“TikTok” istifadəçilərinin NƏZƏRİNƏ: Bu yolla 5 min dollar qazana bilərsiniz
Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Meta” ABŞ-da məşhur məzmun yaradıcılarını “Facebook” və “Instagram”-a cəlb etmək üçün hər şəxsə 5000 dollara qədər pul ödəyəcək.
Publika.az xəbər verir ki, bu barədə “Meta” öz internet saytında açıqlama verib.
Bildirilib ki, məzmun yaradıcılarına platformaya qoşulduqdan sonra 90 gün ərzində ödəniş ediləcək. İştirakçılardan hər 30 gündə ən azı 20 “Facebook” və 10 “Instagram” video çarxı paylaşması tələb olunur. Həmçinin məzmun tamamilə orijinal olmalı və əvvəllər başqa platformalarda paylaşılmamalıdır.
Sözügedən təklif yalnız daha əvvəl “Facebook” və ya “Instagram”-da heç vaxt hesabı olmayan istifadəçilər üçün keçərlidir.
“TikTok”-un birbaşa adı çəkilməsə də, bu addım platformanın ABŞ-da gələcəyi ilə bağlı qeyri-müəyyənliyin artdığı bir vaxta təsadüf edir. İddialara görə, “Meta”nın hədəfi bu qeyri-müəyyənlikdən istifadə etməkdir.
Roza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 23 Yanvar 2025 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















