Icma.az
close
up
RU
TİKA Azərbaycanlı həkimlər üçün göz travmalarının idarə edilməsi üzrə təlim təşkil etdi

TİKA Azərbaycanlı həkimlər üçün göz travmalarının idarə edilməsi üzrə təlim təşkil etdi

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Tibb Müəssisələrinin İdarəetmə Birliyi (TƏBİB) ilə əməkdaşlıq çərçivəsində Bakı, Şamaxı və Gəncə şəhərlərində fəaliyyət göstərən oftalmoloqlar üçün “Göz Travmalarının İdarə Edilməsi üzrə Təlim” proqramı təşkil edir.

27-28 yanvar tarixlərində TİKA və TƏBİB-in birgə əməkdaşlığı ilə Bakıda yerləşən Neftçilər Xəstəxanasında keçirilən təlim proqramında Prof. Dr. Muhammed Batur, Van Yüzüncü Yıl Universitetinin Tibb Fakültəsinin müəllimi Dr. Veysi Yıldız və Van Tədris və Araşdırma Xəstəxanasının həkimlərindən Op. Dr. Rümeysa Bilməz Tan təlimçi qismində iştirak ediblər.

Bakıda təşkil olunan təlim proqramına qatılan 25 azərbaycanlı oftalmoloq göz travmalarının təsnifatı və terminologiyası, göz travmalarının qiymətləndirilməsi, tikiş və tikiş materialları, göz travmalı xəstəyə yanaşma, buynuz qişa və limbus zədələnmələri, konjunktiva və sklera yaralanmaları mövzularında nəzəri və praktiki biliklər əldə ediblər. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Bakıda keçirilən təlimdən sonra proqram Şamaxı və Gəncə şəhərlərində davam edəcək və ümumilikdə 60 azərbaycanlı həkim bu sahədə ixtisasartırma kursu keçəcək.

Bakıda təşkil olunan açılış mərasimində TİKA Bakı Proqram Koordinatoru Hayrettin Özçelik, TƏBİB-in sədr müavini Araz Nəsirov, xəstəxana rəhbərliyi və həkimlər iştirak ediblər.

Tədbirdə çıxış edən TƏBİB-in sədr müavini Araz Nəsirov özünün də Trakya Universitetinin məzunu olduğunu vurğulayaraq, “Türkiyə yüzlərlə həkim yetişdirərək Azərbaycanın səhiyyəsinə töhfə verib. Burada iştirak edən həkimlərimiz adından qardaş Türkiyəyə təşəkkür edirik”, – deyə bildirib. Nəsirov əlavə edib: “Müasir tibbi avadanlıqlar və ən təsirli dərmanlar əldə etmək mümkündür, lakin insanları sağaldan məhz həkimlərdir. Vicdanlı və işini düzgün icra edən həkimlərin yetişdirilməsi daha vacibdir.”

TİKA Bakı Proqram Koordinatoru Hayrettin Özçelik çıxışında vurğulayıb ki, TİKA Azərbaycanda fəaliyyətə başladığı gündən etibarən həyata keçirdiyi 1500-dən çox layihənin 20%-i səhiyyə sahəsinə aid olub. O bildirib ki, gələcəkdə də Azərbaycan səhiyyə işçilərinin bilik və təcrübələrinin artırılmasına yönəlmiş təlim layihələri davam etdiriləcək.

Təlimçilərdən biri olan Prof. Dr. Muhammed Batur isə “Azərbaycanlı həkimlərlə göz travmalarını həm nəzəri, həm də klinik hallar üzərində müzakirə etdik. Peşəkar həmkarlarımızla bilik və təcrübə paylaşımı etmək bizim üçün böyük məmnuniyyət oldu”, – deyə qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://adalet.az
archiveBu xəbər 29 Yanvar 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri