Icma.az
close
up
RU
Tikinti mübahisələrinə vaxt məhdudiyyəti qoyulmalıdır Zahid Orucdan təklif

Tikinti mübahisələrinə vaxt məhdudiyyəti qoyulmalıdır Zahid Orucdan təklif

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Tikinti və Şəhərsalma Məcəlləsində yenilənən ərazilərlə bağlı razılaşma müddətinin müəyyən olunmaması maliyyə itkilərinə yol açır.

Bakıvaxtı.az xəbər verir ki, “Bakı şəhərinin mövcud mənzil fondunun inkişafında yeni gözləntilər” mövzusunda keçirilən konfransda Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc çıxış edib.

Zahid Orucun sözlərinə görə, kirayə ödənişləri, nəqliyyat, layihələndirmə, planlaşdırma və işçi qüvvəsinin səfərbərliyi kimi məsələlərə vəsait ayıran tikinti şirkətləri bir neçə mənzil sahibi ilə razılıq əldə edə bilmədikdə, proses aylarla, hətta illərlə uzana bilir. Bu isə artıq razılaşma vermiş digər vətəndaşlarda haqlı narazılıq yaradır və domino effekti ilə prosesin mənfi istiqamətdə inkişafına səbəb olur.

“Əgər razılaşma üçün ağlabatan müddət müəyyən edilsəydi, paytaxtda mənzil fondunun yenilənməsi prosesləri narazılıq deyil, qarşılıqlı məmnuniyyət doğurardı. Anlaşmaların qeyri-müəyyən müddətə uzanması həm də xarici investisiyaların qarşısını alır”, – deyə deputat bildirib.

Parlamentari, eyni zamanda, tikinti sektorunda dövlət tənzimləməsinin əhəmiyyətini vurğulayıb. Onun fikrincə, insanların təhlükəsizliyinin təmin olunması konstitusion vəzifədir və bu sahədə nəzarətin gücləndirilməsi vacibdir. Lakin tikinti sahəsinə nəzarət edən qurumların sayının 14 olduğunu qeyd edən deputat bu vəziyyətin özünün də dialoqa ehtiyac yaratdığını bildirib.

“Tikinti siyasətinin vahid mərkəzdən, yəni bir qurum vasitəsilə yönləndirilməsi ideyası dəfələrlə müzakirə edilib. Hökumət, qanunvericilik orqanları, biznes strukturları və vətəndaş cəmiyyəti bu məsələdə ortaq həll yolları tapmalıdır”, – deyə o əlavə edib.

Zahid Oruc çıxışında həmçinin Qarabağ və Şərqi Zəngəzurda aparılan “Böyük Quruculuq” hərəkatına da toxunub. O bildirib ki, azad edilmiş ərazilərdə həyata keçirilən irimiqyaslı layihələr, o cümlədən 19 milyard manatlıq büdcə vəsaiti ilə aparılan yol, enerji və kommunal infrastruktur tikintisi, hava limanları və inzibati binalar bütün ölkədə tikinti sənayesinin inkişafına güclü təkan verir.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 May 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri