Icma.az
close
up
RU
Oktyabrda Azərbaycanda tikinti materialları 13 % dən çox bahalaşıb

Oktyabrda Azərbaycanda tikinti materialları 13 % dən çox bahalaşıb

Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Bu ilin oktyabr ayında Azərbaycanda tikinti indeksi 113,5-ə yüksəlib.

Azərbaycan Qiymətləndiricilər Palatası (AQP)  xəbər verir ki, sentyabrla müqayisədə tikinti xərcləri 3 %, 2025-ci ilin dekabrından bəri isə 13,5 % artıb.

Bahalaşma tamamilə tikinti materiallarının qiymət dəyişiklikləri ilə əlaqəli olub. Əmək və tikinti texnikası xərcləri sabit qalıb.

İndeksin materiallar üzrə alt göstəricisi 117,8-ə çataraq aylıq 4,6 % artım nümayiş etdirib. Əmək indeksi 106,2, maşın-mexanizmlər indeksi isə 103,8 səviyyəsində dəyişməz qalıb. Beləliklə, oktyabrda tikinti sektorunda xərc təzyiqinin əsas mənbəyi material bazarı olub.

Materialların bahalaşması əsasən taxta, gravil və şebenin qiymət artımı ilə izah olunur. Taxtanın 1 kubmetrinin qiyməti 380 manatdan 400 manata yüksələrək 5,3 % artıb. Gravil 32 manatdan 35 manata bahalaşıb ki, bu da 9,4 %-lik artımla ayın ən yüksək göstəricisidir. Şebenin qiyməti 35 manatdan 36 manata yüksəlib, atsepin qiyməti isə manat səviyyəsində qalıb.

Materiallar üzrə ümumi artımın təxminən 46 %-i taxtanın, 41 %-i gravilin, 13 %-i şebenin payına düşüb. İndeksdə materialların 65 %-lik çəkisi nəzərə alındıqda, onların bahalaşması ümumi göstəriciyə 3,3 bəndlik təsir göstərib.

Gravilin indeks hesablamasına ilk dəfə daxil edilməsi də aylıq dinamikanın formalaşmasında əhəmiyyətli rol oynayıb. Bu material nəzərə alınmasaydı, tikinti indeksinin aylıq artımı 3 % deyil, 2,2 % olacaqdı. Başqa sözlə, oktyabr artımının təxminən üçdə biri gravilin qiymət dəyişməsi ilə bağlıdır.

Əmək və texnika xərclərində isə hər hansı dəyişiklik qeydə alınmayıb. Tamet işinin 1 m² qiyməti 8 manat, ekskavatorun gündəlik icarəsi 300 manat, kranın 250 manat, beton pompasının isə 200 manat səviyyəsində qalıb. Bu sabitlik tikinti xərclərindəki artımın istehsal və xidmət komponentlərindən deyil, material təminatından qaynaqlandığını göstərir.

AQP-nin smeta modelinə əsasən, ümumi sahəsi 10 000 m² olan çoxmərtəbəli yaşayış binasının torpaqsız tikinti maya dəyəri oktyabrda 420,8 manat/m² təşkil edib. Sentyabrda bu göstərici 409,3 manat/m² olub. Aylıq artım 2,8 % təşkil edib. Modelə birbaşa tikinti xərcləri ilə yanaşı, podratçı, developer, layihə və ekspertiza xərcləri də daxildir. Nəticədə, 100 m² sahənin torpaqsız tikinti maya dəyəri bir ay ərzində təxminən 40,9 min AZN-dən 42,1 min manata yüksəlib.

Tam istismara hazır vəziyyət üzrə indikativ tikinti dəyəri isə oktyabr üçün təxminən 875 manat/m² qiymətləndirilir. Bu göstərici ayrıca smeta hesablaması deyil, indeks dinamikası əsasında formalaşdırılmış istiqamətverici qiymətləndirmədir. Model torpaq, ƏDV, liftlər, tam mühəndis kommunikasiya sistemləri, maliyyələşdirmə, satış və marketinq xərcləri, eləcə də kommunal qoşulma haqlarını əhatə etmir. Buna görə tikinti maya dəyəri mənzilin bazar satış qiyməti ilə eyniləşdirilməməlidir.

Oktyabr göstəriciləri developer və sifarişçilər üçün büdcə planlaşdırılmasında material qiymətlərinin dinamikasının ayrıca nəzərə alınmasının vacibliyini göstərir. Qiymətləndiricilər isə xərc yanaşmasında tikinti xərclərini qiymətləndirmə tarixinə uyğunlaşdırarkən indeks səviyyələrinin nisbətindən istifadə etməli və tətbiq edilən indeks buraxılışını hesabatda göstərməlidirlər.

Qeyd edək ki, AQP daşınmaz əmlak, avtomobil və tikinti indekslərini hər ay müntəzəm olaraq açıqlayır. Bu indekslər müvafiq bazarlarda qiymət və xərc dinamikasının izlənilməsi, təhlili və əsaslandırılmış qərarların qəbul edilməsi üçün mühüm informasiya mənbəyidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://banco.az
archiveBu xəbər 23 Noyabr 2026 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see430

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see315

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see311

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see308

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see305

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see303

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see303

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see298

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see297

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see279

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see266

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see265

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see264

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see263

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see258

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see258

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see256

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see255

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see255

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see253
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri