Icma.az
close
up
RU
TİKA həkimlər üçün “Yanıq yaralarının müalicəsi” mövzusunda təlim təşkil edib

TİKA həkimlər üçün “Yanıq yaralarının müalicəsi” mövzusunda təlim təşkil edib

Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Azərbaycan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birgə   Bakı şəhərində “Yanıq yaralarının müalicəsi” mövzusunda təlim keçirilib.
Aprelin 28-dən mayın 2-dək TİKA və Azərbaycan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birgə Bakıda təşkil olunan “Yanıq yaralarının müalicəsi” mövzusunda təlimdə  40  həkim və səhiyyə işçisi iştirak edib.  Təlimi uğurla başa vuranlara sertifikatlar təqdim olunub.

Bakıda keçirilən təlim proqramının başlanğıc mərasimində TİKA-nın Bakı Proqram Koordinatoru Hayrettin Özçelik, TƏBİB-in vitse-prezidenti Anar İsrafilov, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Dövlət Agentliyinin Tibbi Planlaşdırma şöbəsinin müdiri Hikmət İbrahimov, xəstəxana rəhbərləri və həkimlər iştirak ediblər.

Mərasimdə çıxış edən TƏBİB-in vitse-prezidenti Anar İsrafilov 2022-ci ildə Türkiyənin Ağdam və Zəngilanda TİKA xətti ilə qurduğu iki səyyar klinikanın Vətən Müharibəsi zamanı cəbhə xəttində yaralananlara ilk tibbi yardımın göstərilməsi baxımından əhəmiyyətli işlər gördüyünü, TİKA və Türkiyəyə dəstəklərinə görə təşəkkür edib.

“Bu maarifləndirici tədbirlər Bakıda yanıq mərkəzlərinin inkişafına və xəstələrin daha keyfiyyətli səhiyyə xidmətlərindən istifadə imkanlarını artıracaq”, – İsrafilov bildirib.

TİKA-nın fəaliyyətə başladığı gündən Azərbaycanda həyata keçirdiyi 1500-dən çox layihənin yüzdə 20-nin sağlamlıq layihələri olduğunu bildirən TİKA Bakı Proqram Koordinatoru Özçelik: “İki ölkə arasında təcrübə mübadiləsi, əhalinin sağlamlığının qorunması, səhiyyə infrastrukturunun gücləndirilməsi və insan potensialının artırılması, ixtisaslı səhiyyə xidmətlərinə sürətli çıxışın təmin edilməsi kimi sahələrdə layihələr həyata keçiririk. Layihələrimizin hər beşindən biri səhiyyə sahəsinə aiddir”. -deyə bildirib.

Tibb elmləri doktoru  Sabri Demir bildirib ki,  Türkiyədə 27 Yanıq yaralarının müalicəsi Mərkəzi və 42  yanıq yaralarının müalicəsi bölməsi var.

“TİKA-nın təşkil etdiyi təlimlər vasitəsilə Türkiyənin bu sahədəki təcrübəsini  Azərbaycana köçürərkən həmkarlarımızla da məlumat mübadiləsi aparmaqdan çox xoşbəxtik.” -deyə  Sabri Demir bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 02 May 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see187

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see162

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see157

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see157

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see153

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri