Icma.az
close
up
RU
Tikinti materiallarının qiyməti artacaq AÇIQLAMA

Tikinti materiallarının qiyməti artacaq AÇIQLAMA

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mart və aprel ayları tikinti və təmir işləri üçün ən uyğun dövrlərdən hesab edilir. Bu aylarda hava şəraiti daha əlverişli olur, nəqliyyat və material təchizatı ilə bağlı çətinliklər azalır və tikinti işlərinin başlaması üçün yaxşı şərait yaranır. Bəs bu dövrdə tikinti məhsulları bazarında vəziyyət necə dəyişir?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc Metbuat.az-a açıqlamasında deyib ki, mart və aprel aylarında inşaat işləri intensivləşir. Bu da inşaat materialları bazarında aktivliyin artmasına və paralel olaraq qiymətlərin yüksəlməsinə səbəb olur:

“Tələbatın artması qiymətlərin bahalaşmasını qaçılmaz edir. Lakin bu il mart ayının Ramazan bayramına təsadüf etməsi ötən illərlə müqayisədə aktivliyin bir qədər aşağı olacağını göstərir. Buna baxmayaraq, tikinti mövsümünün başlanması, manatın məzənnəsindəki dəyişikliklər, ölkə iqtisadiyyatının böyüməsi və işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işləri, infrastrukturun yenidən qurulması və s. inşaat materialları bazarında aktivliyi artıra bilər və biz bunu gözləyirik. Fors-major hallar baş verməzsə, bazardakı mövcud tendensiyalar davam edəcək. Potensial risklərdən biri Azərbaycanın əsas inşaat materialları tədarükçüsü olan Rusiya ilə ticari münasibətlərdə mümkün problemlərdir. Əgər bu münasibətlər stabil qalarsa, bazarda ciddi bir çətinlik gözlənilmir. Digər potensial risklər sırasında devalvasiya və monetar siyasətdə mümkün dəyişikliklər də var. Bu hadisələr baş verməsə, proqnozlarımız öz qüvvəsində qalacaq”.

Ekspertin sözlərinə görə, yanvar və fevral aylarında inşaat materiallarının qiymətində ötən illə müqayisədə ayrı-ayrı tikinti materiallarında 3,5% - 5,7% civarında artım müşahidə edilib:

“Mart və aprel aylarında da bu tendensiyanın davam edəcəyi gözlənilir. Ümumilikdə, tikinti mövsümündən sonra inşaat materialı bazarında qiymətlərin təxminən 12% bahalaşacağı proqnozlaşdırılır. Eyni zamanda daşınmaz əmlak bazarında da 15-20% aralığında qiymət artımı müşahidə edilə bilər. İnşaat sektorundakı aktivlik iqtisadiyyatın böyüməsi və tikinti layihələrinin miqyasının genişlənməsi ilə bağlıdır. Əvvəllər daha kiçikmiqyaslı tikintilər üstünlük təşkil edirdisə, indi həm ölkənin investisiya cazibədarlığının artması, həm də Qarabağda aparılan bərpa işləri daha böyük tələbat formalaşdırır. Bu, böyük bazar paylarının artmasına səbəb olub. Hal-hazırda bazarda elə bir proses gedir ki, yaxın müddətdə monopoliyanın yaranması mümkündür, yəni kiçik tacirlərin yerini böyük maqnatlar tuta bilər. Bu proqnoz inşaat materialları bazarındakı əldə etdiyimiz dinamikanın nəticəsinə əsaslanaraq irəli sürülür. Ənənəvi olaraq ucuz inşaat materialları əldə etmək və daha böyük həcmdə satış imkanı olan müştərilərə xidmət göstərmək məqsədilə bazarın kiçik oyunçuları sıradan çıxır. Böyük oyunçular isə öz mövqelərini daha da gücləndirir. Bu, qiymətlərin tənzimlənməsinin asanlaşmasına gətirib çıxaracaq. Bazarda oyunçuların sayı azaldıqca qiymətlərdə monopoliya yaratmaq imkanları da genişlənir”.

V.Oruc yerli və xarici məhsullardan da bəhs edib:

“Yerli istehsal olan materiallar – alçipan, gips, sement köməkçi materiallardır, xaricdən gətirilən materiallarla müqayisədə keyfiyyət baxımından fərqlənir. Lakin ümumilikdə qiymət artımının əsas hissəsi yerli materiallardan deyil, nəqliyyat vasitəsilə gətirilən və gömrükdən keçirilən mallarda daha çox müşahidə edilir. Bu baxımdan taxta, metal məmulatları və inşaat materialları bahalaşmağa daha çox meyillidir. Köməkçi vasitələr, məsələn, armatur və s. isə qiymət baxımından daha az artım göstərəcək. Qiymət artımı isə mart ayının ilk həftələrində hiss olunmayacaq. Yəqin ki, mart ayının sonunda və ya aprel ayının əvvəllərində daha aydın şəkildə özünü göstərəcək”.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 04 Mart 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri