Icma.az
close
up
RU
Töhmət alan, amma işdən çıxarılmayan MƏMURLAR

Töhmət alan, amma işdən çıxarılmayan MƏMURLAR

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə şiddətli töhmət elan edilib. O, işində yol verdiyi nöqsanlara görə cəzalandırılıb.
Modern.az-ın məlumatına görə, Fuad Nağıyev kimi yüksək vəzifəli şəxslə bağlı bu xəbər ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Bu müzakirələrdə onun vəzifədən də çıxarılıb-çaxarılmayacağı sualına cavab axtarılır.
 

Qeyd edək ki, Fuad Nağıyev töhmət alan, lakin hələ ki vəzifədən çıxarılmayan ilk məmur deyil. Bundan əvvəl də töhmət və şiddətli töhmət alandan sonra vəzifəsinin icrasına davam edən bir neçə məmur olub.


2020-ci ilin aprelində Prezident İlham Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırova töhmət elan edilməsi haqqında Sərəncam imzalayıb.
Nahid Bağırova töhmət Azərbaycan ərazisində koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə elan edilib.
2024-cü ilin oktyabrında isə “Azərenerji” ASC-nin prezidenti Balababa Rzayevə şiddətli töhmət verilib. Baş nazir Əli Əsədov bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadə istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib.
Qüvvədə olan Əmək Məcəlləsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, əvvəlcə ona töhmət, sonra sonuncu xəbərdarlıqla şiddətli töhmət verilir.
Qeyd edək ki, Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən, əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri aşağıdakı kimidir:
a) töhmət;
b) sonuncu xəbərdarlıqla şiddətli töhmət;
c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə;
ç) əmək müqaviləsini Məcəllənin 70-ci maddəsinin "ç" bəndi ilə ləğv etmək.
Ekspertlər deyirlər ki, törədilən xətanın dərəcəsinə uyğun olaraq, nəiniki birbaşa şiddətli töhmət vermək olar, hətta işdən çıxarılma da həyata keçirilə bilər.
 

A.Qorxmaz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Mart 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see348

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see316

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see300

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see243

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see238

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see238

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see217

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see202

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see195

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see190

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see189

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see184

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see180

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see178

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see175

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see171

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see166

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see161

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see148

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri