Icma.az
close
up
RU
Tiktokerin şantajla ondan 1 milyon aldığını iddia etdi

Tiktokerin şantajla ondan 1 milyon aldığını iddia etdi

Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, “Bəniz” kimi tanınan tiktoker Aybəniz Xəlilova şantaja görə cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində əvvəl həbs, bir neçə gün sonra isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, təqsirləndirilən tiktokerin əməlindən əziyyət çəkən şəxs işin istintaqından narazıdır. Zərərçəkmiş Xalid Kərimov hüquq-mühafizə orqanlarına müraciət edərək işin nəzarətə götürülməsini xahiş edir:

“Xəlilova Aybəniz Səyyaf qızı məni rüsvay edəcəyi, şəxsi sirr təşkil edən məlumatları, gizli çəkdiyi foto və videoları internet resurslarında paylaşacağı ilə təhdid edərək bir ildən artıq müddət ərzində 836 min manatdan çox - 1 milyona yaxın pulumu hissə-hissə ələ keçirib. 

Bununla da kifayətlənməyərək ailəmi təhdid etməyə başlayıb, azyaşlı uşaqlarımı güdüb üstlərinə maşın sürüb, bu kimi hərəkətləri ilə ailəmizə zülm yaşadıb. Mən Aybəniz Xəlilovanın bu qanunsuz hərəkətləri barədə 14.11.2024-cü il tarixdə Suraxanı Rayon Prokurorluğuna şikayət edəndən sonra Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə cinayət işi başlanıb. 

Noyabrın 21-də Xəlilova Aybəniz Səyyaf qızı şübhəli şəxs qismində tutulub, 23-ü tarixində isə Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, həmin tarixdə onun barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib”.

Zərərçəkən iddia edir ki, Aybəniz görüşlərdə dəfələrlə vəzifəli şəxslərlə münasibətinin olduğunu deyib, ona heç kəsin, heç nə edə bilməyəcəyini bildirərək təsir edib:

“Mən indi başa düşürəm ki, onun sözlərində həqiqət var, bu yollarla Aybəniz Xəlilova Apellyasiya Məhkəməsinə də təsir edərək azadlığa çıxıb”.

X.Kərimov məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edib:

“Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və Baş prokuror Kamran Əliyevə müraciət edirəm. Mənə kömək etməyinizi və həmin cinayət işini nəzarətə götürməyinizi xahiş edirəm. Hesab edirəm ki, əks halda tiktok və digər sosial şəbəkələrdə Aybəniz kimi şəxslərin cəzasız qaldığını görüb başqaları da onun kimi qanunsuz əməllərə yol verəcəklər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://axsam.az
archiveBu xəbər 20 Dekabr 2024 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see375

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see336

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see330

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see323

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see322

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see317

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see309

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see302

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see299

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see275

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see267

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see259

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see257

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see251

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see250

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see246

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see233

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see213

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see209

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri