“Nüvəsizləşmə və nüvə sınaqlarından imtina üçün səylər göstərməliyik” Tokayev
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Bu gün Nüvə Sınaqlarına qarşı Beynəlxalq Fəaliyyət Günüdür. Bu anım tarixi Qazaxıstanın təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən təsis edilib”.
525.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “X” hesabında paylaşım edib.
“Xalqımız atom silahı sınaqlarının ən ağır nəticələrinin qurbanı olub. Bu faciə təkrarlanmamalıdır. Gələcək nəsillər naminə biz sülhü möhkəmləndirməli, beynəlxalq əməkdaşlığı inkişaf etdirməli, nüvə tərksilahına nail olmaq və nüvə sınaqlarından imtina etmək üçün səylər göstərməliyik. Sülh və təhlükəsizlik bütün bəşəriyyəti birləşdirən ali dəyərlərdir”, - Prezident vurğulayıb.
Qeyd edək ki, BMT Baş Məclisinin 2009-cu il dekabrın 2-də keçirilən 64-cü sessiyasında avqustun 29-u Nüvə Sınaqları əleyhinə Beynəlxalq Fəaliyyət Günü kimi təsis edilib.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 29 Avqust 2025 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















