Icma.az
close
up
RU
Tikinti materialları niyə bahalaşıb? AÇIQLAMA

Tikinti materialları niyə bahalaşıb? AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Havaların isinməsi ilə əlaqədar olaraq tikinti mövsümü də canlanıb və bir çox insan fərdi ev tikintisinə start verib. Xüsusilə yaz-yay aylarında hava şəraitinin əlverişli olması tikinti işlərini sürətləndirdiyi üçün bu dövrdə bazarda hərəkətlilik artır. Lakin bəzi vətəndaşlar bildirirlər ki, tikinti materiallarının qiymətlərində artım müşahidə olunur.

Bəs bu artıma səbəb nədir? 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirdi ki, tikinti materialları üç səbəbdən bahalaşır:

"Birincisi, bildiyiniz kimi, bir çox tikinti materialları idxal edilir. Xaricdə qiymətlər bahalaşdıqda və ya logistik, nəqliyyat xərcləri artdıqda, bu, daxili bazarda da qiymət artımına səbəb olur. İkinci səbəb ondan ibarətdir ki, tələbat artdıqda qiymətlər də artır. Tikinti materiallarına tələbat nə vaxt yüksəlir? Tikinti işləri geniş vüsət alanda, xüsusilə də fevral ayının sonu, mart ayında, yəni tikinti mövsümü başlayanda qiymət artımı labüd olur. Üçüncü səbəb isə spekulyativ artım ehtimalıdır. Məsələn, müəyyən inşaat materiallarının satışında satıcılar arasında razılaşma əldə oluna bilər. Lakin hazırda bazarda bu amilin o qədər də qüvvədə olduğu və ya geniş yayıldığını demək olmaz. Yəni söhbət mümkün süni qiymət artımından gedir. Hazırda yaşadığımız dövrdə müşahidə olunan artım daha çox mövsümi xarakter daşıyır. Tikinti işləri aktivləşdiyinə görə tikinti materiallarının qiymətlərində müəyyən artım hiss olunur".

Müsahibimiz qeyd etdi ki, bu gün bir çox hallarda yeni tikinti aparmaqdansa, bazara müraciət edərək artıq tikilmiş binaları və ya fərdi yaşayış evlərini almağa üstünlük verilir:

"Çünki əvvəllər tikinti materialları daha ucuz olduğuna görə həmin dövrdə inşa edilmiş evlər bazara nisbətən aşağı qiymətlərlə çıxarılıb. Bu səbəbdən də hazırda bir çox vətəndaş üçün artıq tikilmiş evləri almaq daha sərfəli görünür. Bir çox hallarda xalq arasında “makler evi” adlandırılan tikililər olur. Bu tip evlər əsasən qazanc məqsədilə tikilir və bəzən keyfiyyəti aşağı olur. Ona görə də vətəndaşlar ehtiyatlı davranmalıdırlar. Hər hansı tikinti məhsulunu və ya materialını, yaxud tam hazır vəziyyətdə evi alqı-satqı etməzdən əvvəl mütləq mütəxəssislərə müraciət olunmalıdır. Mütəxəssislər evin hansı məqsədlə tikildiyini, istifadə olunan materialların keyfiyyətini və ümumilikdə həmin tikilinin alıcının zövqünə, istəyinə və tələblərinə uyğun olub-olmadığını qiymətləndirməlidirlər. Çünki bir çox hallarda bu qərar tikinti sahəsində təcrübəsi olmayan, ilk dəfə ev alan və ya ümumiyyətlə tikinti proseslərindən uzaq olan şəxslər tərəfindən verilir. Bu isə son nəticədə ciddi problemlərin yaranmasına səbəb ola bilər".

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Mart 2026 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri