Icma.az
close
up
RU
Toğrul Allahverdiyev hekayəsi TƏFƏRRÜATLAR Sadıqlının “video əməliyyatı” başqa mətləbləri üzə çıxardı KONKRET

Toğrul Allahverdiyev hekayəsi TƏFƏRRÜATLAR Sadıqlının “video əməliyyatı” başqa mətləbləri üzə çıxardı KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bir neçə gün öncə jurnalist Toğrul Allahverdiyevlə bağlı yayılmış video sosial mediada müzakirə mövzusuna çevrildi. Həmin vaxt, təbii ki, məsələnin mahiyyətini araşdırmaq, məlum videonun kim tərəfindən çəkildiyini, Tural Sadıqlıya necə, kim tərəfindən çatdırıldığı deyil, daha çox Toğrulun əxlaq məsələləri müzakirə olundu.

Əslində bu cür videolar müzakirə mövzusu belə olmamalıdır. Heç bir vəzifəsi olmayan, siyasi status daşımayan bir fərdin şəxsi həyatı niyə müzakirəyə çıxarılmalıdır ki?! Anacaq təəssüf ki, bu gün sıravi hadisələr belə kimlərinsə manipulyasiya istəkləri, ara vurmaq, ev yıxmaq niyyətləri üçün bir vasitəyə çevrilib. Mexanizm çox sadədir, kimdənsə xoşun gəlmir, ona yaxın və ya uzaq bir hadisəni mahiyyəti dəyişdirilmiş və başqa istiqamətə yönəldilmiş şəkildə qələmə al, sonra da göndər xaricdə oturan Tural Sadıqlı kimi fürsətçillərə ki, onlar da onu qlobal bir problem səviyyəsində ictimailəşdirsinlər.

Üstəlik, ola bilsin sifarişlə, ola bilsin də ki, öz mərəzlərinə uyğun şəkildə kimlərisə vurmaq, haqq-hesab çürütmək üçün istifadə etsinlər.

Toğrul Allahverdiyev kimdir? Vaxtilə Rusiyada iaşə sahəsində çalışmış, 2010-cu ilin ortalarında Azərbaycana gəlmiş və bəzi jurnalistlərin vasitəçiliyi ilə hazırkı deputat Tənzilə Rüstəmxanlı ilə körpü yaratmış birisi. “İnterpress.az” adlı saytda irəliləyiş əldə edə bilməyən Allahverdiyev sonradan Tənzilə xanıma daha da yaxınlaşaraq diaspor fəaliyyətinə qoşulub. Yavaş-yavaş xarici ölkələrə səfərlər, müxtəlif tədbirlərdə iştirak, hər fürsət düşdükdə tanınmış şəxslərlə, məmurlarla foto çəkdirmək, müxtəlif istiqamətlərdən əldə etdiyi vəsait hesabına bahalı maşın, bağ, ev almaq və özünə güzaran qurmaq heç də hər jurnalistə nəsib olan məsələlər deyil. Bunun üçün heç də təqdir olunmayan qabiliyyət, bacarıq da lazımdır ki, gözəgörünməz Toğruldan bunu əsirgəməyib. Tənzilə Rüstəmxanlı da onun bu bacarığından yaxşı istifadə edib. Bəlkə buna görədir ki, Toğrul Allahverdiyev uzun müddət Tənzilə Rüstəmxanlının ən yaxın adamı sayılıb. Çünki Milli Məclisə seçkilərdə Toğrul məhz Tənzilə xanımın təbliğat-təşviqat kampaniyasında çox fəal iştirak edib. Eyni zamanda Allahverdiyev onun media işlərini də paralel şəkildə aparıb.

İddia edilir ki, bir müddət əvvəl Tənzilə Rüstəmxanlı Toğrul Allahverdiyevi öz “kruq”undan qovub. Əsas intriqa parlament seçkiləri dövründə başlayıb. Toğrul Allahverdiyev “xidmətlərinin layiqincə qiymətləndirilməsi”ni və deputat köməkçisi təyin edilməsini umub. Amma Tənzilə xanım bu posta yaxın qohumunu gətirib. İddialara görə, bundan sonra Toğrul Allahverdiyev Tənzilə Rüstəmxanlı haqqında “kompromatları” müvafiq qurumlara ötürüb. Bundan xəbər tutan Tənzilə Rüstəmxanlı onu yanından qovub, hətta millət vəkilinə yaxınlığı ilə tanınan jurnalistlər belə Toğruldan üz döndəriblər.
Toğrulla bağlı məlum hadisənin cari ilin mart-aprel aylarında ofisdə baş verdiyi iddia edilir. Məsələdən Tənzilə Rüstəmxanlının da xəbəri olub. Deyilənə görə, Toğrul haqqında aidiyyəti orqanlara şikayət də olub, lakin Tənzilə xanıma yaxın şəxslər problemi həll edə biliblər. Görünür, Toğrulun riyakarlığından sonra deputat xanım onu daha sərt cəzalandırnaq niyyəti ilə məlum videonu müxtəlif kanallarla Tural Sadıqlıya ötürüb ki, o da fürsəti əldən verməyib.

Əslində, müzakirə olunmalı məsələ belə videoların, məlumatların hansı yollarla Tural Sadıqlının, Qənimət Zahidin və digər bu kimi ünsürlərin əlinə necə düşməsidir. Çünki onlar belə məlumatları elə belə ictimailəşdirmirlər, bunun arxasında maliyyə məsələləri də dayanır. Kim, necə, hansı yollarla xaricdəki ünsürlərlə əlaqələr qurur. Onlara sifariş verir, ölkə daxilində həm belə kiçik, həm də əhəmiyyətli məsələləri ictimailəşdirib gündəmə çevirir – araşdırılmalı məsələ budur.

Avropadakı “qəhrəmanlarına” altdan-altdan məlumat ötürənlər elə düşünürlər ki, ciddi bir mübarizə metodu seçiblər və bu üsulla hər hansı uğur əldə edə bilərlər. Qısamüddətli perspektivdə bu cür yaramaz təxribatlar effekt verə bilər. Lakin məsələnin sonrası da var. Çünki Qərbin bu istiqamətdə olan agent şəbəkəsi iyrənc və insanlarda ikrah doğuran informasiyaları dövr etdirməklə xüsusi planlarını icra etməyə müvəffəq olurlar. Bu da Azərbaycanın müvafiq orqanlarının diqqətini cəlb etməyə bilməz və gec-tez oyunbazlar ifşa olunaraq lazımi qaydada cəzalandırılırlar.

Ümumiyyətlə, Tənzilə Rüstəmxanlının kadrı sayılan Toğrul Allahverdiyev qalmaqalından kim qazandı, kim itirdi? Sual ritorik də ola bilər, amma cavab konkretdir: heç kim. Toğrul Allahverdiyev və onunla bağlı olaya diqqət ayırmaq sadəcə vaxt itkisidir. Dövlətimiz, cəmiyyətimiz üçün kifayət qədər ciddi məsələlər var ki, onlar barədə düşünməli, müzakirə açmalı, toplum olaraq gördüyümüz və görəcəyimiz işləri saf-çürük etməliyik.


Müşviq Tofiqoğlu,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 İyun 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri