Icma.az
close
up
RU
Titanik də yazılan yeganə məktub hərraca çıxarılıb FOTO

Titanik də yazılan yeganə məktub hərraca çıxarılıb FOTO

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

1912-ci ildə baş verən "Titanik" faciəsindən sağ çıxan azsaylı şəxslərdən biri polkovnik Arçibald Qracie tərəfindən yazılmış kəhanət məktubu ilk dəfə açıq hərraca çıxarılıb. Mütəxəssislər məktubun 60 min funt sterlinqə (təxminən 132 min manat) satılacağını proqnozlaşdırıb.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, məktub, İngiltərənin Viltşire bölgəsində yerləşən “Henry Aldridge and Son” müzeyində 26 aprel tarixində satışa təqdim ediləcək.


Polkovnik Qracie bu məktubu "Titanik"lə səfər zamanı yazıb. Məktubda yer alan “Gözəl bir gəmi, amma onun haqqında hökm verməzdən əvvəl səfərimin sonunu gözləyəcəyəm” cümləsi, faciədən yalnız beş gün əvvəl yazıldığı üçün “sehirlə dolu” hesab edilir.


Polkovnik, çevrilmiş xilasedici qayığa minərək "Titanik"dən xilas olmuşdu. Lakin o, hadisədən sonra sağlamlığını bərpa edə bilmədi və faciədən səkkiz ay sonra dünyasını dəyişdi. Qracie həmçinin “Titanik haqqında həqiqət” adlı kitab yazaraq, yaşadıqlarını oxucularla bölüşmüşdü.


Hərrac evinin rəhbəri Andrev Aldridqe, bu məktubun "Titanik"lə bağlı mövcud olan ən nadir yazılı sənədlərdən biri olduğunu bildirib. “Bu, sadəcə polkovnik Qracie tərəfindən yazılması ilə deyil, həm də içindəki önəmli mesajla diqqət çəkir”, – deyə Aldridqe qeyd edib.


Məktubun 10 aprel 1912-ci il tarixini daşıdığı, 11 apreldə İrlandiyanın Quinstoun şəhərinə, 12 apreldə isə Londona göndərildiyi bildirilib.


Araşdırmalara görə, bu sənəd polkovnik Qracienin "Titanik"də yazılan və günümüzə qədər gəlib çatan yeganə məktubdur.


Bəsti Rəfizadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://sfera.az
archiveBu xəbər 23 Aprel 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see289

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see239

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see209

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see197

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see179

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see179

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see176

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see164

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see163

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see158

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see153

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see151

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see147

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see146

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see145

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see144

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri