Icma.az
close
up
RU
TikTok icma təhlükəsizliyi

TikTok icma təhlükəsizliyi

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

TikTok icma təhlükəsizliyi: 2025-ci ilin birinci rübündə platforma Azərbaycanda bir milyondan çox videonu silib. SİA xəbər verir ki, qısa videolar üzrə aparıcı platforma olan TikTok Azərbaycanda yerli icmanın təhlükəsizliyini prioritet hesab edir və yaradıcılıq üçün dostcasına və rahat mühitin formalaşmasına töhfə verir. Təhlükəsizliyi təmin etmək üçün TikTok ən müasir texnologiyalardan və dünyanın dörd bir yanındakı on minlərlə mütəxəssisdən istifadə edir. Platformada 24/7 rejimində aparılan moderasiya İcma Qaydalarını pozan videomaterialları silir. Şəffaflıq prinsipinə uyğun olaraq TikTok hər rüb silinmiş kontentin miqdarını açıqlayır.

İcma Qaydalarına əməl olunmasına dair Hesabata əsasən, 2025-ci ilin birinci rübündə Azərbaycanda:
• İcma Qaydalarının pozulması səbəbindən bir milyondan çox video silinib.
• Ümumi videoların 99%-i platforma tərəfindən proaktiv şəkildə, yəni onlara şikayət edilməzdən əvvəl aradan qaldırılıb.
• Videoların 97%-i dərc olunduqdan sonra 24 saat ərzində silinib ki, bu da dünya üzrə orta göstəricilərdən yüksəkdir.
Xatırladaq ki, ötən il Azərbaycanda üç milyondan çox video silinib.
Eyni zamanda, 2025-ci ilin birinci rübü üçün dünya üzrə, İcma Qaydalarının pozulması ilə əlaqədar:
• 211 milyondan çox video silinib.
• Videomaterialların 99%-i proaktiv şəkildə silinib.
• Videoların 94,3%-i dərc olunduqdan sonra 24 saat ərzində silinib.
Bu dövr ərzində silinmiş ümumi məzmunun 87%-dən çoxu avtomatlaşdırılmış moderasiya texnologiyaları vasitəsilə silinib ki, bu da indiyədək qeydə alınmış ən yüksək göstəricidir. Bundan əlavə, TikTok-un moderasiya texnologiyaları canlı yayımlarda İcma Qaydalarını pozan məzmunun daha sürətli müəyyən edilməsinə kömək edib: birinci rübdə 19 milyon canlı yayım dayandırılıb ki, bu da əvvəlki rübə nisbətən 50% çoxdur.
TikTok haqqında

TikTok aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 İyul 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see759

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see687

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see265

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see250

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see232

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see228

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see227

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see219

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see201

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see196

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see188

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see181

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see178

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see178

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see175

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see173

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see169

Kanada ABŞ a dizel yanacağı ixracını artırmağı planlaşdırır

12 Oktyabr 2026 04:50see167

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri