Icma.az
close
up
RU
Tikili o halda qanunsuz hesab olunur ki... Kompensasiya ilə bağlı açıqlama

Tikili o halda qanunsuz hesab olunur ki... Kompensasiya ilə bağlı açıqlama

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Sənədsiz evlərin sökülməsi və kompensasiya məsələsi son dövrlər cəmiyyətdə ən çox müzakirə edilən mövzulardan birinə çevrilib. Şəhərsalma layihələri çərçivəsində dövlət ehtiyacları üçün torpaqların geri alınması zamanı vətəndaşların mülkiyyət hüquqları ilə bağlı hüquqi mübahisələr yaranır. Qanunvericilik mülkiyyətin yalnız məhkəmə qərarı və ədalətli kompensasiya ilə özgəninkiləşdirilməsinə icazə versə də, rəsmi sənədi olmayan tikililər üçün bu proses kifayət qədər mürəkkəb xarakter daşıyır.
Məsələni şərh edən hüquqşünas Ramil Süleymanov Demokrat.az-a açıqlamasında bildirib ki, qanunsuz tikilmiş evlərlərin nə qədər müddətdir mövcud olduğu dövlət tərəfindən dəqiq şəkildə müəyyənləşdirilməlidir:

“Eyni zamanda araşdırılmalıdır ki, bu tikili hansı səbəbdən, hansı şəraitdə və hansı hallarda qanunsuz şəkildə inşa edilib. Bu məsələlərin hərtərəfli şəkildə öyrənilməsi vacibdir, çünki yalnız bundan sonra obyektiv və ədalətli qərar qəbul etmək mümkündür. Bundan əlavə, diqqət yetirilməli digər mühüm məqam isə həmin qanunsuz tikilinin kommunal xidmətlərlə təmin olunmasıdır. Araşdırılmalıdır ki, bu evlərə su, elektrik və qaz kimi xidmətlər hansı əsaslarla və hansı formada təqdim olunub. Əslində, tikili o halda qanunsuz hesab olunur ki, dövlət tərəfindən ona heç bir rəsmi icazə verilməsin və kommunal xidmətlər göstərilməsin. Həmçinin, qanunvericiliyə əsasən, əgər hər hansı bir ərazidə qanunsuz tikinti aparılırsa, bu prosesin ilkin mərhələsində dövlətin müvafiq icra strukturları müdaxilə etməli, tikintinin qarşısını almalı, sənədləşdirmə aparmalı və məsələni hüquq-mühafizə orqanlarına yönləndirməlidir. Bu cür hallara görə hətta cinayət məsuliyyəti də nəzərdə tutulur”.
Ekspertin fikrincə, əgər yaşayış evi artıq tikilibsə və orada uzun illərdir məskunlaşma varsa, yanaşma fərqli olmalıdır:
“Belə hallarda dövlət vətəndaşın hüquqlarını nəzərə alaraq kompensasiya ödəməli və ya alternativ torpaq sahəsi təqdim etməklə onun köçürülməsini təmin etməlidir. Çünki dövlət bu sahədə müəyyən konstitusion öhdəliklər daşıyır. Ölkə insan hüquq və azadlıqlarının qorunması ilə bağlı beynəlxalq öhdəliklər də götürüb. Bu çərçivədə mülkiyyət hüququnun qorunması xüsusi əhəmiyyət daşıyır. Qeyd olunur ki, dövlət vətəndaşların mülkiyyət hüququna təminat verməli və bu hüququn rəsmiləşdirilməsinə əsassız maneələr yaratmamalıdır. Doğrudur, mülkiyyət hüququ müəyyən hallarda məhdudlaşdırıla bilər, lakin bu yalnız o halda mümkündür ki, dövlət öz üzərinə düşən bütün zəruri öhdəlikləri yerinə yetirmiş olsun və qəbul edilən qərarlar qanunauyğun, əsaslandırılmış və ədalətli olsun”.
Mövcud mənzərə göstərir ki, sənədsiz evlərin aqibəti təkcə hüquqi deyil, həm də geniş sosial spektri əhatə edən məsələdir. Hüquqi tənzimləmələrin mürəkkəbliyinə baxmayaraq, əsas yük icra strukturlarının üzərinə düşür. Belə ki, tikinti prosesinə vaxtında müdaxilə edilməməsi illər sonra həm dövlət, həm də vətəndaş üçün ağır maliyyə və hüquqi nəticələrə yol açır.
Vətəndaşların mülkiyyət hüququnun qorunması və kompensasiya mexanizmlərinin təkmilləşdirilməsi bu sahədəki gərginliyi azalda bilər. Məhkəmə qərarlarının və dövlət öhdəliklərinin ədalət prinsiplərinə söykənməsi gələcəkdə bənzər mübahisələrin qarşısının alınmasında həlledici rol oynayacaq. Prosesin necə davam edəcəyi və qanunvericilikdə yeni güzəştlərin tətbiq olunub-olunmayacağı isə hələlik açıq qalır.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Aprel 2026 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see365

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see281

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see269

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see257

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see255

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see240

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see238

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see232

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see232

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see226

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see221

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see221

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see218

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see204

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see205

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see203

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see203

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see198

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see191

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri