da bunu qəbul edir Netanyahu

26 Oktyabr 2025 15:50see129

Saxta şərabı necə seçmək olar?

26 Oktyabr 2025 02:02see128

Bomba sığınacağında 1 saat...

25 Oktyabr 2025 18:34see125

Kremlin Vaşinqtonla razılaşmadığı məsələ Peskov danışdı

26 Oktyabr 2025 14:51see124

Yaşlandıqca cavanlaşan BÜRCLƏR

26 Oktyabr 2025 09:45see124

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see123

Salyanda ağır qəza: yaralılar var

26 Oktyabr 2025 00:46see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri