Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

TikTok süni intellektlə bağlı maarifləndirici təşəbbüsə başlayır

TikTok süni intellektlə bağlı maarifləndirici təşəbbüsə başlayır

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qısa videolar üçün aparıcı platforma olan TikTok süni intellekt sahəsində savadlılığın inkişafına, süni intellekt texnologiyalarından istifadə edilməklə yaradılmış və ya dəyişdirilmiş məzmunun şəffaflığının artırılmasına, eləcə də süni intellekt əsaslı spamdan müdafiənin gücləndirilməsinə yönəlmiş yeni qlobal təşəbbüslərin başladığını elan edib. Bununla platforma dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda istifadəçilərə süni intellektdən təhlükəsiz, inamla və məsuliyyətli şəkildə istifadə etməyə kömək etmək öhdəliyinə sadiq qaldığını bir daha təsdiqləyir.

Süni intellekt insanların məzmun yaratmaq, öyrənmək və internetdə ünsiyyət qurmaq üsullarını sürətlə dəyişdirdiyi bir dövrdə TikTok istifadəçilərin süni intellekt dünyasında daha inamla istiqamətlənməsinə kömək edən alətlərə, tərəfdaşlıq proqramlarına və təhlükəsizlik tədbirlərinə investisiya yatırmağa davam edir.

“Biz hesab edirik ki, insanlar TikTok-da süni intellekt əsasında yaradılmış kontentlə qarşılıqlı əlaqə zamanı konteksti anlamalı, özlərini əmin hiss etməli və nəzarətin onlarda olduğuna əmin olmalıdırlar. Buna görə də istifadəçilərə, bir tərəfdən süni intellektlə yaradılmış məzmunu müəyyənləşdirməyə, digər tərəfdən isə generativ modellərin iş prinsiplərini anlamağa və onların imkanlarından yaradıcı ideyalarını məsuliyyətli və təhlükəsiz şəkildə həyata keçirmək üçün istifadə etməyə kömək edən texnologiyaları, tərəfdaşlıq layihələrini və maarifləndirici təşəbbüsləri inkişaf etdirməyə davam edirik”, – deyə TikTok-un dövlət qurumları ilə əlaqələr və korporativ məsələlər üzrə qlobal komandasının süni intellekt istiqamətinin rəhbəri Tom Varqeze bildirib.

Süni intellektdən məsuliyyətli istifadə

Ekspertlərin fikrincə, təhsil süni intellektə şüurlu yanaşmanın formalaşmasında əsas rol oynayır. Buna görə də TikTok media savadlılığı sahəsində təhsil üzrə NAMLE assosiasiyası və süni intellekt üzrə ekspert Henri Ayder ilə birgə istifadəçilərə süni intellekt alətlərindən məsuliyyətli şəkildə istifadə etməyə kömək edəcək yeni bələdçi hazırlayıb.

Bundan əlavə, platformanın tətbiqində istifadəçilərə süni intellekt vasitəsilə yaradılmış məzmunu tanımağa kömək edən praktik tövsiyələrin təqdim olunduğu yeni maarifləndirici bölmə istifadəyə verilib. Maarifləndirici bölmə üçün Azərbaycandan olan kontent yaradıcıları süni intellektdən məsuliyyətli istifadəyə həsr olunmuş informativ videolar hazırlayıblar. Kontent yaradıcısı Səlbi İmanova @dailybaku istifadəçilərin TikTok-un tövsiyələr lentində gördükləri süni intellekt vasitəsilə yaradılmış məzmunun həcmini necə tənzimləyə biləcəklərini izah edib. Texnologiya mövzusunda kontent yaradan Taleh Nəzərli @talehnazarli isə süni intellekt vasitəsilə yaradılmış məzmunu adi məzmundan fərqləndirməyin yollarından, eləcə də belə məzmunun platformaya yüklənərkən xüsusi etiketlə işarələnməsinin əhəmiyyətindən danışıb.

TikTok həmçinin platformada yerləşdirilən maarifləndirici məzmun vasitəsilə istifadəçilərin süni intellekt haqqında bilik səviyyəsinin artırılmasına töhfə verən NoFiltr və Raspberry Pi Foundation kimi müstəqil ekspertlər və ixtisaslaşmış təşkilatlarla əməkdaşlığı davam etdirir. 2025-ci ilin noyabr ayında istifadəyə verilən proqram çərçivəsində istifadəçilərə süni intellekti daha yaxşı anlamağa və ondan məsuliyyətli şəkildə istifadə etməyə kömək edən məzmun artıq 200 milyondan çox baxış toplayıb. Bu günədək TikTok təşəbbüsün inkişafına 4 milyon ABŞ dollarından çox vəsait ayırıb və onun əhatə dairəsini və təsirini genişləndirmək məqsədilə maliyyələşdirməni davam etdirəcək.

Süni intellekt əsaslı spama qarşı mübarizə və orijinal məzmunun dəstəklənməsi

Süni intellekt yaradıcılıq və məzmun yaratmaq üçün yeni imkanlar açır. Lakin texnologiyalar inkişaf etdikcə onlardan sui-istifadə edilə və orijinal məzmun müəlliflərini kölgədə qoyan, istifadəçilərin etibarını azaldan spam məzmunun kütləvi şəkildə istehsalı üçün istifadə oluna bilər. Bu yeni çağırışlara effektiv şəkildə qarşı çıxmaq məqsədilə TikTok süni intellekt əsaslı spamı kütləvi şəkildə paylaşan hesabların aşkarlanması üçün təkmilləşdirilmiş sistemləri sınaqdan keçirir.

Süni intellektlə yaradılmış məzmunun şəffaflığının artırılması

Content Credentials sistemi, müəlliflərin süni intellektlə yaradılmış məzmunu işarələməsi üçün alətlər və görünməz rəqəmsal su nişanı texnologiyasının birgə tətbiqi sayəsində bu günədək TikTok-da 3 milyarddan çox video süni intellektdən istifadə edilməklə yaradılmış məzmun kimi işarələnib. Bu, süni intellekt vasitəsilə yaradılmış məzmunun şəffaflığının artırılması istiqamətində mühüm addımdır və istifadəçilərə videonun süni intellekt vasitəsilə yaradıldığını və ya əhəmiyyətli dərəcədə dəyişdirildiyini anlamağa kömək edir.

İki il əvvəl TikTok Coalition for Content Provenance and Authenticity (C2PA) tərəfindən hazırlanmış Content Credentials sistemini tətbiq edən ilk video platforması olub. Bu texnologiya məzmunun süni intellektdən istifadə edilməklə yaradıldığını və ya əhəmiyyətli dərəcədə redaktə edildiyini müəyyən etməyə imkan verir. Əldə etdiyi uğurlara əsaslanaraq TikTok C2PA-nın Rəhbər Komitəsinə qoşulub. Şirkət koalisiyanın digər üzvləri ilə birlikdə bütün rəqəmsal ekosistem üzrə süni intellektlə yaradılmış məzmunun şəffaflığını artıran texnologiyaların daha geniş tətbiqinə töhfə verəcək.

Süni intellekt vasitəsilə istifadəçilərə daha geniş imkanların yaradılması

Sadalanan yeniliklər TikTok-un platformada süni intellekt texnologiyalarının təhlükəsiz və müsbət istifadəsini təmin etmək istiqamətində həyata keçirdiyi daha geniş fəaliyyətin bir hissəsidir. TikTok Smart Split və AI Outline kimi süni intellekt əsaslı yaradıcı alətlərin hazırlanmasına investisiya yatırmağa davam edir, eyni zamanda istifadəçilərə lentlərində süni intellekt vasitəsilə yaradılmış məzmunun miqdarını öz istəklərinə uyğun tənzimləməyə imkan verən “Mövzuların idarə edilməsi” kimi funksiyaları sınaqdan keçirir. Bu texnologiyalar inkişaf etdikcə platforma TikTok-un təhlükəsizliyi necə təmin etdiyi, istifadəçilərə maraqlı məzmunu necə tapmağa kömək etdiyi və yaradıcılıq imkanlarını necə genişləndirdiyi barədə məlumat paylaşmağa davam edəcək.

TikTok haqqında

TikTok aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://lent.az
archiveBu xəbər 14 Sentyabr 2026 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see388

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see371

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see309

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see304

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see303

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see297

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see289

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see233

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see230

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see229

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see224

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see222

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see220

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see205

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see203

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see197

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see195

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see177

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see172

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri