Tofiq Bakıxanov nə vaxt və harada dəfn olunacaq? AÇIQLAMA
Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Tofiq müəllim ötən axşam saat 22:00-da vəfat edib".
Bunu Oxu.Az-a açıqlamasında Xalq artisti, bəstəkar Tofiq Bakıxanovun oğlu Vahid Bakıxanov deyib.
O qeyd edib ki, T.Bakıxanovun dəfn yeri və vaxtı ilə bağlı hələlik dəqiq məlumatı yoxdur.
"Dəfnlə bağlı hələ nəsə deyə bilmərəm. Yəqin ki, bu gün günortaya kimi məlumat olacaq. Mədəniyyət Nazirliyindən bizə bununla bağlı hələ heç nə deyilməyib", - deyə V.Bakıxanov bildirib.
Xatırladaq ki, Tofiq Əhmədağa oğlu Bakıxanov 1930-cu il dekabrın 8-də Bakıda, görkəmli tarzən, Azərbaycanın Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açıb.
O, ilk musiqi təhsilini Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki onillik musiqi məktəbində (indiki Bülbül adına orta ixtisas musiqi məktəbi) alıb.
O, Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Şöhrət", "Şərəf" və 1-ci dərəcəli "Əmək" ordenləri ilə təltif edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 24 Avqust 2026 08:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















