Icma.az
close
up
RU
Toğrul Allahverdiyev hekayəsi Sadıqlının “video əməliyyatı” başqa mətləbləri üzə çıxardı

Toğrul Allahverdiyev hekayəsi Sadıqlının “video əməliyyatı” başqa mətləbləri üzə çıxardı

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Bir neçə gün öncə jurnalist Toğrul Allahverdiyevlə bağlı yayılmış video sosial mediada müzakirə mövzusuna çevrildi. Həmin vaxt, təbii ki, məsələnin mahiyyətini araşdırmaq, məlum videonun kim tərəfindən çəkildiyini, Tural Sadıqlıya necə, kim tərəfindən çatdırıldığı deyil, daha çox Toğrulun əxlaq məsələləri müzakirə olundu.

Əslində bu cür videolar müzakirə mövzusu belə olmamalıdır. Heç bir vəzifəsi olmayan, siyasi status daşımayan bir fərdin şəxsi həyatı niyə müzakirəyə çıxarılmalıdır ki?! Anacaq təəssüf ki, bu gün sıravi hadisələr belə kimlərinsə manipulyasiya istəkləri, ara vurmaq, ev yıxmaq niyyətləri üçün bir vasitəyə çevrilib. Mexanizm çox sadədir, kimdənsə xoşun gəlmir, ona yaxın və ya uzaq bir hadisəni mahiyyəti dəyişdirilmiş və başqa istiqamətə yönəldilmiş şəkildə qələmə al, sonra da göndər xaricdə oturan Tural Sadıqlı kimi fürsətçillərə ki, onlar da onu qlobal bir problem səviyyəsində ictimailəşdirsinlər.

Üstəlik, ola bilsin sifarişlə, ola bilsin də ki, öz mərəzlərinə uyğun şəkildə kimlərisə vurmaq, haqq-hesab çürütmək üçün istifadə etsinlər.

Toğrul Allahverdiyev kimdir? Vaxtilə Rusiyada iaşə sahəsində çalışmış, 2010-cu ilin ortalarında Azərbaycana gəlmiş və bəzi jurnalistlərin vasitəçiliyi ilə hazırkı deputat Tənzilə Rüstəmxanlı ilə körpü yaratmış birisi. “İnterpress.az” adlı saytda irəliləyiş əldə edə bilməyən Allahverdiyev sonradan Tənzilə xanıma daha da yaxınlaşaraq diaspor fəaliyyətinə qoşulub. Yavaş-yavaş xarici ölkələrə səfərlər, müxtəlif tədbirlərdə iştirak, hər fürsət düşdükdə tanınmış şəxslərlə, məmurlarla foto çəkdirmək, müxtəlif istiqamətlərdən əldə etdiyi vəsait hesabına bahalı maşın, bağ, ev almaq və özünə güzaran qurmaq heç də hər jurnalistə nəsib olan məsələlər deyil. Bunun üçün heç də təqdir olunmayan qabiliyyət, bacarıq da lazımdır ki, gözəgörünməz Toğruldan bunu əsirgəməyib. Tənzilə Rüstəmxanlı da onun bu bacarığından yaxşı istifadə edib. Bəlkə buna görədir ki, Toğrul Allahverdiyev uzun müddət Tənzilə Rüstəmxanlının ən yaxın adamı sayılıb. Çünki Milli Məclisə seçkilərdə Toğrul məhz Tənzilə xanımın təbliğat-təşviqat kampaniyasında çox fəal iştirak edib. Eyni zamanda Allahverdiyev onun media işlərini də paralel şəkildə aparıb.

İddia edilir ki, bir müddət əvvəl Tənzilə Rüstəmxanlı Toğrul Allahverdiyevi öz “kruq”undan qovub. Əsas intriqa parlament seçkiləri dövründə başlayıb. Toğrul Allahverdiyev “xidmətlərinin layiqincə qiymətləndirilməsi”ni və deputat köməkçisi təyin edilməsini umub. Amma Tənzilə xanım bu posta yaxın qohumunu gətirib. İddialara görə, bundan sonra Toğrul Allahverdiyev Tənzilə Rüstəmxanlı haqqında “kompromatları” müvafiq qurumlara ötürüb. Bundan xəbər tutan Tənzilə Rüstəmxanlı onu yanından qovub, hətta millət vəkilinə yaxınlığı ilə tanınan jurnalistlər belə Toğruldan üz döndəriblər.

Toğrulla bağlı məlum hadisənin cari ilin mart-aprel aylarında ofisdə baş verdiyi iddia edilir. Məsələdən Tənzilə Rüstəmxanlının da xəbəri olub. Deyilənə görə, Toğrul haqqında aidiyyəti orqanlara şikayət də olub, lakin Tənzilə xanıma yaxın şəxslər problemi həll edə biliblər. Görünür, Toğrulun riyakarlığından sonra deputat xanım onu daha sərt cəzalandırnaq niyyəti ilə məlum videonu müxtəlif kanallarla Tural Sadıqlıya ötürüb ki, o da fürsəti əldən verməyib.

Əslində, müzakirə olunmalı məsələ belə videoların, məlumatların hansı yollarla Tural Sadıqlının, Qənimət Zahidin və digər bu kimi ünsürlərin əlinə necə düşməsidir. Çünki onlar belə məlumatları elə belə ictimailəşdirmirlər, bunun arxasında maliyyə məsələləri də dayanır. Kim, necə, hansı yollarla xaricdəki ünsürlərlə əlaqələr qurur. Onlara sifariş verir, ölkə daxilində həm belə kiçik, həm də əhəmiyyətli məsələləri ictimailəşdirib gündəmə çevirir – araşdırılmalı məsələ budur.

Konkret.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:530
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 10 İyun 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see211

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see186

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see148

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri