Icma.az
close
up
RU
Tıxac problem: universitetlərin köçürülməsi vəziyyəti dəyişə bilərmi?

Tıxac problem: universitetlərin köçürülməsi vəziyyəti dəyişə bilərmi?

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Prezident İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər Dövlət Proqramı”nı təsdiq edib. Proqramın həyata keçirilməsinə dair Tədbirlər Planında yer alan məsələlərdən biri də təhsil müəssisələri ilə əlaqədardır. Dövlət Proqramında Bakıda yerləşən təhsil müəssisələrinin fəaliyyətinin şəhərin nəqliyyat sıxlığına təsirinin qiymətləndirilməsi və müvafiq təkliflərin hazırlanması qeyd edilib.
Təhsil eksperti Kamran Əsədov açıqlamasında tıxacın əsas səbəblərindən birinin məktəb və universitetlərin dərs saatlarının eyni vaxtda başlaması olduğunu deyib. Həmçinin o bildirib ki, nəqliyyatda sıxlığının azaldılması üçün ən effektiv üsullardan biri dərslərin başlama saatlarının mərhələli şəkildə dəyişdirilməsidir.

Bu təklif nə qədər adekvatdır və həyata keçirilməsi mümkündürmü?

Nəqliyyat üzrə ekspert Yasin Mustafayev qeyd edib ki, tıxacın aradan qaldırılması üçün kompleks tədbirlər görülməli, həm infrastruktur yenilənməlidir. Onun fikrincə, bunun üçün həm çeşidli nəqliyyat vasitələri cəlb olunmalı, eyni zamanda da iş planlayarkən, ev alarkən, övladımıza məktəb seçərkən, ev kirayə edərkən yaxın olma prinsipi əsas götürülməlidir. Eləcə də işin başlama və bitmə saatının müəyyən edilməsi də çox vacibdir. Məsələn, bizim şirkətdə iş normalda səhər saat 9-da başlayırdı. Amma son dövrlər biz onu dəyişib, səhər saat 8 və 10-da işə gələnlər olaraq iki hissəyə böldük. 9-da heç kim işə gəlmir və bunun çox böyük effekti var. 8-də gələnlər 17:00-da, 10-da gələnlər isə 19:00-da işdən çıxır. Bu, həm ümumi tıxaca təsir göstərir, həm də vətəndaşlar, işçilər fərd olaraq tıxaca daha az düşürlər. Bu təcrübəni bir çox ölkələrdə tətbiq edirlər. Həmçinin bunu orta məktəblərdə, universitetlərdə də tətbiq etmək mümkündür”.

“Universitetlər kampus şəklində olmalıdır”

Y.Mustafayevin sözlərinə görə, universitetlər kampus şəklində olmalıdır: “Universitetlərin həm yataqxanası, həm tədris binaları, həm təcrübə mərkəzləri olmalıdır. Yəni bir şəhərcik kimi şəhərdən kənarda olsa daha məqsədəuyğundur. Bütün bu atılan addımlar tıxacın azalmasına öz töhfəsini verəcək. Dünya təcrübəsi də bunu göstərir”.
O həmçinin əlavə edib ki, universitetlərin yanında skuter icarəsi olsa da, onlardan çox az istifadə olunur: “Mən şahid oluram ki, skuterlər orada olduğu kimi qalıb. İstifadə edən varsa da çox azdır. Halbuki tələbələr ondan daha geniş istifadə edə bilərlər. Bu istiqamətdə universitetlərin rəhbər heyətləri bundan təşviqedici addım kimi istifadə etsələr, adi vətəndaşlar da istifadə edərlər. Mikromobillik dediyimiz bu xırda nəqliyyat vasitələrindən istifadə edilməsi tıxacın sıxlığının azaldılmasına çox böyük töhfə verə bilər”.

“Bu, effektiv olacaq”

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, universitetlər böyük bir tədris kompleksi kimi ətraf ərazilərdə yerləşə daha yaxşı olar: “Universitetlər şəhərdən kənarda yerləşməli, özünün yataqxanası, istirahət, əyləncə mərkəzi olmalıdır.

Tələbə orada bir növ həm dərs alar, həm də yaşayar”.

E.Muradlı Prezident İlham Əliyev tərəfindən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər Dövlət Proqramı”nın qəbul edildiyini xatırladaraq bildirib ki, bu Proqramda bir çox layihələrin icrası nəzərdə tutulub: “Əsas layihə də orta məktəblər üçün məktəbli avtobuslardır, ali məktəblər üçün isə dərs saatlarının fərqli formaya salınmasıdır. Ümumiyyətlə, gələcəkdə ali məktəbləri Sumqayıt, Abşeron, Qaradağ istiqamətinə yönləndirmək lazımdır. Təbii ki, bu zaman sürətli ictimai nəqliyyat qurmaqla ki, tələbələr ora vaxtında gedib-gələ bilsin. Sürət qatarları, avtobuslar, metro stansiyalar və.s. bunlar olarsa şəhərdə yüngüllük yaranacaq. Dərs saatlarının bölüşdürülməsi məsələsini isə universitetlərlə birlikdə həm də Dövlət Yol Polisi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə müzakirə etməlidir. Məsələn, Azərbaydan Dövlət Neft və Sənaye Universiteti 28 May ətrafında yerləşir və orada tıxacın, piyada sıxlığının olması məhz həmin universitetin tələbələrinin hesabına yaranır. Bunu araşdırmaq lazımdır ki, o universitetə neçə tələbə maşınla gəlib-gedir, neçə müəllimin maşını var və onlar avtomobillərini harada park edir, necə gəlir, hansı istiqamətdən gəlir? Bu məsələləri incələyib sonra qərar qəbul etmək daha yaxşı olar. O zaman bu, effektiv olacaq”.
Nəqliyyat eksperti bildirib ki, universitetlərin hamısı tıxaca səbəb olur deməzdim: “Məsələn, Sumqayıt Dövlət Universiteti tıxaca səbəb olmur. Ancaq dolayısı ilə o universitet Bakıda müəyyən tıxaca səbəb olur. Çünki Sumqayıt Dövlət Universitetinin tələbələrinin çoxu Bakıdan gedir, axşam da oradan Bakıya qayıdırlar. Bax, bu kimi hallar müəyyən təsir göstərir”.

“Bunu biz orta məktəblərdə edə bilmərik”

Təhsil eksperti Adil Vəliyev qeyd edib ki, biz Azərbaycan təhsil sistemini Sinqapur və ya Yaponiya ilə heç vaxt müqayisə etməməliyik: “Çünki onlarda öz ölkələrinə və o ölkədə yaşayan insanlara xas bir təhsil modeli var. Bu təhsil modeli illərdir tətbiq olunduğu üçün orada daha effektiv olur. Biz isə zamanla bunu edə bilərik və o ölkələrə diqqət etsək görürək ki, orada təhsil müəssisələrinin bir çoxu şəhər kənarındadır. Həmçinin kampus formasında olduğu üçün universitetin müəyyən bir ərazisi var. Həm orada dərslər tədris olunur, həm də yataqxana, yeməkxana və həmçinin bir tələbənin ehtiyacı olan hər şey o kampusda olur”.
O, əlavə edib ki, bəzi universitetlərin şəhər kənarına köçürülməsi tıxacların kəskin şəkildə azalmasına gətirib çıxara bilər, amma biz bunu orta məktəblərdə edə bilmərik: “Çünki bildiyiniz kimi, valideynlər yaşadığı ərazilərə yaxın məktəblərə övladlarını göndərirlər. Ona görə də məktəblərin şəhər kənarına köçürülməsi doğru olmaz. Çünki onlar azyaşlı uşaqlardır. Ancaq biz bunu ali təhsil müəssisələri üçün edə bilərik. Universitetlərin şəhər kənarına köçürülməsindən əlavə, tələbələr üçün yataqxanalar təmin olunmalıdır. Məktəblərdə isə məktəbli avtobusları təyin olunsa, valideynlərin gəlib məktəbin tam yanında maşın saxlayıb övladlarını düşürməsi kimi bir hal baş verməz və bu hal da tıxacın kəskin halda azalmasına gətirib çıxarar”.

“Tələbə dərs saatını istədiyi vaxta dəyişirsə, müəllimin düzəni pozulmuş olur”

A.Vəliyev həmçinin deyib ki, tələbələrin dərs saatlarını özlərinin seçmələrinin Azərbaycanda tətbiq olunması mümkün deyil: “Çünki biz fikir versək görürək ki, bizim universitetlərdə müəllimlərin maaşı xarici ölkələrdəki müəllimlərin maaşı qədər yüksək deyil. Sözsüz ki, bir çox ali təhsil müəssisələrində çalışan müəllimlərimizin çoxu başqa bir universitetdə və ya hər hansısa bir kursda da dərs keçirlər. Burada əsas məsələ maddi qazancdır, maaşın azlığıdır. Yəni bunların hamısı nəzərə alınmalıdır. Tələbə dərs saatını istədiyi vaxta dəyişirsə, müəllimin düzəni pozulmuş olur. Aldığı məvaciblə dərs saatları üst-üstə düşmədiyinə görə müəllim üçün böyük bir problem yarana bilər”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 05 Fevral 2025 23:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see150

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see148

Çəngəl bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır

29 Sentyabr 2026 04:04see145

İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş

29 Sentyabr 2026 06:08see142

Totti 2006 cı il dünya çempionatının həyatındakı rolundan danışdı

29 Sentyabr 2026 05:19see142

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Demnadan Milanda yeni Gucci kolleksiyası (FOTO)

29 Sentyabr 2026 08:15see139

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

Jezuş Ronaldunun oyun vaxtı ilə bağlı razılaşmasını pozdu

29 Sentyabr 2026 07:34see137

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

“Qızıl top” uğrunda mübarizədə gözlənilməz dəyişiklik

29 Sentyabr 2026 08:23see136

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

Aİ Slovakiyaya Ukraynaya verilən silahlara görə 105 milyon avro ödəyəcək

29 Sentyabr 2026 03:43see135

“Ola bilər ki, kimlərsə məndən narazılıq edir” (MÜSAHİBƏ)

29 Sentyabr 2026 08:10see134

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see134

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see133

Qızıl alanlara ŞAD XƏBƏR VİDEO

29 Sentyabr 2026 09:29see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri