Icma.az
close
up
RU
Toğanalı Kəlbəcər İstisu avtomobil yolunun tikintisi 85% icra edilib FOTOLAR

Toğanalı Kəlbəcər İstisu avtomobil yolunun tikintisi 85% icra edilib FOTOLAR

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən mühüm infrastruktur layihələrindən biri olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Layihənin ümumi uzunluğu 82 km təşkil edir.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, avtomobil yolu Göygöl və Kəlbəcər rayonlarını birləşdirir. Yolun Toğanalı-Kəlbəcər hissəsi 56 km, Kəlbəcər-İstisu hissəsi isə 26 km uzunluğundadır. Yolun 16-cı kilometrindən etibarən Murovdağ silsiləsi başlayır və burada yüksəklik 1 700 metrdən başlayaraq 3 250 metrədək yüksəlir.

Bu ərazidə dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası aparılır. Ümumi uzunluğu 23 401.8 metr olan tunel iki gediş və iki gəliş olmaqla 4 hərəkət zolaqlı olacaq. Bundan əlavə, layihə çərçivəsində 561.2 m, 626.9 m, 500 m və 947.9 m uzunluğunda daha 4 tunel də tikilir.

Murovdağ tuneli (Tunel №3) sol və sağ hissələrdən ibarət olmaqla, müvafiq olaraq 11 711.5 m və 11 690.3 m uzunluqdadır. Tuneldə ümumilikdə 18 160.3 metr uzunluğunda qazma və beton püskürtmə işləri başa çatdırılıb. Tunelin sağ və sol hissələrini birləşdirən 37 keçid tunelindən 36-sı inşa olunub, biri üzrə işlər davam edir.

Digər tunellər üzrə işlərin vəziyyəti belədir:

- Tunel №1 (561.2 m), Tunel №2 (626.9 m), Tunel №4 (500 m) və Tunel №5 (947.9 m) üzrə qazma, püskürtmə və kəmər betonu işləri tamamlanıb.

Prezidentin tapşırığına əsasən yol 2, 3 və 4 hərəkət zolaqlı olmaqla I, II və III texniki dərəcələrə uyğun şəkildə inşa edilir. Yolun əsas hissəsi II texniki dərəcəyə (2 hərəkət zolaqlı, yoxuşlarda əlavə zolaqlı), Murovdağ tuneli olan hissə isə I texniki dərəcəyə (4 hərəkət zolaqlı) uyğun tikilir.

Texniki dərəcələr üzrə yolun uzunluğu belədir:

- I dərəcəli – 14.2 km

- II dərəcəli – 34.8 km

- III dərəcəli – 33 km

Layihə çərçivəsində ümumi uzunluğu 2 968 metr olan 6 yol qovşağı və 4 594 metr uzunluğunda 35 bağlantı yolun tikintisi də nəzərdə tutulub.

Layihə boyu hazırda ərazi təmizlənməsi, bitki qatının çıxarılması, qazma, dolğu və süni qurğuların inşası işləri görülür. Tamamlanmış hissələrdə yol əsasının tikintisi və asfalt-beton örtüyünün döşənməsi aparılır.

Yol geyimi işləri üzrə görülmüş işlərin həcmi:

- Hamarlayıcı lay – 56 km

- Əsasın alt layı – 38 km

- Əsas lay və üst qatı – hər biri 55 km

- Yol geyiminin alt qatı – 52 km

Tikinti çərçivəsində nəzərdə tutulan mühəndis qurğuları:

- 162 dairəvi boru (ümumilikdə 3 581 m)

- 119 düzbucaqlı boru (4 825 m)

- 1 heyvan keçidi (29 m)

- 14 U tipli süni qurğu (4 552 m)

- 2 598 m uzunluğunda trapez kanal

- 76 556 m² Geoerme divar

- 8 661 m istinad divarı

- 46 705 m daş divar (iksa/istinad)

İndiyədək görülən işlər:

- 147 dairəvi və 97 düzbucaqlı borunun,

- 1 heyvan keçidinin,

- 14 U tipli qurğunun,

- 32 475 m uzunluğunda daş divarın,

- 8 661 m istinad divarının,

- 1 057 m trapez kanalın,

- 77 743 m² Geoerme divarın inşası tamamlanıb.

Ümumilikdə layihə üzrə fiziki işlərin icra səviyyəsi 85%-ə çatıb.

Qeyd edək ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu Göygöl rayonunun Toğanalı kəndindən başlayaraq işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. Bu yol, rayon mərkəzi ilə yanaşı, bölgənin bir çox yaşayış məntəqələrinə və məşhur İstisu istirahət zonası istiqamətində rahat və təhlükəsiz nəqliyyat əlaqəsini təmin edəcək.

​​​​​​"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 İyul 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri