Tikinti materiallarının qiyməti artacaq: Səbəblər açıqlandı
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
27 yanvar, Fineko/abc.az. -(özəl xəbər)- Bütün tikinti materiallarının qiymətində artım olacağı şübhəsizdir.
Bunu ABC.AZ-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib. Müsahibimiz bunun səbəblərini izah edərkən manatın alıcılıq qabiliyyətini də xatırlatmağı unutmur.
O hesab edir ki, tikinti materiallarının bahalaşmasını zəruri edəcək amillər, həm də digər istiqamətlərdəki qiymət artımıdır:
"O cümlədən xaricdən gətirilən tikinti materiallarının daha baha başa gəlməsidir. Belə ki, həm logistik xərclərinin artımı, həm eyni zamanda elə xaricdə də qiymət artımının baş verməsi qiymətləri artıracaq. Düşünürəm ki, çətin olacaq. Və bunun müqabilində qiymətlərin artımı və eyni zamanda işçi qüvvəsinin əmək haqlarının artımı nəticəsində tikinti bu və ya digər formada məhdudlaşa bilər". V.Oruc tikinti sektorunun və tikinti materialları bazarının hansı formada xilas edilə biləcəyi versiyasını da irəli sürür: "Əlavə investorların cəlb olunması bu sahəni xilas edə bilər. Misal üçün xarici investordan söhbət gedir. Əsasən, komplekslərin tikilməsi və yaxud da hər hansı bir infrastrukturda yenilənmələr və sair. Bu istiqamətdə investorların cəlb olunması tikinti sektorunu xilas edə bilər".
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 27 Yanvar 2026 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















