Simonyanın paylaşım telefonundakı məlumatları üzə çıxardı VİDEO
Icma.az bildirir, Modern.az portalına istinadən.
Ermənistan parlamentinin sədri Alen Simonyanın "Facebook" hesabının "Story" bölməsində paylaşdığı video sosial şəbəkələrdə diqqət çəkib.
Modern.az xəbər verir ki, Simonyan paylaşımı ilə xəbər lentlərindən düşmədiyini nümayiş etdirmək istəsə də, videoda görünən reklamlar onun maraq dairəsi ilə bağlı da müzakirələrə səbəb olub.
Belə ki, videoda sosial şəbəkənin Simonyana göstərdiyi sponsorlu məzmunlar da əks olunub. Reklamlar arasında yaşayış kompleksləri (rezidens evlər), yükdaşıma şirkəti, suşi sifarişi, sağlam həyat tərzi və fitnes mövzuları ilə bağlı elanlar yer alıb.
Məlum olduğu kimi, sosial şəbəkələrdə reklamlar istifadəçilərin maraq dairəsi, axtarışları və platformadakı davranışları əsasında fərdiləşdirilərək təqdim olunur. Bu səbəbdən Simonyanın paylaşdığı görüntülərdə əks olunan reklamlar da sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edib.
Paylaşımdan sonra sosial şəbəkələrdə ironik rəylər səslənib. İstifadəçilərin bir qismi Simonyanın yeni ev almağa hazırlaşdığını, digərləri isə suşiyə xüsusi maraq göstərdiyini yazıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 03 İyul 2026 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















