Icma.az
close
up
RU
TikTok dakı ideal bədənli qızlara görə ailələr dağılır? ARAŞDIRMA

TikTok dakı ideal bədənli qızlara görə ailələr dağılır? ARAŞDIRMA

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

TikTok platformasında paylaşılan ideal görünüşlü insanların videoları münasibətlərdə problemlərə səbəb ola bilər. 

Lent.az xarici mediaya istinadən bildirir ki, yeni araşdırmada diqqəti xarici görünüşə yönəldən və seksual maraq oyadan videolardan bəhs edilir. Bu tip kontent digər platformalarda da mövcuddur, lakin TikTok-un alqoritmləri onun təsirini daha güclü edir.

İnsan beyni bu videolardakı şəxsləri real olmasa belə, potensial seçim kimi qəbul etməyə başlayır. Araşdırma müəlliflərinin fikrincə, məhz bu mexanizm münasibətlərə təsir göstərir. Davamlı olaraq ideallaşdırılmış obrazlarla qarşılaşmaq partnyorun unikallıq hissini azaldır və şüuraltı müqayisələrə səbəb olur. Bu müqayisə isə adətən real həyatın xeyrinə olmur, çünki sosial mediada təqdim olunan görüntülər filtrdən keçmiş və xüsusi seçilmiş olur.

Araşdırmada 65 cütlük iştirak edib və onların TikTok istifadə davranışı ilə münasibət keyfiyyəti müqayisə olunub. Nəticələr göstərib ki, əsas rol videolara baxmaqda deyil, onlarla qarşılıqlı əlaqədədir. İstifadəçilər bu tip kontenti nə qədər çox bəyənir, şərh edir və ya izləyirdisə, münasibətlərdə etibar və məmnunluq səviyyəsi bir o qədər aşağı olurdu.

Maraqlıdır ki, partnyorun bu cür videolara baxması haqqında düşünmək münasibətlərə ciddi təsir göstərməyib. Bu isə göstərir ki, əsas dəyişiklik qısqanclıq səviyyəsində deyil, şəxsi qavrayış və partnyora baxışın dəyişməsi ilə bağlıdır.

Təsir xüsusilə lentdə görünən insanların real partnyordan kəskin fərqləndiyi və münasibətdə artıq müəyyən şübhə və ya narahatlıq olduğu hallarda daha güclü olub. Bu zaman alqoritmlər mövcud psixoloji vəziyyəti daha da gücləndirir.

Alimlər qeyd edirlər ki, bu araşdırma birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir. Lakin o, mühüm bir tendensiyanı göstərir: rəqəmsal vərdişlər və alqoritmlər insanın yaxın münasibətlərə baxışını dəyişə, daha yaxşı seçimlərin daim mövcud olduğu hissini formalaşdıra bilər.

Beləliklə, TikTok-un münasibətlərə təsiri təkcə kontentlə deyil, onun davamlı və fərdiləşdirilmiş şəkildə təqdim olunması ilə bağlıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://lent.az
archiveBu xəbər 20 Aprel 2026 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see555

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see523

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see365

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see269

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see268

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see243

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see243

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see236

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see233

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see230

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see210

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see208

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see202

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see202

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see202

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see201

“Qalatasaray”a məğlubiyyət Emerinin ilk səkkizliyə düşmək ümidlərini azaltdı

25 Noyabr 2026 03:08see199

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see197

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri