Icma.az
close
up
RU
Bu halda kompensasiya ala bilərsiniz

Bu halda kompensasiya ala bilərsiniz

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Ali Məhkəmə 24 dekabr 2025-ci il tarixdə qəbul edilmiş "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Plenum qərarında sağlam ətraf mühitdə yaşamaq hüququna dair mühüm izahlar verib.

Bu barədə AZXEBER.COM-a qurumdan məlumat verilib.

Qərarda qeyd edilib ki, sağlam ətraf mühitdə yaşamaq hüququ şəxsin ekoloji cəhətdən təmiz, əlverişli və təhlükəsiz ətraf mühitdə yaşamasına təminat verir.

Bu hüquq Konstitusiyanın 39-cu maddəsi, Azərbaycan Respublikasının tərəfdaş olduğu beynəlxalq hüquqi sənədlər, "Ətraf mühitin mühafizəsi haqqında”, "Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanunları və digər aidiyyəti normativ hüquqi aktlarla qorunur.

Sağlam ətraf mühitdə yaşamaq hüququna aşağıdakı elementlər daxildir:

- hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq hüququ;

- ekoloji hüquqpozma ilə əlaqədar sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ;

- ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükənin törədilməsinin və ya zərərin vurulmasının qadağan edilməsi;

- ekoloji tarazlığının saxlanılması,

yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunması hüququ.

Ekoloji cəhətdən təmiz, əlverişli və təhlükəsiz ətraf mühit dedikdə çirklənməmiş mühit (hava, torpaq, su, yerin təki, flora və fauna) və başqa formada  zərərdən azad ekosistem başa düşülür.

Mülki hüquqi aspektdə ekoloji hüquqpozmalar aşağıdakılardır:

1. Ətraf mühitin çirklənməsi:

- fiziki (səsküy, toz, radiasiya, istilik, vibrasiya və s.);

- kimyəvi (qaz, neft məhsulları, pestisidlər, ağır metallar və s.);

- bioloji (bakteriyalar, virus, göbələk və s.);

- mexaniki (plastik tullantılar, tikinti qalıqları və s.)

2. Ekosistemə zərər vurulması:

- ağacların qırılması;

- torpağın şoranlaşması və eroziyası;

- su hövzələrinin qurudulması;

- bioloji müxtəlifliyin azalması və s.

Ekoloji hüquqpozmaların törədilməsi şəxsin sağlam ətraf mühitdə yaşamaq hüququ ilə yanaşı, işin faktiki hallarından asılı olaraq aidiyyəti üzrə onun sağlamlığının qorunması və digər şəxsiyyət hüquqlarının pozulmasına, habelə mənəvi zərərin vurulmasına səbəb ola bilər.

Bu hüquqların müdafiəsi və mənəvi zərərin kompensasiyası tələblərinin irəli sürülməsi hüququ yol verilmiş ekoloji hüquqpozmaların fiziki şəxsin şəxsiyyət hüquqlarına birbaşa hüquqazidd müdaxilə ilə nəticələndiyi halda yaranır.

Sağlam ətraf mühitdə yaşamaqla bağlı kollektiv maraqların müdafiəsi məqsədi ilə qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) da şəxsiyyət hüquqlarının müdafiəsinə dair iddialar qaldıra bilərlər.

Bu iddialar üzrə qeyri-hökumət təşkilatlarının öz xeyirlərinə maddi və mənəvi zərərin kompensasiyası tələbləri istisna olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 25 Mart 2026 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri