TikTok süni intellektlə işləyən hesabları hədəfə alır
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
TikTok siyasi proseslər, cari hadisələr, maliyyə və tibbi mövzularda kütləvi şəkildə süni intellekt məzmunu yayan hesabları müəyyənləşdirmək üçün yeni sistemləri sınaqdan keçirir.
Moderator.az xəbər verir ki, platformanın yaydığı rəsmi açıqlamada süni intellektdən istifadə edərək eyni tipli videolar hazırlayan və onları böyük sürətlə paylaşan hesabların xüsusi nəzarətə götürüldüyü bildirilib.
TikTok vurğulayıb ki, məqsəd süni intellektdən normal yaradıcı istifadəni məhdudlaşdırmaq deyil. Yeni sistemlər orijinal müəllifləri kölgədə qoyan, ictimai etimada və insanların sağlamlığına, yaxud maliyyə qərarlarına təsir göstərə bilən kütləvi spam şəbəkələrini aşkarlamağa yönəlib.
Şirkətin məlumatına görə, 2026-cı ilin ilk üç ayında platformadan 86 milyondan çox saxta hesab silinib. Lakin bu rəqəm yalnız süni intellekt hesablarına deyil, ümumilikdə müəyyənləşdirilən saxta hesablara aiddir.
TikTok indiyədək üç milyarddan çox videonu süni intellekt vasitəsilə hazırlanmış və ya ciddi şəkildə dəyişdirilmiş material kimi işarələyib. Bunun üçün müəlliflərin qoyduğu etiketlərdən, görünməz rəqəmsal nişanlardan və videonun mənşəyini göstərən “Content Credentials” texnologiyasından istifadə olunur.
Platforma rəqəmsal materialın harada və hansı vasitələrlə yaradıldığını müəyyənləşdirən açıq C2PA standartının rəhbər komitəsinə də qoşulub. C2PA TikTok-un komitəyə üzvlüyünü iyulun 27-də açıqlayıb.
Yeni siyasət avtomatik səslə oxunan hər bir xəbərin və ya süni intellektlə montaj edilən videonun silinəcəyi demək deyil. Əsas risk eyni şablonla yüzlərlə video hazırlayan, müəllifi və mənbəsi bəlli olmayan, yoxlanılmamış xəbərləri kütləvi şəkildə yayan hesablarla bağlıdır.
Dəyişiklik Azərbaycan xəbər səhifələrinə də təsir göstərə bilər. Süni aparıcı, avtomatik səs və şablon görüntülərlə fasiləsiz xəbər paylaşan hesabların spam kimi qiymətləndirilməsi ehtimalı artır. Buna görə media qurumları videolarda orijinal çəkilişə, real jurnalist təqdimatına, ilkin mənbənin göstərilməsinə və süni intellektdən istifadə olunubsa, bunun açıq etiketlənməsinə üstünlük verməli olacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 05 Oktyabr 2026 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















