Icma.az
close
up
RU
HƏSƏN MİRZƏYEV 98

HƏSƏN MİRZƏYEV 98

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Akademik Tofiq Hacıyev: “Həsən Mirzəyev müasir Azərbaycan elminin feilidir”.

26 noyabr Filologiya elmləri doktoru , görkəmli dilçi-türkoloq, şair, Əməkdar elm xadimi, professor Həsən Mirzəyevin anadan olmasının 98-ci ildönümüdür.

Həsən müəllim haqqında yazıya başlamaq istəyəndə Nobel mükafatı laureatı İrlandiya şairi Şeymas Hininin poeziya haqqında söylədiyi fikri yadıma düşdü: “Poeziya – hər dəfə yenilik imkanlarıdır. Bu feil olmağa can atan isimdir. İsimdir ona görə ki, şeir və sənətkarlıq əsərləri özündə hansısa mövcudluğu saxlamalıdır, özündə fikir, yaradıcılıq aktlarını təcəssüm etmək isə feilin xarakteristikasıdır.”

“Feil hərəkətdir, feil sürətdir, döyüşkəndir” fikri mərhum professor Həzən Mirzəyevə məxsusdur. Həsən Mirzəyev feilə heykəl qoyan görkəmli alim və şəxsiyyətdir.

Professor Mahirə Nağıqızı Həsən Mirzəyev haqqında yazdığı məqalələrinin birində Albert Eynşteyndən sitat gətirib: "İnsan həyatının mənası yalnız digər insanların həyatında oynadığı rola görə ölçülə bilər". Bu aforizmdə biz Həsən müəllimin şəxsiyyətini görürük: Həsən Mirzəyev rəhbərlik etdiyi «Müasir Azərbaycan dili» kafedrasında 21 il müddətində 8 nəfər filologiya elmləri doktoru, 10-larla fəlsəfə doktoru yetişdirmişdir. 24 magistrin (magistr dissertasiyasının), 85 diplomçunun (diplom işinin, buraxılış işinin) elmi rəhbəri olmuşdur. O, 200-dən çox elmi əsərin müəllifidir: 25 kitabı, 8 tədris proqramı çap olunmuşdur.

Ötən əsrin 90-cı illərinin ərəfələrində, azərbaycanın taleyüklü məqamlarını yaşayan zamanlarda Həsən Mirzəyev əsl vətəndaş mövqeyi nümayiş etdirdi: Azərbaycanın gələcəyi, onun nicatı naminə Heydər Əliyevin yanında yer tutdu. O, sonradan “91”lər adlanacaq ziyalıların sırasında ilkin dayananlardan biri oldu. O şəxslərin ki, onlar Heydər Əliyev müdrikliyinə, dövlətçilik təfəkkürünə inamla böyük xilaskara azərbaycanda siyasi hakimiyyətə gəlmək üçün çağırış etdilər.

Milli Məclisin 2003-cü ilin payız sessiyası zamanı Həzən Mirzəyev Azərbaycan vətəndaşlarına hələ də yaralarından qan daman ölkəmizin dərdllərinə YAP-n vahid namizədi İlham Heydər oğlu Əliyevin əlac olacağını deyirdi. O, inanırdı ki, Azərbaycanın qəsb edilmiş tarixi torpaqları İlham Əliyevin diplomatiyası, Ali Baş Komandanı olduğu silahlı qüvvələrin gücü hesabına öz hüquqi varislərinə qayıdcaq. Ruhunuz şad olsun, əziz Həsən müəllim! Biz Zəfər qazandıq.

Həsən müəllim soydaşlarımızın Qərbi Azərbaycandan didərgin salınması ilə heç cür barışa bilmirdi. O, Qərbi Azərbaycandan didərgin düşmüş insanların Qarabağa köçürülmələri üçün əlindən gələni əsirgəmirdi. Zaman-zaman işğallara məruz qalan, parçalanan, doğranan torpaqlarımızın fəryadını insanlara çatdırır, Vətənin övladlarını qisas almağa, əsir qalan elləri, obaları, məktəbləri, yaylaqları, dağları azad etməyə çağırırdı:

Düşmən əlindədir müqəddəs yerim,

Ləlim, cəvahirim, abidəm, pirim,

Qoy ayağa qalxsın igidim, ərim,

Bəlkə bu şad xəbər silə dərdimi.

Babamın o yerdə izi qalıbdır,

Nənəmin nəğməli sözü qalıbdır,

Türk-oğuz yurdunun gözü qalıbdır,

Töksəm də aparmaz Nilə dərdimi.

Bəli, Həsən Mirzəyevin bu şeiri əvvəldən axıra kimi feildir. Və feilə heykəli belə qoyurlar.

Etibar ƏLİYEV, sabiq millət vəkili

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Noyabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see293

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see282

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see259

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see255

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see250

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see242

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see242

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see241

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see224

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see214

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see212

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see211

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see208

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see207

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see206

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see205

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see203

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see187

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see168

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri