Icma.az
close
up
RU
TikTok dan Azərbaycanda süni intellektlə bağlı YENİ LAYİHƏ

TikTok dan Azərbaycanda süni intellektlə bağlı YENİ LAYİHƏ

Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

TikTok Azərbaycanda süni intellektdən məsuliyyətli istifadəni təşviq etmək məqsədilə maarifləndirici təşəbbüsə start verir.

Qısa videolar üçün aparıcı platforma olan TikTok süni intellekt sahəsində savadlılığın inkişafına, süni intellekt texnologiyalarından istifadə edilməklə yaradılmış və ya dəyişdirilmiş məzmunun şəffaflığının artırılmasına, eləcə də süni intellekt əsaslı spamdan müdafiənin gücləndirilməsinə yönəlmiş yeni qlobal təşəbbüslərin başladığını elan edib. Bununla platforma dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda istifadəçilərə süni intellektdən təhlükəsiz, inamla və məsuliyyətli şəkildə istifadə etməyə kömək etmək öhdəliyinə sadiq qaldığını bir daha təsdiqləyir.

Süni intellekt insanların məzmun yaratmaq, öyrənmək və internetdə ünsiyyət qurmaq üsullarını sürətlə dəyişdirdiyi bir dövrdə TikTok istifadəçilərin süni intellekt dünyasında daha inamla istiqamətlənməsinə kömək edən alətlərə, tərəfdaşlıq proqramlarına və təhlükəsizlik tədbirlərinə investisiya yatırmağa davam edir.

"Biz hesab edirik ki, insanlar TikTok-da süni intellekt əsasında yaradılmış kontentlə qarşılıqlı əlaqə zamanı konteksti anlamalı, özlərini əmin hiss etməli və nəzarətin onlarda olduğuna əmin olmalıdırlar.” Buna görə də istifadəçilərə, bir tərəfdən süni intellektlə yaradılmış məzmunu müəyyənləşdirməyə, digər tərəfdən isə generativ modellərin iş prinsiplərini anlamağa və onların imkanlarından yaradıcı ideyalarını məsuliyyətli və təhlükəsiz şəkildə həyata keçirmək üçün istifadə etməyə kömək edən texnologiyaları, tərəfdaşlıq layihələrini və maarifləndirici təşəbbüsləri inkişaf etdirməyə davam edirik”, – deyə TikTok-un dövlət qurumları ilə əlaqələr və korporativ məsələlər üzrə qlobal komandasının süni intellekt istiqamətinin rəhbəri Tom Varqeze bildirib.

Süni intellektdən məsuliyyətli istifadə

Ekspertlərin fikrincə, təhsil süni intellektə şüurlu yanaşmanın formalaşmasında əsas rol oynayır. Buna görə də TikTok media savadlılığı sahəsində təhsil üzrə NAMLE assosiasiyası və süni intellekt üzrə ekspert Henri Ayderilə birgə istifadəçilərə süni intellekt alətlərindən məsuliyyətli şəkildə istifadə etməyə kömək edəcək yeni bələdçi hazırlayıb.

Bundan əlavə, platformanın tətbiqində istifadəçilərə süni intellekt vasitəsilə yaradılmış məzmunu tanımağa kömək edən praktik tövsiyələrin təqdim olunduğu yeni maarifləndirici bölmə istifadəyə verilib. Maarifləndirici bölmə üçün Azərbaycandan olan kontent yaradıcıları süni intellektdən məsuliyyətli istifadəyə həsr olunmuş informativ videolar hazırlayıblar. Kontent yaradıcısı Səlbi İmanova @dailybaku istifadəçilərin TikTok-un tövsiyələr lentində gördükləri süni intellekt vasitəsilə yaradılmış məzmunun həcmini necə tənzimləyə biləcəklərini izah edib. Texnologiya mövzusunda kontent yaradan Taleh Nəzərli @talehnazarli isə süni intellekt vasitəsilə yaradılmış məzmunu adi məzmundan fərqləndirməyin yollarından, eləcə də belə məzmunun platformaya yüklənərkən xüsusi etiketlə işarələnməsinin əhəmiyyətindən danışıb.

TikTok həmçinin platformada yerləşdirilən maarifləndirici məzmun vasitəsilə istifadəçilərin süni intellekt haqqında bilik səviyyəsinin artırılmasına töhfə verən NoFiltr və Raspberry Pi Foundationkimi müstəqil ekspertlər və ixtisaslaşmış təşkilatlarla əməkdaşlığı davam etdirir. 2025-ci ilin noyabr ayında istifadəyə verilən proqram çərçivəsində istifadəçilərə süni intellekti daha yaxşı anlamağa və ondan məsuliyyətli şəkildə istifadə etməyə kömək edən məzmun artıq 200 milyondan çox baxış toplayıb. Bu günədək TikTok təşəbbüsün inkişafına 4 milyon ABŞ dollarından çox vəsait ayırıb və onun əhatə dairəsini və təsirini genişləndirmək məqsədilə maliyyələşdirməni davam etdirəcək.

Süni intellekt əsaslı spama qarşı mübarizə və orijinal məzmunun dəstəklənməsi

Süni intellekt yaradıcılıq və məzmun yaratmaq üçün yeni imkanlar açır. Lakin texnologiyalar inkişaf etdikcə onlardan sui-istifadə edilə və orijinal məzmun müəlliflərini kölgədə qoyan, istifadəçilərin etibarını azaldan spam məzmunun kütləvi şəkildə istehsalı üçün istifadə oluna bilər. Bu yeni çağırışlara effektiv şəkildə qarşı çıxmaq məqsədilə TikTok süni intellekt əsaslı spamı kütləvi şəkildə paylaşan hesabların aşkarlanması üçün təkmilləşdirilmiş sistemləri sınaqdan keçirir.

Süni intellekt yaradıcılıq və məzmun yaratmaq üçün yeni imkanlar açır. Lakin texnologiyalar inkişaf etdikcə onlardan sui-istifadə edilə və orijinal məzmun müəlliflərini kölgədə qoyan, istifadəçilərin etibarını azaldan spam məzmunun kütləvi şəkildə istehsalı üçün istifadə oluna bilər. Bu yeni çağırışlara effektiv şəkildə qarşı çıxmaq məqsədilə TikTok süni intellekt əsaslı spamı kütləvi şəkildə paylaşan hesabların aşkarlanması üçün təkmilləşdirilmiş sistemləri sınaqdan keçirir.

Süni intellektlə yaradılmış məzmunun şəffaflığının artırılması

Content Credentials sistemi, müəlliflərin süni intellektlə yaradılmış məzmunu işarələməsi üçün alətlər və görünməz rəqəmsal su nişanı texnologiyasının birgə tətbiqi sayəsində bu günədək TikTok-da 3 milyarddan çox video süni intellektdən istifadə edilməklə yaradılmış məzmun kimi işarələnib. Bu, süni intellekt vasitəsilə yaradılmış məzmunun şəffaflığının artırılması istiqamətində mühüm addımdır və istifadəçilərə videonun süni intellekt vasitəsilə yaradıldığını və ya əhəmiyyətli dərəcədə dəyişdirildiyini anlamağa kömək edir.

İki il əvvəl TikTok Coalition for Content Provenance and Authenticity (C2PA) tərəfindən hazırlanmış Content Credentials sistemini tətbiq edən ilk video platforması olub. Bu texnologiya məzmunun süni intellektdən istifadə edilməklə yaradıldığını və ya əhəmiyyətli dərəcədə redaktə edildiyini müəyyən etməyə imkan verir. Əldə etdiyi uğurlara əsaslanaraq TikTok C2PA-nın Rəhbər Komitəsinə qoşulub. Şirkət koalisiyanın digər üzvləri ilə birlikdə bütün rəqəmsal ekosistem üzrə süni intellektlə yaradılmış məzmunun şəffaflığını artıran texnologiyaların daha geniş tətbiqinə töhfə verəcək.

Süni intellekt vasitəsilə istifadəçilərə daha geniş imkanların yaradılması

Sadalanan yeniliklər TikTok-un platformada süni intellekt texnologiyalarının təhlükəsiz və müsbət istifadəsini təmin etmək istiqamətində həyata keçirdiyi daha geniş fəaliyyətin bir hissəsidir. TikTok Smart SplitvəAI Outline kimi süni intellekt əsaslı yaradıcı alətlərin hazırlanmasına investisiya yatırmağa davam edir, eyni zamanda istifadəçilərə lentlərində süni intellekt vasitəsilə yaradılmış məzmunun miqdarını öz istəklərinə uyğun tənzimləməyə imkan verən "Mövzuların idarə edilməsi” kimi funksiyaları sınaqdan keçirir. Bu texnologiyalar inkişaf etdikcə platforma TikTok-un təhlükəsizliyi necə təmin etdiyi, istifadəçilərə maraqlı məzmunu necə tapmağa kömək etdiyi və yaradıcılıq imkanlarını necə genişləndirdiyi barədə məlumat paylaşmağa davam edəcək.

TikTok haqqında

TikTok aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:238
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 14 Sentyabr 2026 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri