Etirazçılar İran küçələrində “Mr. Trump help” yazıb Trampdan kömək istəyirlər, çünki Rza Pəhləviyə güvənmirlər
Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Siyasi şərhçi Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İran rejimi, yəni molla-fars faşist rejimi olan-qalan 3-4 faiz legitimliyini də itirib: “Artıq onun tərəfdarları bu rejimin yanında olan, terror rejimini müdafiə edən, faşist, diktator rejimini müdafiə edən qruplar olaraq ortaya çıxdı. Yəni burada cəmiyyət ikiyə bölündü. O ikiyə bölünmənin içində də bölünmələr var. Əsas bölünmə hakimiyyətin yanında olanlar və kütlədir. Hakimiyyətin yanında olan qruplar da, qurumlar da, artıq terrorun və diktaturanın yanında olan qrupdur. Etiraz aksiyalarında insanların SEPAH üzvlərinə, polisə, küçələrdə insanları atəşə tutanlara münasibətini görürsünüz. Yəni artıq insanlar dözə bilmir, onları görəndə sanki Xameneini görürlər. Onlara qarşı ciddi aqressiya var. Hakimiyyət və kütlə arasındakı uçurum eıə bir həddə çatıb ki, hakimiyyətin yanında olanlar da artıq kütlənin düşməni kimi görünür. Bunun özü çox ciddi bir problemdir. Bu kütlənin getdikcə artan nifrəti, hər hansı bir prosesdə özünü göstərəcək. Hətta xarici müdaxilə olunmasa da, rejimin öz içindən çökməsi günbəgün sürətlənəcək”.
Sadiq İsabəyli
Siyasi şərhçinin fikrincə, rejimin çox davam gətirməsi demək olar ki, mümkün deyil: “Xarici müdaxilələr və onun ssenarisi tamamilə bu proseslərdən fərqli irəliləyən bir ssenari idi. Bu hadisələr o ssenarinin reallaşması üçün müəyyən mənada zəmin hazırladı. Bu gün İran küçələrində yazırlar ki, “Mr. Trump help”. Bunu hər yerdə yazırlar, Trampdan kömək istəyirlər. Çünki Rza Pəhləviyə güvən yoxdur. Riza Pəhləvini heç kim qəbul eləmir. Rza Pəhləvi sadəcə bu siyasi etirazlar dalğası üzərindən öz faşist ideyasını, dədəsinin-babasının həyata keçirdiyi ideyanı, yəni farsçılığı ayrı formada yenidən gətirmək istəyir. Bunu da qeyri-fars millətlərinin qəbul etməsi mümkün deyil. Hətta bəzi güclər onu müəyyən mənada reklam etməyə çalışsalar da, onlar özləri də görürlər ki, bu, mümkün olan məsələ deyil”.
Sadiq İsabəyli qeyd edib ki, İranla bağlı çox dərin və həqiqi tarixi zərurətdən qaynaqlanan bir proses davam edir. Siyasi şərhçi hesab edir ki, bu proseslərdə biz çox tarixi hadisələrə şahid ola bilərik: “Bu rejimin gedişi ilə onun saxta ideoloji və terrora dayalı bütün ideyası da ölüb gedəcək. Belə olan halda, bölgədə sülhün və sabitliyin yaranması üçün yeni bir mərhələ başlayacaq. Regional proseslərin qlobal təsiri artıq özünü göstərməkdədir. Bu təsirin nəticəsində bu bölgədə yeni güclü dövlətlərin meydana gəlməsi, yeni əməkdaşlıq konsepsiyaların ortaya çıxması və yeni bir tarixi dönəmin başlanğıcını müşahidə edəcəyik”.
İradə Cəlil, Bizimyol.info
Baxış sayı:61
Bu xəbər 28 Yanvar 2026 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















