Icma.az
close
up
RU
Tiktokerlər niyə həbs olunur? AÇIQLAMA

Tiktokerlər niyə həbs olunur? AÇIQLAMA

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Son vaxtlar tiktokerlərin tez-tez həbs olunması cəmiyyətin diqqət mərkəzindədir. Xüsusilə geniş auditoriyaya sahib “Tiktok” platformasına nəzarətin gücləndirilməsi sosial media haqqında hüquqi tənzimləmələri gündəmə gətirir. Azərbaycanda belə bir qanun olmadığı halda, tiktokerlərin müxtəlif fəaliyyətlərinə görə saxlanılması isə sual doğurur.

Bu barədə hüquqşünas Ramil Süleymanov Metbuat.az-a açıqlamasında bildirib ki, ölkəmizdə sosial medianı tənzimləyən qanunvericilik yoxdur. Həmçinin davranış qaydalarını tənzimləyən normativ sənədlər olmadığı üçün hər hansı milli-mental dəyərlərə yad, əxlaq normalarına zidd olan davranışlar və bu qəbildən olan çağırışlar sosial şəbəkələrdə pozuntu hesab olunur:

“Nəticə etibarilə bununla bağlı hüquq-mühafizə orqanları tərəfindən həmin tiktokerlər dəvət olunur və onların fəaliyyəti ilə əlaqədar müvafiq araşdırma, sorğu-sual aparılır. Əgər araşdırmalar zamanı tiktokerlərin qazandığı məbləğlərin olması və vergi ödəyicisi kimi qeydiyyatdan keçmədən həmin məbləğlərdən istifadə etdikləri müəyyən olunsa, bu, əlbəttə ki, vergi qanunvericiliyinin pozulmasıdır. O cümlədən məbləğ böyük olduqda inzibati və cinayət məsuliyyətinə cəlb etməyə əsas verən hallar olur. Amma düşünürəm ki, ümumi əxlaq qaydaları çərçivəsində hər hansı yazılmayan qayda və qanunların pozulması həmin tiktokerlərin hüquqlarının da pozulması hesab olunur. Çünki buna artıq insan hüquqları mövzusundan yanaşmaq lazımdır”.

Hüquqşünasın fikrincə, sosial şəbəkələrdə davranışı tənzimləyən qaydalar qəbul olunmalı və təsdiq olunmalıdır:

“Bundan sonra artıq hər kəs biləcək ki, sosial şəbəkədə hansı davranışlar qanunvericiliyə ziddir, hansılar normaların pozulmasıdır və buna uyğun olaraq icazə verilən hərəkətləri edəcəklər. Ona görə də bir sıra inkişaf etmiş ölkələrdə həm sosial media, həm də süni intellektdən zərərli istifadə edərək kimlərinsə hüquqlarının pozulmasına səbəb yaradan əməllərin dairəsi göstərilir. Düşünürəm ki, norma yaradan orqan kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Prezident Administrasiyasının müvafiq şöbələri bununla bağlı gecikmədən hərəkətə keçməlidirlər. Müvafiq qanunvericilik mətnini hazır edib müzakirə olunması üçün Milli Məclisə göndərməlidirlər. Daha sonra təsdiqlənməsi üçün ölkə başçısının imzasına təqdim olunmalıdır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 04 Fevral 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see634

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see627

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see376

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see265

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see264

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see250

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see241

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see240

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see238

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see223

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see214

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see209

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see198

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see194

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see193

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see185

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see185

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see178

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see177

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri