Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Tokayev haqlımı Qarabağ və Donbas fərqlidir?

Tokayev haqlımı Qarabağ və Donbas fərqlidir?

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qazaxıstan prezidenti Qasım Comərd Tokayev Rusiya-Ukrayna münaqişəsindən fərqli olaraq, Azərbaycan və Ermənistan arasındakı münaqişənin mahiyyəti və mənşəyinin tamamilə aydın olduğunu deyib. “Azərbaycan və Ermənistan arasındakı münaqişənin mahiyyəti və mənşəyi bizim üçün tamamilə aydın idi: onların dərin tarixi kökləri var idi. Lakin bunu anlamaq çox çətindir”.

Qazaxıstan prezidenti əlavə edib ki, Vladimir Putin Alyaskadakı görüşdə “maksimum diplomatik çeviklik nümayiş etdirib”.

Doğurdanmı keçmiş Qarabağ münaqişəsi ilə Donbas müharibələrinin mahiyyətində fərq var? Hər ikisi işğal və təcavüz aktları deyildirmi? Tokayev bəlkə haqlıdır - azərbaycanlılarla ermənilərin tarixi düşmənçiliyi olub, ruslar və ukraynalılar isə qohum xalqdırlar, dünənə qədər bir yerdə yaşayıblar...

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Musavat.com-a deyib ki, Tokayev Putini kifayət qədər çətin vəziyyətə salıb: “Tokayevin bu mövqeyi mahiyyət etibarilə Ukraynanın yanaşması ilə üst-üstə düşürdü. Çünki Kiyev də dəfələrlə atəşkəsə hazır olduğunu bəyan edərək müharibənin dayandırılmasının vacibliyini vurğulayıb. Tokayev də eyni mesajı verdi. Lakin o, çıxışının sonunda Putini qəzəbləndirməmək və balansı qorumaq üçün tərəfləri İstanbul danışıqlarına qayıtmağa çağırdı. Bu hissə isə daha çox Rusiyanın maraqlarına uyğun görünürdü”.

Politoloq hesab edir ki, əsas məqam Tokayevin fikrinin birinci hissəsi idi: “Yəni onun müharibənin dayandırılması ilə bağlı açıq çağırışı. Bu, həm də Qazaxıstanın milli maraqlarına tam uyğundur. Çünki Rusiya-Ukrayna müharibəsi uzandıqca və coğrafiyası genişləndikcə bunun mənfi təsirləri qonşu dövlətlərə də sirayət etməyə başlayıb. Məsələn, Qazaxıstan əsas neft ixracını Rusiyanın Novorossiysk limanı vasitəsilə Qara dəniz üzərindən dünya bazarlarına çatdırır. Hazırda isə Novorossiysk limanı və həmin limana yaxınlaşan neft tankerləri mütəmadi olaraq pilotsuz uçuş aparatlarının hücum təhlükəsi ilə üz-üzədir. Bu isə Qazaxıstanın enerji ixracı və iqtisadi maraqları üçün ciddi risk yaradır”.

Onun sözlərinə görə, Qazaxıstan prezidenti "Mən vasitəçi olmaqdan qəti şəkildə imtina edirəm" deməklə iki mesaj verib: “Bununla o, bir tərəfdən Putinə dolayısı ilə "müharibəni dayandırmaq lazımdır" mesajını verdi, digər tərəfdən isə münaqişənin tərəfi olmadığını və prosesə qarışmaq niyyətində olmadığını xüsusi vurğuladı ki, Kreml sonradan onu hansısa mövqeyə görə ittiham etməsin”.

Politoloqun fikrincə, Tokayevin Qarabağ münaqişəsi ilə Rusiya-Ukrayna müharibəsi arasında apardığı müqayisə də təsadüfi deyildi: “O bildirdi ki, Qarabağ münaqişəsi, yəni Azərbaycan-Ermənistan qarşıdurması anlaşılandır, amma Rusiya-Ukrayna müharibəsini anlamaq çətindir. Məncə, Tokayev bununla onu nəzərdə tuturdu ki, Ermənistan uzun illər Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal etmişdi və Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa etmək uğrunda mübarizə aparırdı. Bu münaqişə təxminən 30 il davam etdi və nəticədə Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Əslində burada başqa bir paralel də var. Çünki Rusiya da Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsini nəzarəti altına alıb. Fərq ondadır ki, Azərbaycan öz məqsədinə nail olaraq ərazi bütövlüyünü bərpa edə bildi. Təəssüf ki, Ukrayna isə bütün müqavimətinə və müdafiə qabiliyyətinin artmasına baxmayaraq, hələlik qarşısına qoyduğu məqsədə tam şəkildə çata bilməyib. Bu paralelin daha bir maraqlı tərəfi ondan ibarətdir ki, artıq beynəlxalq birlik Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu qəbul edir. Vaxtilə Ermənistana dəstək verən bir sıra dövlətlər də bu reallığı qəbul ediblər. Bu baxımdan Tokayevin Qarabağ məsələsini xatırlatması təsadüfi deyildi və yerinə düşən bir mesaj idi”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 İyul 2026 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see641

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see517

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see466

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see340

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see332

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see317

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see296

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see284

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see273

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see259

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see248

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see240

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see216

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see214

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see213

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see212

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see200

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see198

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see194

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri